İDMAN
İDRAK
OBASTAN VİKİ
Aqşin Babayev (idmançı)
Aqşin Alim oğlu Babayev (17 aprel 1986, Salyan, Salyan rayonu) — Azərbaycanlı peşəkar MMA döyüşçüsü, 6 qat Azərbaycan çempionu, 3 qat dünya çempionu, 2 qat avropa çempionu, asiya çempionu, GRAPPLING növü üzrə 3 qat Azərbaycan çempionu, dünya 3-cüsü, əməkdar idman ustası, MMA baş məşqçisi. MMA Record 22–7-0 == Həyatı == Aqşin Babayev 17 aprel 1986-cı ildə Salyan rayonunda anadan olmuşdur. == Idman Kariyerası == İlk məşğul olduğu idman növü güləş olub. 2001-ci ildə Moskvaya getmişdir. Moskvada döyüş sambosu üzrə çempion olmuşdur. 2006-cı ildə Respublika çempionu olmuşdur. Gürcüstanda 2006-cı ildə peşəkarlar arası döyüşdə 1-ci olmuşdur. Qazaxıstanda 2007-ci ildə 3 döyüş keçirmiş və 1-ci olmuşdur. Samara şəhərində 3 döyüş keçirmiş, qalib olmuşdur. 2007-ci ildə hərbi xidmətə gedib.
Aydın Kərimov(idmançı)
Aydın İbrahimov (idmançı)
Azad Məmmədov (idmançı)
Azad Məmmədov (18 aprel 1974, Şəki) — Azərbaycanlı qaydasız döyüşçü və samboçu; Döyüş sambosu və Pankration (qaydasız döyüş) üzrə Dünya mükafatçısı, Avropa və Rusiya çempionu, Beynəlxalq turnirlərin qalibi; Sambo idman növü üzrə beynəlxalq dərəcəli idman ustası; Samuray (Yaponiya) və Cəngavər (Rusiya) qılınclarının sahibi; "Gladiator İdman Klubu" təsisçisi və rəhbəri (2020-h.h); Mercedes-Benz Azərbaycan Avtomobil Klubunun prezidenti (2019-h.h); Birinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Azad Əsgər oğlu Məmmədov 1974-cü ildə Şəki şəhərinin Qoxmuq kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. 1980–1990-cı illərdə Qoxmuq kənd orta məktəbində orta təhsil almışdır. 1990-cı ildə BDU-nun beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, universitetin Bakalavr və Magistr dərəcələrinə yiyələnmişdir. 1992–93-cü illərdə Qarabağ müharibəsinin ən qızğın dövründə Qubadlı şəhərində könüllülərdən ibarət yaradılan özünümüdafiə batalyonunda kəşfiyyatçı kimi fəaliyyət göstərib. Xidmət etdiyi müddət ərzində 18 hərbi kəşfiyyat əməliyyatında iştirak etmişdir. Bundan əlavə Laçın, Tərtər, Ağdərə rayonları uğrunda gedən döyüşlərin iştirakçısı olmuş və qazi adını qazanmışdır. Peşəkar idman karyerasını 2008-ci ildə başa vuran Azad Məmmədov hal-hazırda Şəki şəhərində bir neçə filialı olan Gladiator İdman Klubu"nun təsisçisi və rəhbəri, Mercedes-Benz Azərbaycan Avtomobil Klubunun prezidenti və iş adamı kimi fəaliyyət göstərir. Oğlu Əsgər Məmmədov da atasının yolu ilə gedərək professional Judo idman növü ilə məşğul olur. == Peşəkar karyerası == Üçrəngli bayrağımızın dünya və Avropa ölkələrinin idman meydanlarında dalğalanmasında böyük rolu olan Azad Məmmədov idman sahəsində böyük uğurlar qazanmış idmançılarımızdandır.
Azad Əliyev (idmançı)
Azad Əliyev — müstəqil Azərbaycanın Yunan-Roma güləşi üzrə ilk mükafatçısı, 1994-cü ildə "ilin idmançısı", SSRİ birinciliyinin mükafatçısı Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, əməkdar məşqçi və yunan-roma güləşi üzrə əməkdar idman ustasıdır. == Həyatı == Əliyev Azad Aydın oğlu 23 may 1970-ci ildə Bakı şəhərində anadan olub.Ailəlidir. İki övladı var. === Təhsili === 1977–1987-ci illərdə İdman təmayüllü tam orta məktəbdə oxuyub. 1993–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası hüquq fakültəsində təhsil alıb. == Əmək fəaliyyəti == Hüquq mühafizə orqanlarında müxtəlif sahələrdə çalışıb. Sonuncu iş yeri Polis Akademiyasında idman müəllimi olub. Hal-hazırda təqaüddə olan polis mayorudur və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçık vergi xidməti müşaviri vəzifəsində çalışır. == Karyerası == Uşaq yaşlarından Yunan-Roma güləşi ilə məşğul olan Azad Əliyev Azərbaycan müstəqil olduqdan sonra idmanın bu sahəsində beynəlxalq arenalarda mükafat qazanan ilk idmançıdır. Belə ki, o, 1993-cü ildə Türkiyənin İstanbul şəhərində Adnan İpəkçi salonunda Yunan-Roma güləşi üzrə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Azər Əhmədov (idmançı)
Azər Əhmədov — Azərbaycanlı yüngül atletdir. Azərbaycanı 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Azər Əhmədov 28 fevral 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. 2004-cü ildən yüngül atletika ilə məşğul olur. Azər Əhmədovun şəxsi məşqçisi Ziyad Xalfayevdir. == Karyerası == Azər Əhmədov birinci uğurunu 2015-ci ildə qazandı. O Azərbaycan Çempionatında hündürlüyə tullanmada 1-ci yeri tutaraq qızıl medal qazandı. 2015-ci ildə isə Azər Əhmədov Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarında iştirak etdi. Hündürlüyə tullanmada Azər Əhmədov 2.08 nəticə göstərdi və 13 idmançı arasında 7-ci yeri tutdu.
Bahadur Həziyev (idmançı)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.
Bəxtiyar Abbasov (idmançı)
Bəxtiyar Abbasov (30 noyabr 1985, Qaradağlı)— Azərbaycanlı peşəkar MMA döyüşçüsü. == Həyatı == 30 noyabr 1985-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində andan olan Bəxtiyar Abbasov, gənc yaşlarından qardaşı Şəhriyar Abbasovun təşəbbüsü ilə idmanla məşğul olmağa başlayıb beləki, əvvəllər idmanın cüdo və sambo növləri ilə məşğul olan Abbasov sonradan idmanın qaydasız döyüş növündə də öz gücünü sınamışdır. Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə etmişdir.
Bəxtiyar Quliyev (idmançı)
Bəxtiyar Quliyev 17 dekabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.Ailənin ilk övladı olmuşdur. Uşaqlıqdan oxumağa böyük marağını görən Bəxtiyarın müəllimləri ailəyə onu H.Mahmudbəyov adına 2№-li texniki-humanitar elmlər litseyində təhsilinin davam etməsini tövsiyə etmişdir. Orta təhsilini bu litseydə başa vuran Bəxtiyar eyni zamanda idmana da böyük maraq göstərirdi. Litseyi başa vurandan sonra Azərbaycan Texniki Universitetinə qəbul olmuş və müvəfəqiyyətlə başa vurmuşdur . İçindəki İdmana olan sevgisi onu məhz bu sahəyə daha da cəlb edirdi. Həmin illərdə o Pauerliftinq üzrə Azərbaycan çempionatlarında iştirak etmiş və artıq Çempion adını qazanmışdır. O bu illərdə Ədliyyə orqanlarında çalışmağa başlayır. Hazırda Ədliyyə Mayorudur. İllər keçdikcə İdmançımız Dünya və Avropa arenalarında öz sözünü demiş və ölkəmizi fəxrlə təmsil etmişdir. Hətta Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhəribdə keçirilən yarışlarında birində Dünya rekorduna imza atmış və bu haqqda Amerikada dərc olunan "powerliftingusa" jurnalının Fevral2011 buraxılışında məqalə dərc olunmuşdur.
Ceyhun Məmmədov (idmançı)
Ceyhun Məhəmməd oğlu Məmmədov (23 may 1968, Ağdam) — sambo üzrə 9 dəfə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir. == Həyatı == Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1991-ci ildə həmin institutun məşqçilik fakültəsini bitirib. 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, hüquqşünasdır. Ceyhun Məmmədov həmçinin polis polkovnik leytinantı rütbəsini daşıyır. == Fəaliyyəti == 1985-ci ildə SSRİ idman ustası adına layiq görülüb. 1986-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. 1987-ci ildə Beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb. 1990-cı ildə "SSRİ-nin Əməkdar idman ustası" fəxri adı verilib.
Elçin Hüseynov (idmançı)
Elçin Zeynalov (idmançı)
Elçin Zeynalov (Elçin Hidayət oğlu Zeynalov; 1 aprel 1948, Kirovabad) — Azərbaycanın sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi. == Həyat və fəaliyyəti == Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub.1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib.Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Emin Quliyev (idmançı)
Emin Quliyev - Azərbaycanlı futbolçu. Hazırda Keşlə klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. == Karyerası == Emin gənc futbolçu kimi “Keşlə”nin gənclər klubunun üzvü olub. 2018-ci ilin iyulundan isə “Keşlə”də çıxış edir. Quliyev 2017/18 mövsümünü icarə əsasında Bakının MOİK klubunda keçirib. 2018-ci ilin sentyabrında “Keşlə”nin "Qəbələ" ilə Premyer Liqa matçı üçün əsas heyətinə cəlb olunub.
Faiq Rəfiyev (idmançı)
Faiq Rəfiyev (tam adı: Faiq Əltağı oğlu Rəfiyev; d. 1973, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan idmançısı; 10 qat qara kəmər sahibi qrand master. Dünya Budo Döyüş Növləri Federasiyasının təsisçisi və birinci vitse-prezidenti. Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti, döyüş növləri üzrə fəlsəfə doktoru. Məşhur tələbələri: Ruslan Tağıyev == Həyatı == Faiq Rəfiyev 1973-cü ildə Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. ailəlidir, 2 övladı var == Təşkilati fəaliyyəti == 1997-2002-ci illərdə Ashihara Karate Təşkilatının prezidenti vəzifəsində çalışmışdır. 2002-ci ildən Dünya Budo Federasiyasının Asiya və Azərbaycan üzrə nümayəndəsi təyin olunmuşdur. 2007-ci ildən etibarən W.A.M.O. WASKO-nun texniki vitse-prezidenti, Dünya Budo Federasiyasının vitse-prezidenti olmuşdur. 2008-ci ildə Sabaki Jitsu Karate Federasiyasının qurucusu olmuşdur Dünya Budo Döyüş sənətləri Federasiyasının təsisçisi və vitse-prezidenti, eyni zamanda qrand master dərəcəsinin sahibidir. == Professional idman karyerası == Faiq Rəfiyev 7 yaşından etibarən güləş, ağır atletika, karate, qaydasız döyüş, budo idman növləri ilə məşğul olmuşdur.
Fərid Ağayev (idmançı)
Fərid Ağayev (5 fevral 1988; Bakı, Azərbaycan) – azərbaycanlı peşəkar boksçu. == Həyatı == Fərid Çingiz oğlu Ağayev 5 fevral 1988-ci il Bakı şəhərində anadan olub. 1995-ci ildə 24 nömrəli məktəbə gedib. 2006-2010 -cu illərdə təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman akademiyasında davam etdirmişdir. 2010-2012 -ci illərdə Dinamoda hərbi xidmət keçmişdir. 2012-ci ildə Amerikaya köçmüşdür. == Kariyerası == 2006-cı ildə Albaniyanın Tirana şəhərində avropa üçüncüsü olmuşdur. 2007-ci ildə Macarıstanın Şiafok şəhərində avropa üçüncüsü olmuşdur. 2007-ci ildə dünya 2-ci si, 2010-cu ildə Rusiyada keçirilən tələbələr arasında turnirdə avropa ikicisi olmuşdur. 2013-cü ildə Mike Tysonla kontrakt baglamışdır (Iron Mike Production).
Fərşid Rostami (idmançı)
Fərşid Rüstəmi (7 iyul 1985, Zəncan) – Peşəkar boksda WBCA dünya kəmərinin sahibidir. == Həyatı == Fərşid Rüstəmi 7 iyul 1985-ci ildə İranın Zəncan şəhərində anadan olub. Rio Olimpiyadasına Dünya Boks Federasiyasının (AIBA) prezidenti tərəfindən dünyanın tanınmış peşəkar bokusçular sırasında dəvət olunmuşdur. İdmana uşaqlıq illərində giminastika idman növü ilə başlamışdır. Sonradan atasının idman növü olan boksa üzv gətirilmişdir. Az vaxt ərzində İranın yeni yetmə və sonra gənclər yığmasına dahil olunmuşdur. Müxtəlif nailiyyətlər qazandıqdan sonra kişilər arasında Pakistan ölkəsində keçirilən Asiya çemiyonatının 1-ci fəxri kürsüsünə nail olunmuşdur. Azərbaycana sevgisi olduğu üçün bu ölkəyə gəlmiş və uğurlarını burada davam etdirmişdir. Yığma komandanın baş məşqçisi Nəriman Abdullayevin keçirdiyi telim,meşq toplantılarında müxtəlif beynəlxalq turinirlərdə (Türkiyyə cumhuriyyəti ve Ənvər Çodri) yaxsi nəticələr əldə etmişdir. Fərşid Azərbaycan boks yığmasında 64kq çəki dərəcəsində London Olimpiyadasına vəsiqə qazanan favoritlərdən 1-i sayılırdı.Lakin qəza nəticəsində bu şansı əldən verdi və onun çəkisində Heybətulla Hacıəliyev bu vəsiqəni qazandı.
Fərşid Rüstəmi (idmançı)
Fərşid Rüstəmi (7 iyul 1985, Zəncan) – Peşəkar boksda WBCA dünya kəmərinin sahibidir. == Həyatı == Fərşid Rüstəmi 7 iyul 1985-ci ildə İranın Zəncan şəhərində anadan olub. Rio Olimpiyadasına Dünya Boks Federasiyasının (AIBA) prezidenti tərəfindən dünyanın tanınmış peşəkar bokusçular sırasında dəvət olunmuşdur. İdmana uşaqlıq illərində giminastika idman növü ilə başlamışdır. Sonradan atasının idman növü olan boksa üzv gətirilmişdir. Az vaxt ərzində İranın yeni yetmə və sonra gənclər yığmasına dahil olunmuşdur. Müxtəlif nailiyyətlər qazandıqdan sonra kişilər arasında Pakistan ölkəsində keçirilən Asiya çemiyonatının 1-ci fəxri kürsüsünə nail olunmuşdur. Azərbaycana sevgisi olduğu üçün bu ölkəyə gəlmiş və uğurlarını burada davam etdirmişdir. Yığma komandanın baş məşqçisi Nəriman Abdullayevin keçirdiyi telim,meşq toplantılarında müxtəlif beynəlxalq turinirlərdə (Türkiyyə cumhuriyyəti ve Ənvər Çodri) yaxsi nəticələr əldə etmişdir. Fərşid Azərbaycan boks yığmasında 64kq çəki dərəcəsində London Olimpiyadasına vəsiqə qazanan favoritlərdən 1-i sayılırdı.Lakin qəza nəticəsində bu şansı əldən verdi və onun çəkisində Heybətulla Hacıəliyev bu vəsiqəni qazandı.
Mehman Məmmədov (idmançı)
Mehman Məmmədov (31 mart 1988-ci il, Bakı) — Azərbaycanlı idmançı. Hal hazırda Qarışıq döyuş sənətləri (MMA) üzrə yarışlarda iştirak edir. Müxtəlif illərdə Ciu-citsu, Kunq fu Sanda, Pankration ilə məşğul olub. 2021-ci ildə, "Eagles Fighting Championship" təşkilatının Moldovada təşkil elədiyi turnirdə 57 kiloqram çəki dərəcəsi üzrə çempion olub. == Həyatı == Mehman Məmmədov 1988-ci il mart ayının 31-də Bakıda anadan olub. İdman ilə məşğul olmağa uşaq yaşlarından Bakıda başlayıb. 2004-cü ildə Cui citsu üzrə Azərbaycan çempionu olur. Bu uğurunu 2005, 2006 və 2010-cu illərdə təkrarlayır. 2009-cu ildə free fighting üzrə Azərbaycan çempionu olur. Ardınca Gürcustanın paytaxtı Tiflis şəhərində keçirilən beynəlxalq turnirin qalibi olur.
Musa Musazadə (idmançı)
Musa Zəməddin oğlu Musazadə (12 noyabr 1994, Xanlar rayonu) — Azərbaycan Ashihara Karate idmançısı. Renzo Gracie Academy-a aid idmançıdır. == Həyatı == Musazadə Musa 12 noyabr 1994-cu ildə Göygöl rayonunda anadan olmuşdur. 6 yaşında karate ilə məşğul olmağa başladı və 16 yaşında peşəkar döyüş sənətində debüt etdi. Tarix Müəllimliyi ixtisasını bitirmişdir. Ashihara Karate üzrə 4 dəfə dünya,2 dəfə avropa və 5 dəfə Azərbaycan çempionu olmuşdur.Hal-hazırda 2-ci Dan qara kəmər sahibidir.MMA üzrə 2 dəfə çempion olmuşdur.
Müşfiq Hüseynov (idmançı)
Müşfiq Hüseynov (1980, Zəngilan, Azərbaycan) — Azərbaycan idmançısı. "Hap Ki Do" idman növü üzrə Dünya çempionu (2009). "Hap Ki Do" federasiyasının vitse-prezidenti. == Həyatı == Müşfiq Hüseynov 1980-ci ildə Zəngilan rayonunda anadan olub. İdmanla 1993-cü ildən məşğul olur. O, 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Müxtəlif illərdə uşu, subakto, turan-do, taekvondo, hap ki do idman növləri ilə məşğul olub. Müşfiq Hüseynov bu idman növləri üzrə 8 qat ölkə çempionudur. 1997-ci ildə İsrailin Makkabi şəhərində əlbəyaxa döyüş üzrə dünya çempionu olub. Azərbaycan Hap Ki Do Federasiyasının prezidenti Süleyman Məmmədlinin rəhbərliyi altında şərq döyüş növlərinin sirlərinə yiyələnən idmançı 2004-cü ildən hap ki do üzrə yığma komandanın məşqçisidir.
Orxan Vəliyev (idmançı)
Orxan Vəliyev (tam adı Vəliyev Orxan Aydın oğlu d. 27 dekabr 1992; Moskva, Rusiya) — 2010 və 2017-ci illərdə Uşu Sando üzrə Dünya çempionu; dünyanın 57-dən artıq ölkəsində olmuş səyyah; yazıçı və iş adamı. == Həyatı == Vəliyev Orxan Aydın oğlu 1992-ci il dekabrın 27-sində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Bir bacısı və bir qardaşı vardır. 1998-ci ildə Moskvada 2047 saylı orta məktəbə getmiş, 2003-cü ilədək orta təhsilini orada almışdır. Daha sonra 2003-cü ildən Azərbaycana köçərək təhsilini burada davam etmişdir. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2011-ci ildə bu fakultəni bitirdikdən sonra təhsilə olan sevgisi onu dünyanın ən məşhur universitetlərindən biri və birincisi hesab edilən Harvard Universitetinə hazırlaşmağa sövq etmişdir. 2013-2015-ci illərdə O, Harvard Universitetinin "Biznesin idarə edilməsi" fakultəsi üzrə magistr elmi dərəcəsi almışdır. Elə bu illərdə təhsili ilə bərabər səyahətçilik xobbisi daha da böyümüş, dünyanın müxtəlif ölkələrinə səyahət edərək onların tarixi və mədəniyyəti haqqında məlumatlar toplamışdır. Daha çox məşhur olmayan ölkələrin bir o qədər də tanınmamış səhərlərinə səyahət edərək orada olan həyat haqqında maraqla məlumatlar toplamışdır.
İdmançı
İdmançı (ingiliscə, "sportsman") — idman və insan mənalarını özündə birləşdirən söz,hər hansısa idmanla məşğul olan insan anlamına gəlir.
Pərvin Məmmədov (idmançı)
Pərvin Rasim oğlu Məmmədov (16 fevral 1995; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən pauerliftinqçi. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Pərvin Məmmədov 1995-ci il fevralın 16-da Qaradağ rayonunda anadan olub. Anadangəlmə III qrup əlildir. 2010-cu ildə o, sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinə verib. 2014-cü ildən isə pauerliftinqlə məşğul olur. Şəxsi məşqçisi Rasim Məmmədov, yığmada məşqçisi isə İlqar İbişovdur. == Karyerası == Pərvin Məmmədov 2014-cü ildə Ağsuda Azərbaycan Çempionatında mübarizə apardı və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, 2015-ci ildə Azərbaycan yığmasına dəvət edildi. 2017-ci ildə Pərvin Məmmədov Macarıstanda baş tutan beynəlxalq turniri üçüncü pillədə başa vurdu.
Pərviz Abdullayev (idmançı)
Pərviz Abdullayev (ləqəbi: Kobra Pərviz; 5 yanvar 1986, Qiyaslı, Ağdam rayonu) – peşəkar kikboksinq üzrə 6 qat Dünya çempionu, əməkdar idman ustası. == Həyatı == Kobra ləqəbli Pərviz Amil oğlu Abdullayev 1986-cı il yanvarın 5-i Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbin ilk illərini Qiyaslı kənd orta məktəbində oxusa da, 1994-cü ildən təhsilini Bakı şəhəri Nizami rayonu 250 saylı orta məktəbdə davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 12 yaşında (1997-ci ildən) Kunq-fu idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Uşu-sanda idman növü üzrə Azərbaycan çempionu olub. 2007-ci ildə eyni idman növü üzrə Çində keçirilən dünya kubokunda ikinci yerin sahibi olub. Pərviz Abdullayev həmin illərdə paralel olaraq kikboksinq döyüşlərində də iştirak etməyə başlayıb. Bu zamana qədər peşəkar karyerasında 49 qələbə, 6 məğlubiyyət, 26 nakautla nəticələnən 55 döyüş keçirib. Peşəkar kikboksinq üzrə 6 qat Dünya Çempionudur.
Pərviz Hüseynov (idmançı)
Pərviz Şahin oğlu Hüseynov (6 oktyabr 1979; Sabirabad, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Okinava Qocyu-Ryu Kobudo-Kempo İdman Növləri Federasiyasında milli yığmanın üzvü, 2018-ci ildən isə federasiyanın baş katibi, qara kəmər sahibi, idman ustası. == Həyatı == Pərviz Hüseynov 6 oktyabr 1979-cu ildə Sabirabad rayonunda anadan olub. Kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olub, 1993-cü ildən isə Şərq əlbə-yaxa döyüş növləri ilə məşğul olmağa başlayıb. Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo-Kempo Növləri İdman Federasiyasında milli yığmanın üzvü, 2015-ci ildən federasiyada katib, 2018-ci ildən isə baş katibi vəzifəsindədir. Kontakt Karate üzrə 1-ci dan, Şhotakan Karate-do üzrə 1-ci dan, Qocyu-ryu Karate-do, Kabudo və Kempo-ryu idman növləri üzrə 3-cü dan qara kəmər sahibidir. Azərbaycan Respublikasında keçirilən Master Klas Seminarlarında və Beynəlxalq seminarlarda iştirak etmiş sertifikatlarla təltif olunmuşdur. Beynəlxalq Federasiyalar tərəfindən fəxri diplomlarla təltif olunmuşdur. 1997-ci ildə Şhotakan Karate-do üzrə Respublika dərəcəli hakim, məşqçi (müəllim), 2011-ci ildə isə Qocyu-ryu Karate-do, Kabudo və Kempo-ryu idman növləri üzrə hakimlik dərəcəsinə yiyələnmişdir. Dəfələrlə Bakı və Respublika çempionatlarının qalibi olmuşdur. 2 dəfə Avropa çempionu, 5 dəfə Dünya çempionu, 2 dəfə Dünya çempionatının mükafatçısı, 1 dəfə Dünya Kubokunun qalibi olmuş, həmçinin 01-04.08.2019-cu il tarixlardə Yaponiyada keçirilən Dünya Festivalında iştirak etmişdir.
Azərbaycanın Olimpiya Oyunlarında medal qazanan idmançılarının siyahısı
== Siyahı ==
Bahadur Həziyev (idmançı, 1926)
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
Bahadur Həziyev (idmançı, 1971)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.
Olimpiya medalına sahib Azərbaycan idmançıları
== Siyahı ==

Digər lüğətlərdə

бахи́лы Бо́жия Ма́терь зало́м козлозабива́тель кроссме́н опо́мниться осу́шка пренебреже́ние пру́сик рассти́лочный ревока́ция фотогравю́рный канва́ fly belt headguard intertropical oppositionist redoubted rhotacism small cranberry suspensive tax-gatherer voe возбуждаться неповиновение