□ İfşa etmək – faş etmək, üstünü açmaq, üzə çıxarmaq, meydana çıxarmaq, açıb göstərmək (birinin cinayətini, gizli niyyətini və s.-ni). Düşmənin hiyləsini ifşa etmək.
– Çar hökuməti və onun nümayəndəsi olan Hacısəməd xanın siyasətini ifşa etməli idik.
“Ölülər” … ümumiyyətlə, cəhaləti, geriliyi, ikiüzlülüyü və yalanı ifşa edir…
Qəhrəman … tayfabazlıq salanları kütlənin əli ilə ifşa etmişdi.