İGİD

sif. Bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən; cəsur, qoçaq. İgid oğlan. İgid qız.
– Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. Koroğlu”.
[Fitnə:] …Mənzər igid pəhləvandır; Həm də gözəl bir insandır. A.Şaiq.
Dayanmışdır keşikdə; İgid, qəhrəman Bakı; Əziz, mehriban Bakı. R.Rza.

// İs. mənasında.
Gülü biçənə qurban; Suyun içənə qurban; Dünyada igid çoxdur; Candan keçənə qurban. (Bayatı).
Qaralar geymə gəl, sevimli canan; İgidə meydanda ölmək şərəfdir. M.Rahim.

Синонимы

  • İGİD İGİD, QƏHRƏMAN Orda məğrur baxışında şimşəklər çaxan; İnqilabçı qəhrəmanlar, igidlər yatır (Ə.Cəmil); ASLAN (məc
  • İGİD cəsur — qoçaq — qəhrəman

Этимология

  • İGİD 1. Öyüd (öküd) sözü ilə qohumdur, “tərbiyə almış” deməkdir (tərbiyə yerinə “ikid­kü” demişik). 2. Sözün yigit variantı da olub
İFTİRAÇILIQ
İGİDCƏ

Значение слова в других словарях