İjevsk
İjevsk (rus. Ижевск; udm. Иж, Иж кар) — əhali sayına görə Rusiya Federasiyasının ən böyük iyirminci şəhəri, Volqaboyunun və Uralın iri inzibati, sənaye, ticari, elm, təhsil və mədəniyyət mərkəzi, Udmurtiyanın paytaxtı. İjevsk şəhəri şəhər dairəsini təşkil edir.
İjevsk müdafiə və maşınqayırma sənayesi mərkəzi kimi tanınır. Rusiya Federasiyasının "silah paytaxtı" hesab edilir, əmək şöhrəti şəhəri adını daşıyır.