1. Birdən sonra gələn ədəd –
2. İki dəfə iki. Dörddən iki çıxmaq.
// Miqdarca iki bildirir. İki kitab. İki otaq. İki qardaş. İki yoldaş.
2. dan. Bir neçə, çox az mənasında. İki sözü bir-birinə qoşa bilmir. İki kəlmə ilə başa salmaq. İki dəqiqə vaxtınızı alacağam.
3. Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən nömrə; “pis”. 2 almaq. Heç 2-yə cavab verə bilmədi.
◊ İki ayağını bir başmağa təpmək – bax iki ayağını bir başmağa dirəmək (“ayaq1”da).
İki bədəndə bir ürək – sevgililər haqqında.
İki cüt bir tək – çox az.
İkidə bir – yarı.
İki daşın arasında – çox namünasib vaxtda, tələsik.
İki gözü – ən əzizi, ən istəklisi.
İki gözünü bir deşikdən çıxartmaq – bax gözünü çıxartmaq 1-ci mənada (“göz”də).
İki güləşənin biri yıxılar məc. – çəkişən, vuruşan iki tərəfdən birinin məğlub olması mənasında.
İki könül bir olmaq – birləşmək, sevişmək mənasında.
İki yanına göz gəzdirmək – hər tərəfinə, ətrafına baxmaq.
İkidə-birdə – tez-tez.
İkidənbirdən – heç (bir şeyin, hadisənin olmadığını bildirir).