İKT

İnformasiya-kommunikasiya texnologiyaları

ikili təyinatlı mallar
iqtisadi siyasət tədbirləri
OBASTAN VİKİ
Azərbaycan–İKT əlaqələri
Harlequin tipli iktiyozis
Harlequin tipli iktiyozis — nadir görünən qalıcı dəri xəstəliyi olub iktiyozis qrupu xəstəliklərdən nonbulloz iktiyozisinin ən ağır növüdür. Yenidoğanların çoxluğu ölümlə nəticələnsədə ancaq bu xəstəliklə doğan və həyatına davam edən insanlar var. Ümumiyyətlə "dərinin yüksək keratinleşməsi" olaraq tərif verilə bilər. Harlequin (Arlekin), İtalyan küçə teatrında "kloun"-a bənziyən güldürən obrazdır. Bu xəstəliklə doğanların üzlərindəki ifadələr bu obraza bənzədiyi üçün bu ad verilmişdir. Bu xəstəliklə doğanların dərilərində qırmızıya çalan rəngdə, paxlavaşəkilli pullar olur. Buna əlavə olaraq göz, ağız, qulaq kimi xarici orqan uzantıları daralmışdır. Yüksək keratinə görə sərtləşən dəri hərəkəti zorlaşdırar və dəri elastik olmadığından çatlıyar və infeksiya halında ölümcül ola biləcək yaralar əmələ gələr. Bu xəstəliklə doğulan körpələrdə göz qapaqları tərsinə olaraq doğar, doğum sırasında gözün qanamasına ya da zərər görməsine yol aça bilər. Dodaqlar quru dəriyə görə çəkilmişdir və klounun gülüşünə bənzər bir görünüş içindədir.
YTÜ İktisadi ve İdari Bilimler Fakültesi
İqtisadi və İnzibati Elmlər fakültəsi — Yıldız Texniki Universitetinə bağlı fakültə. 1992-ci ildən 2015-ci ilədək Yıldız Texnik Universitetinin Ulduz şəhərciyində, daha sonra isə Davutpaşa şəhərciyində fəaliyyət göstərən fakültənin hədəfi sosial elmlər sahəsində, elmi tədqiqat keyfiyyətinin yüksəldilməsinə rəhbərlik edən, milli və beynəlxalq təhsil standartlarına uyğun olaraq özəl və dövlət sektorunun ehtiyac duyacağı, cəmiyyəti və iqtisadi prosesləri müşahidə edə bilən, vacib araşdırma və nəşrlərdə aparıcı rol oynayacaq təşəbbüskar, yenilikçi və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir.Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən Sosial Elmlər, İqtisadi və İnzibati Elmlər və Hüquq sahələri üzrə 2022-ci il dünya universitetləri reytinqi siyahısında Yıldız Texniki Universiteti, ODTÜ, Sabancı və Bilkent universitetləri ilə birgə olaraq 401-500-cü sırada yerini almışdır. Bununla yanaşı, 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Yıldız Texniki Universitetinin iqtisadiyyat və biznesin idarə edilməsi məzunları iş sahiblərinin 1-ci, siyasi elmlər və beynəlxalq münasibətlər məzunları isə Boğaziçi Universitetindən sonra iş sahiblərinin 2-ci seçimi olmuşdur. Universitetin İqtisadi və İnzibati Elmlər fakültəsi İstanbulun Əsənlər rayonunda yer alan Davutpaşa şəhərciyində yerləşir. Məsafədən asılı olmayaraq metro ilə yanaşı avtobus və rinqlər vasitəsilə də İstanbulun bir çox nöqtələrindən rahat nəqliyyat təmin edilir. == Tarixçə == 1992-ci ildə Yıldız Texniki Universiteti nəzdində yaradılan İqtisadi və İnzibati Elmlər fakültəsi, fəaliyyətinə 1993-1994 tədris ilində İqtisadiyyat ixtisası ilə başlamış, 1996-1997 tədris ilində Biznesin İdarə Edilməsi, 1999-2000 tədris ilində isə Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası ilə davam etmişdir. 2014-2015 tədris ilində İqtisadiyyat, 2018-2019 tədris ilində isə Biznesin idarə Edilməsi ixtisası ingiliscə proqramlarına tələbə qəbuluna başlamışdır. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası isə 30% İngilis dili proqramı ilə tədrisi davam etdirilir. Hər üç ixtisas da bakalavr təhsili ilə yanaşı magistratura proqramları üzrə də təhsil verir.Ulduz şəhərciyi Çuxursaray binasında fəaliyyətə başlayan İqtisadi və İnzibati Elmlər fakültəsi, daha sonra fəaliyyətini Ulduz Sarayı Yavərlər korpusunda davam etdirmişdir. 2015-2016 tədris ilindən etibarən fakültə Davutpaşa şəhərciyində yerləşən yeni inşa edilmiş müasir binasında tədrisə başlamışdır.
берло́га бинтова́ться веерообра́зный глотну́ть застаре́лость настри́г новотёл омо́граф подлеток приструни́ть притя́гиваться впрячь джем мерзе́е чело́ блязик титар activist demurral dribbling grappling historiography turbo поделить рубчик