İLAHİ
İLAVE
OBASTAN VİKİ
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
Kərtənkələyəbənzər ilan
Kərtənkələyəbənzər ilan (lat. Malpolon monspessulanus) — Zəhərli ilan növü. == Xüsusiyyətləri == Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır. == Həyat tərzi == Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan marın sonu aprelin əvvələri qayıdır.
Ox-ilan
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. == Qısa təsviri == Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. == Yayılması == Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. == Görünüşü == Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. == Həyat tərzi == Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Ayaqlı ilan fosili
Ayaqlı ilan fosili 2000-ci ildə Livanda, al-Nammourada tapılmışdır. == Tarix == Miladdan əvvəl 92-ci ilə, təbaşir dövrünə aiddir. Adı fransız naturalist Didier Descouens-in şərəfinə adlandırılmışdır. Paris Təbiət Tarixi Muzeyində, Fransada saxlanılır. İkinci dəfə 2008-ci ildə araşdırılmışdır. == Xarakteristika == Uzunluğu 85 santimetrdir. Təbaşir dövrünün ikinci yarısında yaşamış olan bu ilan növü Eupodophis sahib olduğu üzvləri ilə məşhurdur. Onsuz da ilanların, üzvlərinin təkamül müddəti ərzində inkişafdan qalaraq təkamülləşmiş sürünənlər olduğu məlumdur, Eupodophis isə bunu dəqiq şəkildə təsdiq edənm "ara keçid növüdür". Aralıq dənizində yaşamış olduğu hesab edilən bu növ 2 ədəd tam inkişafdan qalmamış ön ayağa malikdir. Qabırğa və onurğalarındaki, digər sürünənlərlə müqayisədə daha qalın sümüklər növün su həyatına adaptasiya olduğunu göstərir.
Nazikçiçәk ilan soğanı
Hündürlüyü 30-50 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli, diametri 2-3 sm olub, boz və ya sarımtıl-boz rəngli qını vardır. == Yarpaq == Yarpaqları xətvari və yaxud ensizxətvaridir,demək olar ki, gövdənin uzunluğuna bərabərdir. == Çiçək == Çiçəkləri uzunluğu 20-35 sm olan,uzun sıx uzunsov salxımda toplanmışdır; bar verməyən çiçəklərinin rəngi göy-bənövşəyi olub, çoxsaylıdır, nazik borucuğaoxşardır və uzunluğu çiçəklərin uzunluğuna bərabər və ya ondan azacıq uzun olan saplaq üzərində yerləşmişdir. Bar verən çiçəklərin saplağı üfüqi və yaxud yana əyilmişdir və çiçəklərdən biraz qısadır. == Meyvə == Qutucuq şarşəkillidir. == Çiçəkləməsi == İyun == Meyvə verməsi == İyun-İyul == Azərbaycanda yayılması == BQ (Quba),BQ şərq. Subalp və alp qurşaqlarında, nadir hallarda orta dağ qurşağında. == Yaşayış mühiti == Daşlı-çınqıllı yamaclarda,kserofit qruplar arasında, kəsilmiş meşələrdə,kolluqlar arasında, nadir halda çəmənlərdə rast gəlinir.
Bar-İlan adına Universitet
Bar-İlan adına Universitet (BIU, ivr. ‏אוניברסיטת בר-אילן‏‎) — Ramat-Qanda, İsraildə universitet. 1955-ci ildə yaradılıb və dini sionizm hərəkatının lideri Meir Bar-İlanın şərəfinə adlandırılıb. Universitet dini yəhudi təhsil ilə adi ali təhsili birləşdirmək üçün yaradılıb. == Fakültələr == İudaika Hüquq İctimai elmlər Humanitar elmlər Dəqiq elmlər BiologiyaUniversitetdə pedaqogika, sosial işçilər, biznes və mühəndis məktəbləri vardır. Universitet tərkibində həmçinin fizika, tibbi kimya, riyaziyyat, beyin tədqiqatları, psixloji tədqiqat, iqtisadiyyat, musiqişünaslıq, arxeologiya, yəhudi hüququ (Qalaxa) və nanotexnologiya elmi-tədqiqat institutları vardır.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədi ilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. İlanları öyrənən elm serpantologiya adlanır.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
İlan (bürc)
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan Ana
İlan Ana - türk və altay mifologiyasında ilan ilahə. Çılan (Zılan, Ilan) Ana də deyilir. İlanların törədiyi əfsanəvi varlıq. Çox vaxt dişi olaraq təyin olunur. İlanlara hökm edər. İlan ordusunun başında bir gün dünyanı zəbt edəcəyindən qorxarlar. Ağ İlan olaraq təsir edilir. Yeraltı güclərini təmsil edir. İlan Ananın qarnının qızılı əli ilə sığallayan birinin hər şeyin sirrinə vaqif olacağına inanılar. Zılan (Zilan adıyla) tatarların və paytaxtları Qazanın simvolu olaraq qəbul edilmişdir.
İlan Ata
İlan Ata - türk və altay mifologiyasında ilan tanrı. Çılan (Zılan, Ilan, Yılan) Ata da deyilir. İlanların özündən törədiyi əfsanəvi varlıq. == Xüsusiyyətləri == Qara ilan olaraq təsvir edilir. Belindən aşağısı ilan, üst qisimi insandır. Fars mədəniyyətinin təsiri "Şahmaran" təbiriylə eyniləşdirilmişdir. Yerin yeddi qat altında yaşayır. Hər cür dərdə dərman tapa bilər. İlan bu səbəblə tibbin simvoludur. Bir çox dində insanoğlunu aldadaraq cənnətdən qovulmasına səbəb olan varlıq, ilan cildinə girmiş Şeytandır.
İlan Mesliye
İlan Mesliye (2 mart 2000-ci ildə anadan olub) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Mesliye öz futbolçu karyerasına 6 yaşı olarkən yerli klublarından olan Merlevenez klubunda start vermişdir. Uğurlu çıxışından sonra o, Loryan akademiyasına transfer olmuşdur. 1 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Mesliye peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
İlan Ramon
İlan Ramon (ivr. ‏אילן רמון‏‎; 20 iyun 1954, Ramat-Qan, Təl-Əviv dairəsi – 1 fevral 2003, Texas) — İsrail Hərbi Hava Qüvvələrində xidmət etmiş pilot, NASA-nın ilk israilli kosmonavtı.
İlan Sultan
İlan Sultan — məşhur İranlı dramaturq Bahram Beyzainin 1965-1966-cı illərdə yazdığı faciə. "İlan Sultan" Beyzainin ən məşhur əsərlərindən biridir.
İlan bürcü
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan mağarası
İlan mağarası — Krımdakı Levadki kəndi yaxınlığında, Krım dağlarının Daxili silsiləsinin dik yamacında yerləşən bir mağara. 310 metr uzunluğundakı ətəklərdəki ən gözəl və ikinci (Torosdan sonra) karst mağaralarından biridir. Mağaranın sahəsi 410 m², həcmi 1300 m³-dir. == Tədqiqat == İlan mağarası uzun müddətdir bilinir. Mağara ilk dəfə 1924-cü ildə S. Zabnin tərəfindən təsvir edilmişdir. 1960–1980-ci illərdə məşhur yerli tarixçi və karstoloq V. Duşevski Simferopol Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllimləri və tələbələri tərəfindən fəal şəkildə öyrənilmişdir. 2000-ci illərdən bəri, Ukrayna Speleologiya və Karstologiya İnstitutunun (Simferopol) əməkdaşları tərəfindən hipogen speleogenez nümunəsi öyrənilmişdir. == Geologiya == Əsas mineral tərkibi: brusit; hidroksilapatit; gips; kalsit; kristobalit; sepiolit; florapatit. Mağara daşlarla üç mərtəbəyə bölünür. Hansı ki, dağətəyi mağaralar üçün bənzərsiz bir hadisədir.
İlan ocağı
İlan ocağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Pirin yerində əvvəllər möhrədən tikilmiş bina olmuşdur. Hazırda yenidən bərpa olunmuş və onun yerində səkkizguşəli bina inşa edilmişdir. Hər guşənin bir pəncərəsi var. Binanın tavanı konusvarı günbəzlə örtülmüşdür. Qapı və pəncərə başlıqları yarım dairəvi formadadır. Girişi şərqdəndir. Pirin mərkəzi hissəsində müsəl man dəfn adətlərinə uyğun olan qəbir vardır. Burada kimin dəfn olunduğu bilinmir. Qəbir daşlarında kitabə yoxdur.
İlan rauvolfiyası
İlan rauvolfiyası (lat. Rauvolfia serpentina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin rauvolfiya cinsinə aid bitki növü.
İlan ulduzu
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
İlan zəhəri
İlan zəhəri — bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatı. İlan zəhəri rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İlan zəhəri müalicə əhəmiyyətlidir. İlan zəhərini qurudulmuş halda 23-ilə qədər saxlamaq olur. Zəhərli ilanlar mühafizə olunur. Abşeron yarımadası Şahidli burnunda 3 min gürzə saxlanan qoruq var. Azərbaycanda 23 ilan növü mövcuddur. İlanlar, siçan, ilbiz, həşərat, quş yumurtası və s. ilə qidalanır.
İlan-qurbağa ev
İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub. Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb. Ancaq indi onların sayı əvvəlkindən azdır. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.
İlan adası döyüşü
İlan adası döyüşü (ukr. Атака на острів Зміїний) - Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında Qara dənizdə yerləşən Zmeynıy adasında baş vermiş döyüş. == Arxa plan == Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan İlan adası inzibati cəhətdən Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir. Rumıniyanın su sərhədlərinə yaxın ərazidə yerləşən ada uzun müddət Rumıniya və Ukrayna arasında fikir ayrılığına səbəb olmuş və tərəflərdən hər biri adanın özünə aid olduğunu elan etmişdir. Adanı əhatə edən ərazi suları 2004-cü ildən 2009-cu ilə qədər Rumıniya və Ukrayna tərəfindən növbəti dəfə mübahisələndirilmiş, o zaman Beynəlxalq Ədalət Məhkəməsi adanı əhatə edən suların Rumıniyaya verilməsi ilə bağlı qərar çıxarmışdır.Ukrayna 2007-ci ildə İlan adasının yaşayış üçün əlverişli ada statusunu sübut etmək və mübahisədə əlini gücləndirmək üçün adanın yeganə yaşayış məntəqəsi olan Beloe qəsəbəsini salmışdır. Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007-ci ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır.2021-ci ilin avqustunda Ukrayna ətrafında Rusiya qüvvələri cəmləşdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski adada mətbuat konfransı keçirdi və o, dedi: Bu ada, bütün ərazimiz kimi, Ukrayna torpağıdır və biz onu müdafiə edəcəyik. bütün gücümüzlə. === Hücum === 2022-ci ilin 24 fevral tarixində Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Ukrayna Dövlət Sərhəd Xidməti yerli vaxtla təxminən saat 18:00-da İlan adasının Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən hücuma məruz qaldığını elan etdi. "Moskva" kreyseri və patrul kateri Vasili Bıkovun göyərtələrindən ada ağır atəşə tutuldu.
Şoviss ilan soğanı
Hündürlüyü 10-15 (20) sm olan, bitkidir.Soğanağı yumurtaşəkilli olub, tünd-boz rəngli qını vardır. == Yarpaq == Yarpaqları ensiz xətvaridir, asılı haldadır, üst tərəfdən novşəkillidir və gövdədən uzundur. == Çiçək == Salxımı sıxdır, uzunsovyumurtaşəkillidir,uzunluğu 4 sm-ə qədərdir.Çiçək saplağı çiçəklərdən qısadır. Çiçək yanlığı yumurtaşəkilli-bardağaoxşar olub,uzunluğu 5 mm-ə qədərdir, açıq-göy, mavi,nadir hallarda ağımtıl rəngdədir;çiçəkyanlığının dişcikləri dəyirmi-üçbucaqlıdır,bükülmüşdür və ağ rəngdədir. Bar verməyən çiçəkləri çoxsaylı deyidir, bar verənlərə nisbətən daha açıq çalarlıdır. == Çiçəkləməsi == (Aprel) May-İyun == Azərbaycanda yayılması == BQ (Quba),BQ şərq, KQ şimal, KQ mərkəzi, KQ cənub,Nax. dağ., Nax. düz. Aşağı dağ qurşağından, orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Otlu yamaclarda,kolluqlarda, meşə kənarında, qayalı-çınqıllı və əhəngli yerlərdə, dağ-bozqır yamaclarda rast gəlinir.
Qartal kölgəsində ilan (film, 1978)
Qartal kölgəsində ilan (ing. Snake in the Eagle's Shadow, çincə:蛇形刁手) — 1978-ci ildə çəkilən Ceki Çanın məşhur filmlərindən biridir. == Məzmun == Çin Sin sülaləsi dövrünə. Yetim Çien Fu Kunq Fu ustası və Şaolinin "İlan Zərbəsi" məktəbinin sağ qalan sonuncu nümayəndəsi Pay Çen-Çenyunu xilas edir. "İlan Zərbəsi" məktəbinin bütün nümayəndələri "Pələng caynağı" klanı tərəfindən öldürülürlər. Usta Çienə Kunq Fu öyrətməyə başlayır. Çien bu texnikanı mükəmməl öyrənərək, öz şəxsi stilini yaradır.
Adi ilanboyun
Adi ilanboyun (lat. Anhinga anhinga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin i̇lanboyunlar fəsiləsinin i̇lanboyun cinsinə aid heyvan növü.
Adi ilankölgəsi
Adi ilankölgəsi (lat. Ferula communis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Adi pişik ilanı
Adi pişik ilanı (lat. Telescopus fallax) — Suilanıkimilər fəsiləsinə aid növ. Bədəninin uzunluğu 60–70 sm, maksimal uzunluğu — 100 sm-dir. Bədəninin aşağı nahiyəsi ağ rəngdə olur. Əsasən daşlı yaylıqlarda, otluqlar və kolluqlarda, yarımsəhrada və dağ meşələrində yayılır. Onlara 1700–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Onlar gecə və gündüz radələlərində aktiv olur. İsti yay ayları isə ancaq gecə saatları aktiv olur. Ağaclara və ev damlarına rahat çıxa bilirlər. Əsasən kərtənkələlər, gəmiricilər və quşlarla qidalanırlar.
Afrika ilanboyunu
Afrika ilanboyunu (lat. Anhinga rufa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin i̇lanboyunlar fəsiləsinin i̇lanboyun cinsinə aid heyvan növü.
Avstriya ilanbaşı
Avstriya ilanbaşı — (lat. Dracocephalum austriacum) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.
Aşağı İlanqara (Maku)
Aşağı İlanqara (fars. ايلان قره سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (18 ailə).
Bütövyarpaq ilanbaşı
Dracocephalum integrifolium (lat. Dracocephalum integrifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü.
Damalı su ilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. == Həyat tərzi == Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Gecə ilanı (personaj)
Gecə ilanı (ing. Nightcrawler) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali super qəhrəman. Yazıçı Len Ueyn və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1975-ci ildə nəşr olunmuş "Böyük ölçülü İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Gecə ilanı qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, yüksək səviyyədə cəldliyə, teleportasiya qabiliyyətinə, yapışqan əl və ayaqlara malikdir. Gecə ilanı fiziki mutasiyasında yer alan indiqo rəngli məxməri xəzi sayəsində kölgəyə qarışaraq, görünməz hal ala bilir. Onun eyni zamanda iki barmaqlı ayaqları, üç barmaqlı əlləri, sarı gözləri və oxabənzər quyruğu var. Gecə ilanı ilkin komikslərdə əsasən şən, zarafatcıl, sataşqan və qılıncoynatma həvəskarı kimi göstərilmişdir. O dindar katolikdir və öz inancını dəfələrlə müxtəlif komiks və filmlərdə dilə gətirmişdir. Personaj yaradılışından bəri Marvelin komiks və video oyunlarında davamlı olaraq yer almışdır.
Gözəl ilanbaş
Zərif ilanbaş (lat. Ophisops elegans) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin i̇lanbaş cinsinə aid heyvan növü. Bu, ilanbaş cinsinin Azərbaycanda yayılmış yeganə növüdür. == Quruluşu == Zərif ilanbaş kərətənkələ iki yarımnövündən Azərbaycan hüdudlarından tipik forma qeydə alınmışdır. Başının üst tərəfində aydın uzununa novcuq vardır. Bu cür novcuqlar böyürlərdə də olurr. Təbil qalxancığı böyükdür. Qarın qalxancıqları 6 uzununa sırada yerləşmişdir. Oma məsamələri sırası diz bükümünə azacıq çatmır. Anal qalxancığı əhatə edən qalxancıqlar arasında adətən bir iri preanal qalxancıq ayırd edilir.
Konusgövdə ilankölgəsi
Konusgövdə ilankölgəsi (lat. Ferula narthex) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Kəkilli ilanyeyən
Kəkilli ilanyeyən (lat. Spilornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kərtənkələyəbənzər ilanlar
Kərtənkələyəbənzər ilanlar (lat. Malpolon) — Lamprophiidae sinfinə aid ilan cinsi. Bədəninin uzunluğu 180 sm təşkil edir. Cins iki növə bölünür: Malpolon insignitus Malpolon monspessulanus — Kərtənkələyəbənzər ilanMalpolon insignitus Şimali Afrika, Yaxın Şərq, Cənubi Qafqaz və Rusiyanın cənub hissəsində yayılmışdır. Malpolon cinsinə əvvəllər Şimali Afrika və Ərəbistan yarımadasında yayılan Ərəb kərtənkələyəbənzər ilanı (Rhagerhis moilensis), Rhagerhis cinsinə daxil edilmişdir.
Moldaviya ilanbaşı
Moldaviya ilanbaşı (lat. Dracocephalum moldavica) - i̇lanbaşı cinsinə aid bitki növü. == Yayılması == Moldova ilanbaşı bitkisi yabanı halda Ukraynada, Krımda və Qafqazda bitir. Keçmiş SSRİ-nin Avropa hissəsində efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli bal verən bitki hesab olunur. Bir çox arıçılar beçələri cəlb etmək üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər.Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da az yayılmışdır. Novosibirski və Tomsk botanika bağında kiçik sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir.
Müxtəlifyarpaq ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı (lat. Dracocephalum heterophyllum) - i̇lanbaşı cinsinə aid bitki növü.
Pisiyli ilankölgəsi
Pisiyli ilankölgəsi (lat. Ferula foetida) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.

Digər lüğətlərdə

враждова́ть демисезо́н жлоб задира́тельный клейкова́то малы́ш сы́скосу храпли́вый цементо́вка громо́здкий одинёхонек праздносло́в проверя́ть липты chrome green climb indicator coopery etherify noise-free rect- solidus trusted wild apple залепить угледобыча