ilankölgəsi

ilankölgəsi
ilanxiyarı
ilanq
OBASTAN VİKİ
İlankölgəsi
İlankölgəsi (lat. Ferula) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Adi ilankölgəsi
Adi ilankölgəsi (lat. Ferula communis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Konusgövdə ilankölgəsi
Konusgövdə ilankölgəsi (lat. Ferula narthex) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Pisiyli ilankölgəsi
Pisiyli ilankölgəsi (lat. Ferula foetida) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Qafqaz ilankölgəsi
Qafqaz ilankölgəsi (lat. Ferula caucasica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür. Regional IUCN Statusu: VU D2. Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov-yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır.
Soviç ilankölgəsi
Soviç ilankölgəsi (lat. Ferula szowitziana) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1abc (ii,iii,iv). Azərbaycanın nadir növüdür. Çoxillik bitkidir.Bitkinin hündürlüyü 50 sm-dir. Kökətrafı yarpaqları üçküncdür, üçər bölümlüdür, son ayları lansetvari və ya ovalvaridir, 15 mm uzunluğundadır. Ləçəkləri uzunsovdur, kənardakılar tükcüklüdür, uzunluğu 1,5 mm-dir. Meyvələrinin kənarları enli qanadlıdır, diametri yarımmeyvə ilə bərabərdir. Çiçəkləmə may-iyun, meyvəvermə iyul ayına təsadüf edir. Aşağı dağ qurşaqlarında, gilli-gipisli və quru, daşlı dərələrdə rast gəlinir.
Yumurtavari ilankölgəsi
Yumurtavari ilankölgəsi (lat. Ferula oopoda) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2ab (ii, iii,); C2a. Azərbaycanın nadir növüdür. Çoxillik monokarp bitkidir, hündürlüyü 1 m-ə yaxındır. Gövdəsi düzdür, qalındır, yuxarı hissəsində budaqlar bərabər ölçüdədir. Gövdə yarpaqlarının qınları dərivaridir, çılpaqdır, üfürülmüş kimidir, ucu bərkdir. Yarpaq ayaları xətvaridir. Kökətrafı yarpaqlarının son ayaları rombvaridir, çox sayda yarılmış lələklidir, qalın-xətvaridir, uzunluğu 2-4 sm, eni 1,5-2 mm-dir. Gövdə yarpaqları çox kiçikdir, çox şişikin, ağtəhər, dərivari qınlıdır.
İran ilankölgəsi
İran ilankölgəsi (lat. Ferula persica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c; B1ab (iii). Azərbaycanın nadir növüdür.<ref> Çoxillik bitkidir. Yarpaqları tez quruyan, bozumtul, hər iki tərəfədən qısa tüklü, kökətrafı yarpaqları qısa, yoğunsaplaqlı, enli romb şəklində, üçər, üçqat lələkvari yarılmışdır. Gövdə yarpaqları çox kiçilmiş, enli şişkin, qınlıdır. Çətirləri çoxçiçəklidir, mərkəzdəkilər oturaq, 12 -20 şüalıdır, yan tərəfdəkilər uzun, yoğun ayaqlardadır. Meyvə uzunsov ellipsvaridir, 11-14 mm uzunluğunda, 7-9 mm enindədir. Çiçəkləməsi aprel-may, meyvə əmələgəlmə iyun aylarına təsadüf edir. Kserofitdir.