İLBİZ

is. zool.
1. Əksərən balıqqulağına oxşar bərk çanaq içərisində yaşayan yumşaq bədənli molyusk.
Tənək və sədəf ilbizlərinin öyrənilməsindən aydın oldu ki, yumşaq bədənləri çanaq içərisinə alınmış heyvanlara ilbiz deyilir. Zoologiya”.
Ancaq arabir ilbizlər bir-birinə səs verib fit çalırdı. C.Cabbarlı.

2. məc. Adamsancan, xəlvəti, əlaltından iş görən adam haqqında. İlbizin biridir.
İLBƏİL
İLBİZLİK

Digər lüğətlərdə