Rusiya–Ukrayna müharibəsi (2022-ci ildən)
Rusiyanın Ukraynaya qarşı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb.
Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib.
== Zəmin ==
=== Postsovet münasibətləri ===
1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.