İLGƏK

is.
1. Paltarın yaxasında, qolunda, cibinin ağzında və b. yerində düyməni və ya qarmağı keçirmək üçün sapdan, qaytandan düzəldilən balaca yarıq və ya halqa; düymə yeri. Fabrikdə işləyən qızlar hər düyməni, hər ilgəyi diqqətlə tikir, paltarın möhkəm olmasına çalışırlar. “Az. qad.”.
2. Rəsmi paltarın yaxasında rəngli sırma.
[Zəhranın] əynində boz şineli, şinelin yaxasında, yaşıl rəngli ilgəklərin üstündə qoşa kubiklər vardı. Ə.Vəliyev.

3. bax ilmə.
1-ci mənada [Səltənət] xalçanı açıb diqqətlə hər şəklinə, hər naxışına, hər ilgəyinə bir də baxdı. Mir Cəlal.

İLƏRİ
İLGƏKLƏMƏ

Digər lüğətlərdə

вы́клеить вью́шка декламацио́нный нейротравматоло́гия отку́таться переустро́ить тра́фить штиль монетоприёмник несуществу́ющий омеблиро́вываться разбо́рчивый дутри Кишинев barm decalescence Dennis glass-shot protocontinent speedboating Tiber бесчестить горбоносый колдовство поплавок