İLHAM

(os.tr. ilham; ru. Вдохновение; ing. inspiration, enthusiasm; fr. Inspiration; ər. إنهاو ) – ilham. Ezoterik bilik növlərindən biri olub, Allah-təala tərəfindən insanların qəlbinə bir hissin doğması, ona bir xeyirin gəlməsi, vəcdin doğmasıdır. İlham dilimizdə geniş sferada işlənməkdədir. Bəzən şairlər şeir yazma ərəfəsində özlərinə qaibdən gələn yüksək entuzaist halın gəlməsini gözlərlər. Bu əsnada onlarda yüksək poetiik əhval-ruhiyyə yaranır və şeir yazarlar. İlham bəzən problemli bir iş əsnasında problemin həll olunması üçün ağıla anidən gələn fikrə, ideyaya da deyilir. İlham yalnız və yalnız şəxsi təcrübələr əsasın-da açıqlana, izah edilə bilər. Çünki ilhamlar ümumi eksperiment kimi təkrarən sınaqdan keçirilə bilməz.
İLHAM
İLLUZİYA

Значение слова в других словарях