İLHAM

\[ər.\] сущ. илгьам (1. руьгь хкаж хьун, руьгь акатун; ашкъи, гьевес; ilham almaq илгьам къачун, руьгь хкаж хьун, руьгь акатун, ашкъидиз атун, гуж къачун; ilham vermək илгьам гун, руьгь кутун, къуват кутун, ашкъилу авун; ilhama gəlmək илгьамдиз атун (кил. ilham almaq); 2. ilhamla нареч. илгьамдалди, ашкъидалди, гьевесдалди).
İLĞIM
İLHAMÇI
OBASTAN VİKİ
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə)İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. Hacı İlham Əliyev (islamçı) — Azərbaycan İslam Partiyasının sədr əvəziİlham Əhmədovİlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əhmədov (şəhid) — şəhid.İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
İlham (1972)
== Məzmun == Film böyüklərin uşaqlara diqqətli olmaları barədədir. Uşaq qəlbi çox kövrək olur. Ona görə də balacalara qayğıkeşliklə yanaşmaq lazımdır. == Festivallar və mükafatlar == 1) 1974-cü ildə Daşkənddə V Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışddır. == Film haqqında == Kukla filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: İshaq İbrahimov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
İlham Abbasov
İlham Abbasov (idmançı)
İlham Allahverdiyev
İlham Allahverdiyev (28 oktyabr 1992, Goranboy rayonu) — Futbolçu, mövqeyi hüçumçudur. Hal hazırda Bakının "MOİK" klubunda oynayır. == Bioqrafiya == İlham Allahverdiyev 28 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası, Goranboy rayonunda doğulub. == Karyera == İlham Allahverdiyev futbol karyerasına 2002-ci ildə Bakının "Neftçi" klubunun uşaq komandasında başlayıb. Bakılıların heyətində müxtəlif aşağı yaş komandalarında çıxış etdikdən sonra, 2011-ci ildə klubun əvəzedici heyətinə cəlb olunur. Daha sonra, 2011/12 mövsumundə "Neftçi"nin əsas heyəti ilə Azərbaycan çempionluğunu qazanır. 2013-cu ilin yayında "Qaradağ Lökbatan" klubuna icarəyə verilir. "Qaradağ Lökbatan" klubunda 6 ay futbol oynadıqdan sonra Allahverdiyev 2014-cu ilin yanvarında "Neftçi"yə dönur. 2013/14 mövsumu bitdikdən sonra futbolçu təkrar "Qaradağ Lökbatan"a icarəyə verilir və klubunun heyətində Azərbaycan Çemppionatının Birinci dəstəsinin 2014/15 mövsumundə 21 qol ilə bombardir olur. Futbolçu bombardir olduğu mövsumdə 21 qol vurur.
İlham Aslanoğlu
İlham Axundov
İlham Axundov (Axundov İlham Sənan oğlu; 1 iyun 1959, Boladı, Lənkəran rayonu) — Kanada alimi; Professor, Vaterlu Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru. == Həyatı == Axundov İlham Sənan oğlu 1959-cu il iyunun 1-də Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladi kəndində anadan olub. == Təhsili == 1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbigi Riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. O, sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlamis təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmisdir. == Əmək fəaliyyəti == 1988-ci ildən 1997-ci ilədək İ.Axundov Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent, 1997-1999-cu illərdə isə Odlar Yurdu Universitetində (Bakı) xarici əlaqələr üzrə prorektor işləyib. İ.Axundov 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olub. O, 1999-2000-ci illərdə Texas Universitetində (Texas A&M University) tədqiqat aparmaq imkanı qazanıb. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərdən bir neçə dəvət alıb. Professor İ.Axundov 2001-ci ildən Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb. 2007-ci ildə professor İ.Axundov karyerasını Kanadanın dünya söhrətli Vaterlu Universitetinin Riyaziyyat Fakültəsində davam etdirib.
İlham Cabbarov
İlham Cabbarov — — Azərbaycanlı şəhid. == Həyatı == Cabbarov İlham Mirəli oğlu 1 yanvar 1960-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Subatan kəndində anadan olmuşdur. Səkkizillik təhsilini kənd məktəbində aldıqdan sonra kənddə tam orta məktəb olmadığına görə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl) rayonuna gəlmiş yaxın qohumlarıgildə yaşamış və oradakı orta məktəbi bitirmişdir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra İlham Cabbarov Özbəkistan Respublikasının Əndican şəhərində Toxuculuq İnstitutuna daxil olmuşdur. 1988-ci ildə erməni qəsbkarları azərbaycanlıları doğma ocaqlarından didərgin saldığı zaman İlhamgilin ailəsi də Gəncə şəhərinə pənah gətirmişdir. İlham Cabbarov ailəsinə kömək etmək məqsədilə Özbəkistandan qayıdaraq Gəncə şəhərinə gəlmiş, təhsilini Azərbaycan Texnologiya Universitetində davam etdirmişdir. O, oxuya-oxuya Toxuculuq kombinatında əmək fəaliyyətinə başlamışdır. == Hərbi xidmət == Erməni faşistlərinin Azərbaycan torpaqlarına olan iddiaları İlhamı rahat qoya bilməmiş, o, könüllü olaraq Milli Ordu sıralarına daxil olmuş, 773 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlayaraq podpolkovnik Yusif Teymurovun batalyonunda tankçı kimi böyüş igidlik göstərmişdir. Cəsur döyüşçü az müddət içərisində rəşadətinə görə böyük hörmət qazanmışdır. O, Daşaltı, Şuşa, Laçın, Qubadlıda dəfələrlə ölümlə üz-üzə dayansa da çevikliyi və ayıqlığı nəticəsində düşməni məhv edib azad ola bilmişdir.
İlham Elxanoğlu
Əsgərov İlham Elxan oğlu — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluş hissə müdiri, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2015). == Həyatı == İlham Elxanoğlu 1976-cı ildə anadan olmuşdur. Teatr səhnəsində qoyulan bir sıra tamaşaların rəssamı olan İlham Elxanoğlunun rejissor kimi ilk işi 2006-cı ildə J.Koktonun "İnsan səsi" əsəri əsasında hazırlanan tamaşa olub. 2007-ci ildə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasına quruluş verib.30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
İlham Hüseynov
İlham Hüseynov (aktyor) — Azərbaycan teatr və kino aktyoru. İlham Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İlham Hüseynov (əsgər, 1973) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi.
İlham Həsənov
İlham Gülbala oğlu Həsənov (6 may 1976, Marksovka, Ağstafa rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == İlham Həsənov 6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdur. 1993-cü ildə məktəbi bitirdikdən sonra, zabit olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir, bura daxil ola bilməyən İlham ruhdan düşmür Bakı Yüngül Sənaye Texnikumuna daxil olur. 1994-cü ildə Milli Orduya çağırılır. O tez bir zamanda əsgər və zabitlərin hörmətini qazanır. Hərbi təlim yarım il çəkir sonra isə cəbhə... İlham cəbhədə təzəcə əməliyatlara qoşulmağa başlamışdı ki Mart hadisələri baş verdi. Öz Dövlətinə, Rəhbərinə, Xalqına xidmət edən İlham Həsənov Mart hadisələri zamanı dəstənin zərərsizləşdirilməsində canından keçən neçə-neçə vətən oğullarından biri oldu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Həsənov İlham Gülbala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İlham Kərimli
İlham Kərimli (1976, Bakı) — Azərbaycan, Hind və Ərəb rəqslərin mahir ifaçısı, "Buta" rəqs ansamblının rəhbəri. == Həyatı == İlham Rəhim oğlu Kərimli 1976-cı ildə Bakıda anadan olub. 1993-cü ildə Bakının Piralalhı qəsəbəsindəki 168 saylı məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumuna daxil olub. 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğu fakültəsini bitirib. İ.Kərimli 6 yaşından rəqslə məşğul olur. İlk müəllimi də Vaqif Mustafayev adına Mədəniyyət Mərkəzində rəqs dərnəyinin rəhbəri Tatyana Alekseyevna olub. Sonra fəaliyyətini Kamil Dadaşov adına "Çənlibel" rəqs ansamblında davam etdirib. Bir çox televiziya müsabiqələrində, o cümlədən "7-17"-də, "İstedadlar sorağında" qalib olub. İlham Kərimli rəqs bacarığını artırmaq üçün ərəb ölkəsi olan Bəhreyn şəhərində 4 il təhsil alaraq Şərq rəqslərinin incəliklərini öyrənib. Hindistanda bir neçə dəfə iki aylıq rəqs kurslarında iştirak edib.
İlham Kərimov
İlham Kərimov (2 iyul 1976) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == İlham Kərimov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. İlham Kərimov turnirin 1/8 final mərhələsində Estoniya nümayəndəsi Valeri Semisura qalib gəlsə də, 1/4 final mərhələsində Fransa nümayəndəsi Jean-Luis Mandengeya 4:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.Həmin ilin avqustunda isə İlham Kərimov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. İlham Kərimov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İsveç nümayəndəsi İsmael Kone ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 2:22 hesabı ilə məğlub olan İlham Kərimov turnirdə mübarizəsini dayandırdı və Atlanta Olimpiadasını 17-ci pillədə başa vurdu.
İlham Mehdiyev
İlham İsmayıl oğlu Mehdiyev (2 avqust 1965; Balakən rayonu, Azərbaycan SSR) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == İlham Mehdiyev 1965-ci il avqustun 2-də Balakən rayonunun Hənifə qəsəbəsində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb. == Fəaliyyəti == İlham Mehdiyev 1987–1991-ci illərdə Sovet Ordusunda Hava-Desant Qoşunlarında xidmət edib. Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə mayor İlham Mehdiyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.İlham Mehdiyev Azərbaycan Prezidenti Heydər Əliyevin 1 iyul 2003-cü il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edildi.İlham Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli Sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli Sərəncamı ilə general-mayor İlham Mehdiyev "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 18.08.2008-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2014-cü il tarixli Sərəncamı ilə İlham Mehdiyev "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə İlham Mehdiyevə "general-leytenant" hərbi rüstəbi verildi.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.İlham Mehdiyev 2020-ci ilin Qarabağ müharibəsi zamanı Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində idi. 2020-ci ilin Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırıqları Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, rəisin birinci müavini — Qərargah rəisi Rəşad Sadiqov, rəisin döyüş hazırlığı üzrə müavini İlham Mehdiyev, Döyüş Hazırlığı Baş İdarəsinin rəisi Rəsul Tağıyev, Sərhəd Qoşunlarının Qərargah rəisi Aqşin Məhərrəmov, ÇHB Komandanı Ehram Hacıyevin rəhbərliyi altında icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları fərqləndi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham İsmayıl oğlu Mehdiyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə İlham Mehdiyev "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlham Mirzəyev
İlham Mirzəyev (tam adı: İlham Əlikram oğlu Mirzəyev; 18 iyun 1966, Əli-Bayramlı) — şair-publisist, tədqiqatçı-psixoloq, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, psixologiya üzrə fəlsəfə doktoru. == Həyatı == İlham Əlikram oğlu Mirzəyev 18 iyun 1966-cı ildə Şirvan şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Daha sonra Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. 2000-ci ildən "Space" Müstəqil Teleradio Şirkətində aparıcı kimi fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə, Sosialogiya və Hüquq institutunun "dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin böyük elmi işçisi, həmin institutunun mətbuat katibi və elmi şuranın üzvü, psixologiya üzrə fəlsəfə doktorudur, dosent, 8 kitab, 3 dərs vəsaiti və 100-dək elmi məqalənin müəllifidir. Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan İlham Mirzəyev "Vətən", "Qızıl qələm", "Humay", Hacı Zeynalabdin Tağıyev adına yaradıcılıq mükafatını, Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb. == Elmi fəaliyyəti == İlham Mirzəyev yaradıcı insan və peşəkar psixoloq kimi Azərbaycan hüdudlarından kənarda da çox yaxşı tanınır. Tədiqaqtçı-psixoloq kimi həm kəmiyyət, həm də keyfiyyət baxımından yaradıcı fəallığı ilə seçilən İlham Mirzəyevin "Liderlik zirvəsi: siyasətin sosial psixologiyası" adlanan beşinci irihəcmli elmi-praktik monoqrafiyası Türkiyədə İstanbul Kültür Bakanlığının dəstəyi ilə nəfis tərtibatla nəşr edilib. Bu əsərdə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyəti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti, sosial tarixi və siyasi-psixoloji yanaşma çərçivəsində sistemli şəkildə təhlil olunur.
İlham Mədətov
İlham Mədətov (tam adı: İlham İsa oğlu Mədətov) — Azərbaycan Turizm və Menecment Universitetinin rektoru. 2009-cu ildə Azərbaycan idmanının inkişafındakı xidmətlərə və dövlət qulluğunda səmərəli fəaliyyətə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2012-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaranmasının 20 illik yubileyi münasibətilə və idmanının inkişafında xidmətlərə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Mədətov İlham İsa oğlu 13 noyabr 1952-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1970-ci ildə Yevlax şəhər 4 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuş, 1976-cı ildə oranı bitirmişdir. iyul 1974 – iyul 1975-ci il dövrdə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi xətti ilə Misir Ərəb Respublikasında tərcüməçi işləmişdir. 1976-cı ilin avqustundan oktyabrındadək Maarif Nazirliyinin təyinatı ilə Yevlax rayon Varvara kəndində orta məktəbdə müəllim işləmişdir. 1976-cı ilin oktybarından 1980-ci ilin sentyabrındadək Yevlax şəhər Komsomol Komitəsində komsomol təşkilatçısı, şöbə müdiri və katib vəzifələrində işləmişdir. 1980-ci ilin sentyabrından 1984-cü ilin avqustuna qədər SSRİ Müdafiə Nazirliyinin xətti ilə Liviyada hərbi xidmətdə olmuş və ərəb dili tərcüməçisi işləmişdir.
İlham Məmmədli
Məmmədli İlham Müseyib oğlu (d. 9 fevral 1963, Bəzirxana, Kəlbəcər rayonu, Azərbaycan SSR) — yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, АMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı (Sovet dövrü) şöbəsinin aparıcı elmi işçisi, "Bütöv Azərbaycan"qəzetinin redaktoru. == Həyatı == İlham Məmmədli 9 fevral 1963-cü ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olub. 1980-ci ildə Kəlbəcər rayonu Zar kənd orta məktəbini bitirib. 1981–1983-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olaraq 1990-cı ildə oranı bitirib. Təyinatla "İşıq" nəşriyyatına kiçik redaktor vəzifəsinə göndərilib. Bir müddət nəşriyyatda işləyəndən sonra "Həqiqət" qəzetinə şöbə müdiri təyin olunub. Müxtəlif illərdə "Azərbaycan aqrar elmi" jurnalında şöbə redaktoru, "Bərəkət", "Respublika" və "Həyat" qəzetlərində baş müxbir vəzifəsində işləyib. 1997–1999-cu illərdə "Hər gün" qəzetinin redaktoru, 1999–2002-ci illərdə "Azərbaycan ХХI əsr" qəzetinin baş redaktoru, 2004–2010-cu illərdən "Himayədar" jurnalının baş redaktoru olub.
İlham Məmmədov
İlham Məmmədov (riyaziyyatçı) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru (2001-2003), NATO-nun elm komitəsinin ilk azərbaycanlı eksperti (2000-2002), AMEA Riyaziyyat və Mexanika İnstitutunun və BDU-nun nəzdində Birləşdirilmiş Dissertasiya Şurasının həmsədri (2003), "Riyaziyyat və Mexanika İnstitutunun əsərləri" jurnalının baş redaktoru, "AMEA-nın xəbərləri" jurnalının fizika-riyaziyyat və texnika buraxılışının redaktor müavini. İlham Məmmədov (siyasətçi) — Azərbaycan Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. İlham Məmmədov (futbolçu) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet və Azərbaycan futbolçusu, məşqçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvü. İlham Məmmədov (20 Yanvar şəhidi) — 20 yanvar şəhidi. İlham Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələri əsgəri, Vətən müharibəsinin şəhidi. İlham Məmmədov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi.
İlham Məmmədzadə
İlham Ramiz oğlu Məmmədzadə (7 dekabr 1953) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru == Həyatı == İlham Ramiz oğlu Məmmədzadə 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1980-ci ildə Moskva şəhərində fəlsəfə üzrə fəlsəfə doktoru, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan İ.R.Məmmədzadə şöbə müdiri və İnstitutun direktoru vəzifəsinədək yüksəlmişdir. == Elmi fəaliyyəti == F.e.d. İ.R.Məmmədzadənin elmi-tədqiqat sahəsi olduqca genişdir. O, etika, siyasi etika, bioetika, fəlsəfə tarixi, kulturologiya, politologiya kimi elmi istiqamətlər üzrə araşdırmalar aparmış və bu istiqamətdə də hal-hazırda işini uğurla davam etdirir. İ.R.Məmmədzadə Azərbaycanda və xaricdə nəşr olunmuş 130-dan çox əsərin, o cümlədən 9 kitab və monoqrafiya, 100-dən çox məqalənin müəllifidir. Əsərlərində ("Etikaya giriş" (2004); "Əxlaqın şərhinin təcrübəsi" (2006), "Siyasət və əxlaq" (1988), "Xeyir və Şər" (1993), "Siyasi etika" (1997) və s.) o, aksiologiyanın və əxlaq fəlsəfəsinin gözəl nümunəsini yarada bilmiş və öz mahiyyətinə görə "əxlaq-etika" vahid sisteminin fəlsəfi cəhətdən ümumiləşdirilməsi konsepsiyasını vermişdir. Onun əxlaq və davranışların bölgüsü, müxtəlif əxlaq sistemləri haqqındakı ideyaları postsovet fəlsəfəsi və etikası tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir. İ.R.Məmmədzadə Azərbaycan fəlsəfəsində və etikasında ilk dəfə olaraq Azərbaycanda keçid dövrünün bir sıra mərhələlərinin konsepsiyalarını işləmiş və elmi ictimaiyyətə çatdırmışdır ("Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi" (1995), "О философии (Современные подходы: тенденции и перспективы) (2011), "Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında" (2009).
İlham Nağıyev
İlham Əli oğlu Nağıyev (1 yanvar 1988, Bakı) — Azərbaycanlı iqtisadçı və sahibkar, "GESCO" ASC-nin həmtəsisçisi, 2019–2021-ci illərdə "Binə Aqro" QSC-nin həmtəsisçisi və Müşahidə Şurasının sədri, "Baku United FC" futbol klubunun prezidenti və "Odlar Yurdu" Təşkilatının təsisçisidir. == Həyatı == İlham Əli oğlu Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulmuşdur. === Təhsili === İlham Nağıyev 1994–2004-cü illərdə orta məktəbdə təhsil almışdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi və Menecment fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 2005–2006-cı illərdə Londonda SOAS Universitetində, 2006–2009-cu illərdə London Şəhər Universitetinin (CASS Business School) Biznesin İdarəedilməsi fakültəsində əyani təhsil almışdır. 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsi (MBA) almışdır. 2021-ci ildə Nyu-York Universiteti, HEC Paris və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin ortaq "TRİUM Executive MBA" magistr proqramına daxil olmuşdur. == Karyera == 2010–2013-cü illərdə "GESCO" ASC-də Baş icraçı direktor vəzifəsində çalışan İlham Nağıyev 2019-cu ildən 2022-ci ilədək şirkətin Müşahidə Şurasının sədri olmuşdur.2013-cü ildən 2016-cı ilədək İlham Nağıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadr şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildə İlham Nağıyev "Binə Aqro" QSC-nin Strateji İnkişaf üzrə vitse-prezidenti, 2017-ci ildən 2019-cu illərdə şirkətin icraçı direktoru vəzifələrində çalışmışdır. 2019-cu ildən 2021-ci ilə qədər İlham Nağıyev "Binə Aqro" QSC-nin Müşahidə Şurasının sədri olub.
İlham Nemətov
İlham Tuyçiyeviç Nemətov ( özb. Ilhom Tuychievich Nematov ; 1 may 1952, Nəməngan, Özbəkistan SSR) - Özbək diplomatı. Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == 1973-cü ildə Fərqanə Politexnik İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 1992 -ci ildə Moskvada Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından məzun olmuşdur. 1973-1974 -cü illərdə Özbəkistan Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1975-1989 -cu illərdə Namanqan vilayətinin tikinti təşkilatlarında, partiya və ictimai orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 1989-1992 - Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbəsi olmuşdur. 1992-1993-cü illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin şöbə müdiri, 1993-1995-ci illərdə Özbəkistanın Almaniyadakı səfirliyinin birinci katibi olmuşdur. 1995-1996-cı illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi rəisinin müavini vəzifəsini icra etmişdir.
İlham Ələkbərov
İlham Ələkbərov (İlham Xəyyam oğlu Ələkbərov; 20 noyabr 1948, Bakı) — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == İlham Xəyyam oğlu Ələkbərov 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası, b.e.n. X.M.Ələkbərov uzun illər AMEA Zoologiya İnstitutunun Teriologiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Anası, b.e.n. Xalidə xanım Quliyeva isə AMEA Botanika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. İlham Ələkbərov 1966-cı ildə Bakı şəhəri 134 saylı orta məktəbi, 1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirmişdir. 1972-ci ildə AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aspirantı olmuş, 1977-ci ildə "Mingəçevir, Varvara və Ceyranbatan su anbarlarının plankton infuzorları" mövzusunda namizədlik (Bakı), 1988-ci ildə "Azərbaycanın daxili şirinsu hövzələrinin sərbəst yaşayan infuzorları" mövzusunda doktorluq dissertasiyasını (Leninqrad Dövlət Universiteti) müdafiə etmişdir. AMEA Zoologiya İnstitutu nəzdindəki D.01.071 Dissertasiya Şurasının sədri, AMEA — nın müxbir üzvü (2007), professordur (2009). Müxtəlif dövrlərdə Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrufatı elmləri üzrə Ekspert şurasının üzvü olmuşdur.
İlham Ənvəroğlu
İlham Ənvəroğlu ( Əhmədov İlham Ənvər oğlu; d.1975 - Azərbaycan SSR, Ağcabədi şəhəri) - Türkiyədə çalışan tanınmış azərbaycanlı rəssam,dizayner,sənətşünas alim,Səlcuq Universitetinin professoru == Həyatı == İlham Ənvər oğlu Əhmədov 27 may 1970-ci ildə Ağcabədi şəhərində şair, filoloq alim Ənvər Əhmədin ailəsində anadan olmuşdur. == Təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə aldıqdan sonra 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olmuşdur.1998-ci ildə Türkiyədə Konya şəhərində Səlcuq Universitetində incəsənət fakültəsində təhsil işçisi olaraq çalışmışdır.2000-ci ildə Səlcuq Universiteti İctimai Elmlər İnstitutunda “rəsm təhsili fundamental elm sahəsi” üzrə magistr adını qazanmışdır. == Əmək fəaliyyəti == Səlcuq Universiteti incəsənət fakültəsində müəllim olaraq fəaliyyətə başlamışdır.Hazırda Türkiyədə Konya şəhərində Səlcuq Universitetində dosent olmaqla Gözəl sənətlər (incəsənət) fakültəsində "endüstri ürünləri tasarım bölümü"nün başkanıdır (sənaye məhsulları dizaynı kafedrasının müdiridir). == İştirak etdiyi sərgilər == Rəssam İlham Ənvəroğlu 50-dən çox milli və beynəlxalq sərgilərdə iştirak etmişdir. Bakıda (1995), Konyada (1996, 1997, 1999, 2003, 2005, 2007), Adanada (2006), Bodrumda (2008, 2010), İstanbulda (2009, 2010), Ankarada (2001, 2002, 2003, 2007), Eskişehirdə (2010), Samsunda (2000), Malatyada (2005, 2006), Kayseridə (2006) və Bursada (2007) fərdi sərgiləri rəssamın əsərləri uğurla nümayiş etdirilmişdir.2006-cı ildə 67-ci Dövlət rəsm və heykəl sərgisində, 2008-ci ildə “Kempinski sənət günləri” sərgisində birincilik mükafatına layiq görülmüşdür. İ.Ənvəroğlu 2010-cu ildə Balaton – Szalon Kiçikhəcmli işlər Biennalında böyük mükafatla təltif olunmuşdu. UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının (AİAP ) üzvüdür.İ.Ənvəroğlu “Aman ovçu”, “Şaman”, “Kutsal şehirler”, Cənnət quşu” və digər məşhur əsərlərin müəlifidir. Həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən mərasimdə rəssamın 30 işi nümayiş etdirilib Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi olub.
İlham Əsgərov
İlham Əsgərov (tam adı: İlham Təvəkkül oğlu Əsgərov; d. 16 iyul 1958, Masallı, Azərbaycan SSR, - ö. 6 sentyabr 2015, Bakı, Azərbaycan) — azərbaycanlı aktyor, rolların məharətli ifaçısı; Azərbaycan Respublikasının xalq artisti. == Həyatı == İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdir. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib. İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi. 6 sentyabr 2015-ci ildə Bakıda vəfat etmişdir. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilmişdir.İlham Əsgərov Kərbala ziyarətində olmuşdur.
İlham Əsədov
İlham Əsəd oğlu Əsədov (d. 1 may 1970, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiyanın əməkdar artisti (2016), Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == İlham Əsədov 1970-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1994-cü ildən "İlham" Miniatür teatrının, 2003-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır. İ.Əsədov mart ayının 8-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Восток – дело тонкое" adlı konsert proqramı ilə çıxış etmişdir. Kalmıkiya Dövlət Filarmoniyasında baş tutan konsertdə aktyor- müğənni Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyevlə bir səhnəni bölüşmüşdür. Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi konsert proqramında İ.Əsədova Kalmıkiya Respublikasının başçısı İ.Zotovun imzası ilə "Azərbaycan və Kalmık xalqları arasındakı mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə" "Təşəkkürnamə" təqdim olunmuşdur. 2016-cı il iyul ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima" mükafatına "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı" nominasiyası üzrə layiq görülmüşdür. 2016-ci ilin noyabr ayının 9-da Kalmıkiya Respublikasının Əməkdar Artisti Fəxri adına layiq görülmüşdür.
İlham Əziz
İlham Saleh oğlu Əzizov və ya İlham Əziz (16 aprel 1972, Aşağı Noxudlu, Salyan rayonu) — azərbaycanlı yazıçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İlham Əzizov 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd tam orta məktəbində təhsil alıb. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbini bitirib. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1994-cü ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1998-ci ildə öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
III İlham Əliyev hökuməti
VII Azərbaycan hökuməti — 2013-cü ildə Azərbaycanda baş tutan Prezident seçimlərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçimlərində üçüncü dəfə qalib gələn İlham Əliyevin 2013-cü il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və imzalanan Sərəncamlarla yeni Nazirlər Kabineti formalaşdı.
II İlham Əliyev hökuməti
VI Azərbaycan hökuməti — 2008-ci il oktyabrın 15-də Azərbaycanda baş tutan Prezident seçimlərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçimlərində növbəti dəfə qalib gələn İlham Əliyevin 24 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və oktyabrın 31-də imzalanan Sərəncamla yeni Nazirlər Kabineti formalaşdı.
IV İlham Əliyev hökuməti
Azərbaycanın VIII Nazirlər Kabineti — 2018-ci il aprelin 11-də Azərbaycanda baş tutan Növbədən Kənar Prezident seçimlərindən sonra formalaşan Azərbaycanın Nazirlər Kabineti. Prezident seçimlərində dördüncü dəfə qalib gələn İlham Əliyevin 18 aprel 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri istefaya göndərildi və aprelin 21-də və 23-də imzalanan Sərəncamlarla yeni Nazirlər Kabineti formalaşdı. Aprelin 21-də Azərbaycan Prezidenti İlham Əliyev, Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq üçün Azərbaycan Milli Məclisinə müraciət etdi. Həmin gün müraciətə baxıldı və səsvermə yolu ilə Novruz Məmmədovun Azərbaycan Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verildi. İlham Əliyevin həmin gün imzaladığı Sərəncamla Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsinə təyin edildi.
Murad Məmmədov (İlham oğlu)
Murad İlham oğlu Məmmədov (15 dekabr 2000; Bakı, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Məmmədov 2000-ci il dekabrın 15-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 saylı tam orta məktəbdə alıb. Məktəb illərində Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən bir çox idman yarışlarının qalibi olub, Bakı və Respublika çempionatlarında iştirak edərək yüksək nəticələr əldə edib. Karate idman növü üzrə qara kəmər dan dərəcəsinin sahibi idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, İkinci Qarabağ müharibəsində Cəbrayıl və Füzulinin alınmasında iştirak edib və Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. 14 aprel 2021 tarixində Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib. Turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə reallaşıb. Onlayn tədbirdə Murad Məmmədov haqqında hazırlanmış videoçarx nümayiş olunub. == Hərbi xidməti == Murad 2019-cu il iyul ayının 8-i hərbi xidmətə yollanıb.
Tariximizin keşiyində: Prezident İlham Əliyev(film, 2009)
Tariximizin keşiyində — rejissor Zahid İsmayılovun 2011-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunub. == Film haqqında == Filmdə Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Tofiq Quliyevin, Aygün Səmədzadənin musiqilərindən və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə edilib.
İlham (film, 1972)
== Məzmun == Film böyüklərin uşaqlara diqqətli olmaları barədədir. Uşaq qəlbi çox kövrək olur. Ona görə də balacalara qayğıkeşliklə yanaşmaq lazımdır. == Festivallar və mükafatlar == 1) 1974-cü ildə Daşkənddə V Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışddır. == Film haqqında == Kukla filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: İshaq İbrahimov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
İlham Abbasov (idmançı)
İlham Abbasov (21 sentyabr 1969; Cəlilabad, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Həyatı == İlham İslam oğlu Abbasov 1969-cu il sentyabrın 21-də Cəlilabad şəhərində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutundan məzun olub. == Karyerası == İlham Abbasov 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Rusiya nümayəndəsi Məhəmməd Əzizova məğlub olan İlham Abbasov Avropa Çempionatının gümüş medalına sahib oldu. Bununla da İlham Abbasov Avropa Çempionatında medala sahib olan birinci azərbaycanlı sərbəst güləşçi oldu. 1994-cü ildə Roma şəhərində baş tutan Avropa Çempionatını isə İlham Abbasov beşinci pillədə başa vurdu.
İlham Abbasov (əsgər)
İlham Əli oğlu Abbasov (13 mart 2000; Füzuli rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlham Abbasov 2000-ci il martın 13-də Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İlham Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlham Abbasov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlham Allahverdiyev (Futbolçu)
İlham Allahverdiyev (28 oktyabr 1992, Goranboy rayonu) — Futbolçu, mövqeyi hüçumçudur. Hal hazırda Bakının "MOİK" klubunda oynayır. == Bioqrafiya == İlham Allahverdiyev 28 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası, Goranboy rayonunda doğulub. == Karyera == İlham Allahverdiyev futbol karyerasına 2002-ci ildə Bakının "Neftçi" klubunun uşaq komandasında başlayıb. Bakılıların heyətində müxtəlif aşağı yaş komandalarında çıxış etdikdən sonra, 2011-ci ildə klubun əvəzedici heyətinə cəlb olunur. Daha sonra, 2011/12 mövsumundə "Neftçi"nin əsas heyəti ilə Azərbaycan çempionluğunu qazanır. 2013-cu ilin yayında "Qaradağ Lökbatan" klubuna icarəyə verilir. "Qaradağ Lökbatan" klubunda 6 ay futbol oynadıqdan sonra Allahverdiyev 2014-cu ilin yanvarında "Neftçi"yə dönur. 2013/14 mövsumu bitdikdən sonra futbolçu təkrar "Qaradağ Lökbatan"a icarəyə verilir və klubunun heyətində Azərbaycan Çemppionatının Birinci dəstəsinin 2014/15 mövsumundə 21 qol ilə bombardir olur. Futbolçu bombardir olduğu mövsumdə 21 qol vurur.
İlham Hüseynov (aktyor)
İlham Abbas oğlu Hüseynov (3 iyul 1967, Kirovabad) — Azərbaycan teatr və kino aktyoru. == Həyatı == İlham Abbas oğlu Hüseynov - 1967-ci ildə anadan olmuş,1990-ci ildə М.А.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirmişdir. 1990-cı ildən 2013-ci ilə qədər Gəncə Dövlət Dram Teatrında, 2013-ci ildən bu günə qədər isə Akademik Milli Dram Teatrında işləyir. 3 may 2011-ci ildə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülüb.
İlham Hüseynov (əsgər)
İlham Umud oğlu Hüseynov (8 sentyabr 2000; Qarayazı, Göyçay rayonu, Azərbaycan — 19 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlham Hüseynov 8 sentyabr 2000-ci ildə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == İlham Hüseynov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, İlham Hüseynov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan İlham Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
İlham Əliyev (jurnalist)
İlham Əliyev (d. 19 aprel 1968, Şamaxı rayonu, Azərbaycan SSR) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. == Həyatı == Əliyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının 19-da Şamaxı rayonunun (hal-hazırda Qobustan rayonunun) Qaracüzlü kəndində anadan olub. 1975-cı ildə Qaracüzlü 8 illik məktəbinin 1-ci sinfinə daxil olub və 1983-cü ildə təhsilini Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbində davam etdirib. 1985-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1986–1988-ci illər də Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci il də Bakı Maliyyə Kredit Texnikumuna daxil olub, 1994-cü il də bu texnikumun "Mühasibat uçotu" fakültəsini bitirib. 1997-ci ildə Cənubi Rusiya Humanitar Univeristetinin Bakı şəhərindəki filialının "Hüquqşünaslıq" fakültəsinə daxil olub, 2001-cı ildə oranı bitirib. 1988-ci ildə respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatında fəal iştirak edib, Azərbaycanın dövlət müstəqlliyinin bərpasına öz töhfəsini verməyə çalışıb. 1990-cı ilin yanvar hadisələrində xalqla birlikdə küçə və meydanlarda olub, bu zaman xəsarət alsa da, ev şəraitində müalicə olunub və şəhidlərimizin Dağüstü parkda dəfnində yaxından iştirak edib.
İlham Əliyev (memar)
İlham İsmayıl oğlu Əliyev (7 aprel 1934, Bakı – 12 dekabr 2002) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqının prezidenti (1992–2002), Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar arxitektoru (1979). == Həyatı == İlham Əliyev 1934-cü il aprel ayının 7-də Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq şöbəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayaraq, ömrünün 30 ilini bu institutla bağlamış və burada kiçik elmi işçi, baş elmi işçi, şəhərsalma şöbəsinin müdiri, institutun elmi katibi və direktor müavini vəzifələrində çalışmışdır. 1966-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olan İlham Əliyev 1992-ci ildən ömrünün sonunadək bu ittifaqa rəhbərlik etmişdir. İlham Əliyev 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində vəfat etmişdir.2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri İlham Əliyevə həsr edilmişdir.
İlham Əliyev (milli qəhrəman)
İlham Müzəffər oğlu Əliyev (5 may 1961, Gədəbəy – 19 avqust 1990, Qazax) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi 1978-ci ildə bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışmışdır. 1983-cü ildə onu DİN-nin təyinatı ilə İsmayıllı rayon DİŞ-nə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər. İ. Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, "Mükəmməl polis" döş nişanına layiq görülmüşdür. === Şəxsi həyatı === Ailəli idi.
İlham Əliyev (millət vəkili)
İlham Əlisəftər oğlu Əliyev (26 aprel 1967) — Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatı (2010–2020). == Həyatı və fəaliyyəti == İlham Əliyev 1967-ci il aprelin 26-da anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatı seçilmişdir. Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olmuşdur. === Ailəsi === Ailəlidir, üç övladı var. AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir. == Həbs edilməsi == İlham Əliyev karantin qaydaları pozuntularına yol verərək toy məclisi təşkil etdiyinə görə Abşeron Rayon Məhkəməsinin 22 avqust 2020-ci il tarixli Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 15 gün inzibati həbs cəzası almışdır.

Digər lüğətlərdə

беда́ засу́шливый люби́мая наста́ть несно́сность пианисти́ческий подмуро́вывание экза́мен акцептова́ться бондарь видать ви́ды по-степно́му приме́рный радо́новый теплоцентра́ль толстоголо́вый маймакала decrescendo equalization frieze guardless minimax баккара передряга пугливый