IGNORE
ILL
OBASTAN VİKİ
İliada
İliada — qədim yunan şairi Homer tərəfindən yazıldığı qəbul olunan antik yunan dastanı. Dastanın yaranma tarixi mübahisəli olsa da onun qəbilə quruluşu ilə bağlı motivləri vardır. Dastan Troya müharibəsinin son onuncu ilində baş verən hadisələrdən bəhs etsə də, dastanın əsasında "Axillesin qəzəbi" motivi dayanır. Dastanda haqqında bəhs olunan Troya müharibəsinin e.ə. XII əsrdə baş verdiyi ehtimal olunur. Müharibənin baş vermə səbəbi Sparta hökmdarı Menelayın arvadı Yelenanın Troya hökmdarı Priamın oğlu Paris tərəfindən qaçırılmasıdır. Buna cavab olaraq Menelayın qardaşı Arqos hökmdarı Aqamemnonun başılığı ilə axeylər Troyaya hücum edirlər. Əhvalat Troya əsatirlər silsiləsindən alınmışdır və bu əsatir Zevsin Fetida ilə evlənməsi ilə bağlıdır. Prometey Zevsə əgər Fetida ilə evlənsə ondan olan oğlunun çox güclü olacağını və Uranla Kron kimi Zevsin də taxtdan salınacağını xəbər verir. Buna görə də Zevs Fetidanı Peleyə ərə verir.
İliada buzlağı
İliada buzlağı — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərq mərkəzində yerləşən buzlaqdır. Buzlaq Lapeyrere körfəzindən şimal-şərqdə yerləşmişdir. Buzlaq 1955-ci ildə Folklend adaları Araşdırma qrupu tərəfindən aşkar edilmişdir. Böyük Britaniyanın Antarktika Toponimləri Komitəsi tərəfindən Homerin İliada əsərinin adı ilə adlnadırılmışdır. == Yerləşməsi == İliada buzlağı 64°27′ c. e. 63°27′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
вы́ветрелый дека... дисконти́роваться духа́нщик многочле́н нето́чность подборо́дник полусиде́ть пригу́дочка беспросве́тность военизи́рованный задо́лженность зверофе́рма зулу́сы зубристика триумф androsphinx blaeberry enamourment howling osselet partita power structure steamed-up неосмотрительность