ILLUMINATION

n 1. işıqlandırma; 2. izah etmə, aydınlaşdırma; 3. bəzəmə (işıqla, qızıl, gümüş sapla, əlvan rənglərlə)

ILLUMINATED
ILLUMINATOR
OBASTAN VİKİ
İlluminationizm
İşraqilik—Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən yaradılan fəlsəfi və teosofik təlim. == Mahiyyəti == Müsəlman dünyasında fəlsəfənin nüfuzunu itirməsi və sönük sahəyə çevrilərək tarix səhnəsindən silinməsi faktı təhlil edilərkən əsas səbəb kimi Əbu Hamid əl-Qəzalinin islam fəlsəfəsi əleyhinə fundamental çıxışı göstərilir. Amma biz bunu təqlidi-emosional yanaşmanın meydana çıxardığı arqument hesab edirik. Düzdür, Qəzalinin fəlsəfəyə qarşı çıxmasından sonra müsəlman ziyalıları arasında bu elmlə məşğul olmaq öz aktuallığını itirmişdi. Lakin bəzi müəlliflərə görə, Qəzalinin tənqidlərindən sonra Şərqdə nüfuzunu itirən təlim rasional məşşailik fəlsəfəsi olmuşdur. Bir tərəfdən, İbn Rüşdün ölümündən sonra məşşailik süqut etmiş, digər tərəfdən, yeni fəlsəfi təlim – işraqilik təşəkkül tapmışdı. İşraqilik “məşşailik və işraqilikdə dərya olan” “şeyx əl-məqtul” (öldürülmüş şeyx), “şeyx əş-şəhid” (şəhid şeyx), “əl-feyləsuf əl-məqtul” (öldürülmüş filosof) (5, 6) və “şeyx əl-işraq” ləqəbləri ilə tanınan Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154-1191) tərəfi ndən qurulmuşdu. İşraqilik bilikləri kəsbdə mistik təcrübə (zövq) və intuisiyaya (kəşf, həds) əsaslanan teosofi k təlim idi və rasional məşşailik fəlsəfəsinin antipodu sayılırdı. XII əsrdən sonra Şərqdə fəlsəfi düşüncəni təmsil edən işraqilik Şührəvərdinin, Şəmsəddin Şəhrəzurinin (vəfatı - 1288), İbn Kəmmunənin (1215- 1284), Qütbəddin Şirazinin (1236-1310), Nəsirəddin Tusinin (1201-1274), Cəlaləddin Dəvvaninin (1427- 1502), Məhəmməd Baqir Mir Damad (1551-1631) və Molla Sədranın (1571-1640) timsalında məşşailiyin süqutundan sonra da öz mövcudluğunu davam etdirmişdir. == Metodları == İşraqiliyin islam metodoloji fikri tarixindəki yerini müəyyənləşdirmək üçün bu məktəbin nümayəndələrinin həqiqəti kəsb və biliyi hasil məqsədilə istifadə etdikləri metodları öyrənmək lazımdır.
демаскиро́вка жури́ться о́бморочный отсели́ться прогнози́ровать растранжи́риваться телефа́ксный электроармату́ра верху́шечный избра́ние конфедерацио́нный непосеще́ние омраче́нье разреди́ться разроди́ться штормтра́п куек beany couple cover note ethnoarcheology piolet planimetric quodlibet шальной