is. [
ər. “
iqrar”dan]
1. Söz vermə, əhd, vəd, vəfa. İlqarından dönən namərddir. (
Ata. sözü ).
[Koroğlu:] Üz tutmuşam, bu diyara gəlmişəm; Çənlibeldən bir ilqara gəlmişəm. “Koroğlu”.
Biz ki ilqar keçirmişik aradan; Amin desək, tez düzəldər Yaradan. Aşıq Ələsgər.
Gün çıxar, əriyər dağların qarı; Pozulmaz dostların əhdi, ilqarı… N.Rəfibəyli.
□ İlqar almaq – söz almaq, vəd olmaq, əhd bağlamaq.
Dəfələrlə bulaq başında onunla görüşmüş, sevişmiş və ondan, öz istilahlarınca, ilqar almışdı. A.Şaiq.
İlqar vermək – söz vermək, vəd etmək, əhd etmək.
Yüz il keçsə öz yarımdan dönmərəm; İlqar verdim, ilqarımı danmaram. Qurbani.
İlqarına düz çıxmaq – verdiyi sözün, əhdin üstündə durmaq, sözünə sadiq olmaq, vəfalı çıxmaq.
Seyran ilqarına düz çıxıb, yoldaşını satmadı. M.Hüseyn.
İlqarından dönmək – verdiyi sözə əməl etməmək, əhdini pozmaq, vəfasız çıxmaq.
Abas ağlar zarı-zarı; Getməz könlümün qubarı; İlqarından dönən yarı; Tanrı tezbazar eyləsin! Aşıq Abas.
2. məh. Hörmət mənasında. Uşağa buyuranın ilqarı olmaz.