İLYAR
İLZƏR
OBASTAN VİKİ
İlyas
Qur`ani-Kərimdə iki yerdə İlyasın adı gəlib, biri "Ən`am" surəsində, o birisi isə "Saffat" surəsində. "Ənam" surəsində Allah taala buyurur: -"Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə qovuşdurduq). Onların hamısı buna layiqli idilər. "Saffat" surəsində buyurur: -"Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir! Bir zaman o öz tayfasına belə demişdi: -"Siz (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz? Siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz? Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahı (tərk edirsiniz)?" Lakin onlar onu təkzib etdilər, buna görə də (Qiyamət günü Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın xalis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) "İlyasinə (İlyasa) salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
Aslanov İlyas
İlyas Nəsrəddin oğlu Aslanov — Azərbaycanlı şəhid. == Həyatı == Aslanov İlyas Nəsrəddin oğlu 1962-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndsovetliyinin Fərzalı kəndində anadan olub. İsalı kənd orta məktəbini qurtarmışdı. 2 övlad atası olan İlyas yaxşı ailə başçısı idi. O, Bakının Sabunçu rayonunda yaşayırdı. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollandı. Qarabağ uğrunda gedən döyüşlərdə itgin düşdü. 13 avqust 1993-cü ildə ölümühaqqında şəhadətnamə yazılıb.
Baba İlyas
Baba İlyas (?-1240) — 1240-cı ildə ildə Rum Səlcuqlu dövlətinə qarşı girişdiyi böyük siyasi-içtimai üsyan hərəkətinə adını verən və Anadoluda ilk qeyri-sünni cərəyanların təməlini atan Türkmən şeyxi. == Həyatı == Şeyx Əbül-Bəkā Baba İlyas-ı Xorasana, böyük bir ehtimalla, Monqol istilası sırasında yıxılan Xarəzmşahlar dövləti sahəsindən, bərabərindəki türkmənlərlə Anadoluya köç etmiştir. Anadoluya gəlmədən öncəki həyatı haqqında heç bir şey bilinmir. Onunla ilgili ən əski qaynaqlardan biri olan və nəvəsi Əlvan Çələbinin 733 (1332/33) ildə qələmə aldığı "Mənakıbül-qüdsiyyə" adındakı mənakıbnaməyə görə, Anadoluya gəldikdən sonra Amasiya yaxınında bu gün İlyas köyü adıyla bilinən Çat kəndinə yerləşmiş, bir zaviyə açaraq Vəfaiyyə təriqətini yaymağa başlamış və ətrafına bir çox mürid toplamışdır. Sözü edilən qaynaqda Dədə Qarkın adında bir Türkmən şeyxinin xəlifəsi göstərilməklə bərabər mənsub olduğu təriqətin adı zikr edilməmişdir. Ancaq eyni sülalədən gələn və yenə bir şeyx olan Aşıkpaşazadənin bildirdiyinə görə Baba İlyas, Tacülarifan Seyyid Əbül-Vəfa Bağdadinin (ö. 501/ 1107) qurduğu Vəfaiyyə tariqətinə mənsupdu. Bu səbəblə Baba İlyasın şeyxi olaraq göstərilən Dədə Qarkının da eyni təriqəta bağlı olduğu söylənə bilir. Vəfaiyyə təriqətının XIII əsrdən etibarən Anadoluda özəlliklə Türkmən zümrələri arasında yayıldığı, Yəsəviyyə, Qələndəriyyə, Heydəriyyə kimi qeyri-sünnə mahiyətdəki başqa təriqətlarla birlikdə XIV əsrdə dəxi mövcudiyətini sürdürdüyü anlaşılmaqdadır. Bugünə qədər Baba İlyasın Babailik adı altında bir təriqət qurduğu irəli sürülmüşsə də, gerçəkdə böylə bir şeyin söz konusu olmadığı, bu yanılqının adı keçən üsyan, ayaqlanma hərəkətinin yaxşı təhlil edilməməsindən irəli gəldiyi söylənə bilir.
Xıdır İlyas
Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir. Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardı. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim "Xıdır Nəbi" bayramı adlandırılır. Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır.
İlyas Abdullayev
İlyas Kərim oğlu Abdullayev (10 (23) mart 1913, Ağstafa, Qazax qəzası – 30 aprel 1985, Bakı) — dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki. Azərbaycanda tutçuluq elminin əsasını qoyan görkəmli akademik, bioloq, ictimai xadim, eyni zamanda Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri, Azərbaycan SSR EA-nın biologiya elmləri bölməsinin akademik katibinin müavini, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950–1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958–1959), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1958–1962). "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir. "Azərbaycan SSR-in Atlası"nın hazırlanması və nəşri üzrə Azərbaycan SSR EA-sı komissiyasının sədri, Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü, Azərbaycan genetiklər və seleksiyaçılar cəmiyyətinin prezidenti, Azərb. SSR EA "Xəbərləri" (biologiya elmləri seriyası) jurnalının redaktor müavini olmuşdur. == Həyatı == İlyas Abdullayev 23 mart 1913-cü ildə Ağstafanın Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir. 1921–1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində oxuyub. 1926–1930-cu illərdə isə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib. 1934-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnstitutunu bitirmiş və eyni zamanda 1932–1934-cü illərdə "İpəkçilik" kafedrasında laborant işləmişdir. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
İlyas Adıgözəlli
İlyas Xıdır oğlu Adıgözəlov — jurnalist, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti (1992). == Həyatı == İlyas Adıgözəlli, 15 oktyabr 1938-ci ildə Gürcüstan Respublikasının Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd orta məktəbini (1957), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini (1962) bitirmişdir. Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində(1963–2007-ci illərdə) işləmişdir. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri(1964), baş redaktorun müavini(1969), baş redaktor(1990), "Araz" proqramının baş direktoru(1993–1997-ci illərdə), radioda şərhçi (1997–2007-ci illərdə) vəzifələrində çalışmışdır. 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına(1971,1984)və 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb2007-ci ildən təqaüdə çıxsa da Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayır. Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində jurnalistika fakültəsi tələbələrinə dərs deyir. == Yaradıcılığı == Doğulduğu Borçalının Sadaxlı kəndində elektrik dirəklərinə bənd edilmiş balaca radionu eşidən gündən onun sehrinə düşüb. Sonra isə evlərə radio xətləri çəkilərkən ailəsi üçün ilk radioqəbuledicini də özü alıb və mütəmadi olaraq verilişləri dinləyib. Elə jurnalistikaya həvəsi də buradan başlayıb.
İlyas Babayev
İlyas Babayev (ornitoloq)
İlyas Bazna
İlyas Bazna (türk. Elyesa Bazna, alb. Iliaz Bazna), kod-adı Siseron (türk. Çiçero, alb. Ciceron, alm. Cicero‎; d. Priştina, Kosovo vilayəti, Osmanlı imperiyası, 28 iyul 1904 – ö. 21 dekabr 1970, Münhen, AFR) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyasına xidmət göstərmiş casus. O vaxtlar Osmanlı imperiyası ərazisində yerləşən Priştina şəhərində anadan olan Bazna 16 yaşında ikən hərbi akademiyaya daxil olmuş, bir fransız hərbi vahidinə qoşulmuşdur. O, avtomobil və silah oğurlarkən tutulmuş və Fransadakı bir iş düşərgəsində həbs edilmişdir.
İlyas Borağanski
İlyas Borağanski (22 aprel 1852, Bağçasaray, Tavriya quberniyası[d] – 1942, Ufa və ya Sterlitamak, Başqırd MSSR) — krım tatar naşiri, maarifçi, türkoloq, 50 il kitab nəşriyyatı işi ilə məşğul olmuşdur. == Həyatı == Mədrəsə təhsilini almışdır, orada xəttatlıq sənətini öyrənirdi. On beş yaşında Türkiyəyə getdi. 7 il İstanbulda nəşriyyat işi üzrə təhsil aldı. 1874-cü ildə İstanbul Universitetini bitirdi. Baxçisaraya qayıdaraq şərq mətnlərinin tərcüməsi sifarişlərini yerinə yetirirdi. şüşə və metal üstündə oyma işini görürdü. 1893-cü ildə Sankt-Peterburqda ərəb şrifti və rus, türk, ərəb və fars dillərində çap işləri görən "Şərqi elektro nəşriyyatı" (rus. Восточная электро-печатня) adlı ilk tatar mətbəəsini təşkil etdi. 1898-1908-ci illərdə Sankt-Peterburq Universitetinin Şərq Dilləri fakültəsində osmanlı dilindən mühazirələr keçirdi.
İlyas Bəxşiş
İlyas Temirqaya oğlu Bəxşiş (krımtat. İlyas Bahşış, Ильяс Бахшыш; 23 mart 1913, Simferopol – 25 iyul 2000, Simferopol) — Krım Tatar əsilli SSRİ və Ukrayna bəstəkarı, musiqiçi. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar artisti (1967), Özbəkistan SSR əməkdar müəllimi (1973), Ukraynanın əməkdar incəsənət xadimi (1993), Fəxri Krımlı (2000). == Həyatı == İlyas Temirqaya oğlu Bəxşiş 1913-cü il martın 23-də Simferopolda anadan olmuşdur. Simferopol Krım Tatar nümunəvi 9 illik 13 nömrəli məktəbi bitirmişdir. 1920-ci illərin sonunda Moskvada Mühəndislik və Kommunal Təsərrüfatı İnstitutunda və Kazanda təhsil almışdır. 1934-cü ildə Simferopol Musiqi Kollecinə (professor İ. İ. Çernovun sinfi) daxil olmuşdur. Tələbə ikən Krım radiosunda diktor vəzifəsində çalışmışdır. Kolleci bitirdikdən sonra (1937) radio komitəsinin baş musiqi redaktoru təyin edilmişdir. 1937-ci ildə Krım Dövlət Tatar Opera və Balet Teatrını yaratmaq üçün Simferopola gələn bəstəkar L. Knipper ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
İlyas Cabbarov
İlyas Cabbarov — Qarabağ müharibəsi iştirakçısı, şəhid, ölümündən sonra 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. == Həyatı == Cabbarov İlyas Vaqif oğlu 2 mart 1966-cı ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur. 1973-cü ildə Güləbird kənd orta məktəbinə getmiş, orta məktəbi başa vurduqdan sonra 1983-cü ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1986-cı ildə Ukraynaya hərbi xidmətə yollanmışdır. 1990-cı ildən könüllü olaraq Milli Ordu sıralarında kəşfiyyatçı kimi xidmət etmiş, Güləbird batalyonunun kəşfiyyat bölüyünün komandiri təyin edilmişdir. İlyasın öz öz silahdaşları ilə birlikdə gətirdiyi qiymətli kəşfiyyat məlumatları nənki batalyonun, hətta bütün bölgənin uğurlu döyüş planlarının hazırlanmasına çox böyük təsir göstərmişdir. 706 saylı hərbi hissənin kəşfiyyatçısı Dəyhan, Fərəcan, Səfiyan, Suarası, Dəyirmanyanı, və digər kəndlərimiz uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, 1993-cü ilin iyunun 20-də kəşfiyyatdan qayıdarkən Xanalılar kəndi yaxınlığında minaya düşərək həlak olmuşdur. Güləbird kəndində dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə sıravi Cabbarov İlyas Vaqif oğlu (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
İlyas Hüseynov
İlyas Hüseyn oğlu Hüseynov (22 sentyabr 1924 – 12 yanvar 2017) — Azərbaycanın görkəmli kontrabas ifaçısı, Azərbaycanda kontrabas ifaçılığı və tədrisinin banilərindən biri. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin solisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Professoru. == Həyatı == İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepianoda, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik etmiş, sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb. İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib. Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar.
İlyas Karaöz
İlyas Karaöz (1922, Yatağan[d], Muğla ili – 18 iyun 2018) — Türkiyənin keçmiş kənd təsərrüfatı naziri. Nazir vəzifəsində olduğu müddətdə o, Muğlada məktəblər, universitet, fabriklər açılmasında, yol və körpü salınmasında xüsusi rol oynamışdır. 18 iyun 2018-ci ildə vəfat etmişdir. Muğla Eski Şəhər qəbiristanlığında dəfn ediləcək.
İlyas Mirzəyev
İlyas Mirzəyev — bəstəkar və kino bəstəkarı. == Həyatı == İlyas Musa oğlu Mirzəyev 1961-ci il mayın 11-də anadan olub. == Ailəsi == Bəstəkar Musa Mirzəyevin oğludur. == Əsərləri == Caz orkestri üçün 2 Pyes: "Blue, Red, Green", "The Flight in the Dreams and Reality" (1990); Fleyta və piano üçün Sonata (1991); 4 trombon üçün "İ. S. Baxın ad gününə kiçik hədiyyə" (1992); Simfonik orkestr və Mexter üçün musiqi (1994); Ney və simfonik orkestr üçün "Mistik simfoniya" (1999); Skripka və piano üçün Sonata "2000-ci il" (2000); Skripka və orkestr üçün Konsert-poema (2000). Caz ansamblı üçün kompozisiyalar (1990 – 2001).
İlyas Niftəliyev
İlyas Güloğlan oğlu Niftəliyev (12 aprel 1999; Qusar rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlyas Niftəliyev 1999-cu il aprelin 12-də Qusar rayonunun Bədirqala kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan İlyas Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Niftəliyev oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlyas Nəsirov
İlyas Arzuman oğlu Nəsirov (4 iyul 1985; Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == İlyas Nəsirov 1985-ci il iyulun 4-də Beyləqan rayonunun Milabad kəndində anadan olub. Əslən Cəbrayıl rayonu Süleymanlı kəndindəndir. == Hərbi xidməti == İlyas Nəsirov 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İlyas Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İlyas Nəsirov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İlyas Tapdıq
İlyas Tapdıq (tam adı: İlyas Oruc oğlu Tapdıqov; 30 noyabr 1934, Gədəbəy rayonu – 25 dekabr 2016, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972). == Həyatı == İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952–1956). Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957–1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962–1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968–1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976–1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978–1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989–1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992–1995) vəzifələrində işləmişdir. 1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60–80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur. Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir.
İlyas Tərxan
İlyas Tərxan — krım tatar dramaturq, "Yaş kuvet" qəzetinin redaktoru, SSRİ Yazıçılar İttifaqının üzvü, 1931-1937-ci illərdə Krım Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin sədri. 17 aprel 1938-ci ildə "əksinqilabçı millətçi pantürk təşkilat"ın üzvü olmaqda ittiham edilərək güllələnib. 24 noyabr 1956-cı ildə ölümündən sonra bəraət qazanıb. == Həyatı == İlyas Ömər oğlu Tərxan 1900-cü ildə torpaqsız kəndli ailəsində anadan olub. 1913-1917-ci illərdə Kazanda yaşadığı üçün tatar məktəbində təhsil alıb. Bağçasarayda Zəncirli mədrəsədə təhsilini bitirib. 1919-cu ildə Kommunist Partiyasına üzv olub. Krımda "ağlara" qarşı partizan hərəkatında iştirak edib. Daha sonra Türkiyədə yeraltı kommunist hərəkatının iştirakçısı olub. 1920-ci ildə sovet hökuməti tamamilə qurulduqdan sonra onun atası Korbek kəndinin inqilab komitəsinin sədri olur.
İlyas Vəkilov
İlyas Sultan oğlu Vəkilov (20 mart 1905, Çivə, Şərur-Dərələyəz qəzası – 2 iyun 1987, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, iqtisad elmləri namizədi, dosent. == Həyatı == 1923-cü ildə komsomolun göndərişi ilə təhsil almaq üçün Bakıya gəlmiş, Bakı hərbi məktəbini bitirərək bölük komandiri rütbəsi almışdır (1927). Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında xüsusi şöbə rəisinin müavini və rəisi işləmişdir (1927–1929). Moskva Kommunist Tərbiyəsi Akademiyasında təhsilini (1929–1931) başa vurduqdan sonra Azərbaycan SSR Dövlət Plan Komitəsi sistemində işləmiş (1931–1935), ixtisısını artırmaq üçün Moskvada Ümumittifaq Plan Akademiyasında təhsilini davam etdirmişdir (1935–1938). Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri olmuş (1938–1949), Bakı Şəhər Soveti plan komissiyasının sədri işləmişdir (1949–1978). İlyas Vəkilov "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri, "Qafqazın müdafiəsi uğrunda" medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan KP Bakı Komitəsinin üzvü seçilmişdir.
İlyas peyğəmbər
Qur`ani-Kərimdə iki yerdə İlyasın adı gəlib, biri "Ən`am" surəsində, o birisi isə "Saffat" surəsində. "Ənam" surəsində Allah taala buyurur: -"Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə qovuşdurduq). Onların hamısı buna layiqli idilər. "Saffat" surəsində buyurur: -"Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir! Bir zaman o öz tayfasına belə demişdi: -"Siz (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz? Siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz? Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahı (tərk edirsiniz)?" Lakin onlar onu təkzib etdilər, buna görə də (Qiyamət günü Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın xalis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) "İlyasinə (İlyasa) salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
İlyas xoca
İlyas xoca (XIV əsr – 1368, Moğolustan) — Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1363–1390; Tuğluq Teymur xanın oğlu. == Həyatı == Moğolustana qayıdan Tuğluq Teymur xanı Mavəraünnəhrdə onun oğlu İlyas xoca əvəz etdi. Tuğluq Teymur 1363-cü ildə oğlu İlyas xocanı Cığatay xanlığından asılı olan Şərqi Cığatayın xanı etmişdir. İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Əmir Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüzdən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas xocaya qarşı mübarizə aparmaq üçün o yenidən qayını Hüseynlə birləşdi. 365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. İlyas xocanın qoşunu ilə Teymur və Hüseynin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər, Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zarıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içərilərinə doğru aparırdı.
İlyas İsmayıllı
İlyas İsmayılov
İlyas Abbas oğlu İsmayılov (20 mart 1938, Traubenfeld) — Azərbaycan dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks-millət vəkili. Ədalət Partiyasının sədri. == Həyatı == İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1955-ci ildə A. S Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib.1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub. 1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilə kimi Azərbaycan SSR Prokuroru olmuşdur.
İlyas Şahvələdov
İlyas Etibar oğlu Şahvələdov (6 avqust 1996, Bərdə rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlyas Şahvələdov 6 avqust 1996-cı ildə Bərdə rayonunda doğulub. Əslən Laçın rayonunun Qorçu kəndindəndir. == Hərbi xidməti == Hərbi xidməti bitirdikdən sonra müqavilə ilə Azərbaycan ordusunda müddətdən artıq xidmət (MAXE) keçirdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlyas Şahvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Şahvələdov oktyabrın 10-u Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Ailəsi == İlyas Şahvələdovun əmisi Şahvələdov İlyas Nəriman oğlu da 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Onun adını daşıyırdı.
İlyas Əfəndiyev
İlyas Məhəmməd oğlu Əfəndiyev (13 (26) may 1914, Qaryagin – 3 oktyabr 1996, Bakı) — nasir, dramaturq, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Qaryaginin (indiki Füzuli rayonu) hal-hazırkı Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işləri ilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi. Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7–8 yaşlarında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir.
Aslan İlyasov
Aslan Mikayıl oğlu İlyasov (22 may 1948, Salyan, Azərbaycan SSR – 20 dekabr 2013, Bakı, Azərbaycan) — azərbaycanlı qarmon ifaçısı. == Həyatı == Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub. 2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib. Qarmon ifaçısı Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı" rəqsi ilə də tanınmışdır. Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. Onun 20-yə yaxın bəstələdiyi rəqslər vardır İfaçının 1994-cü ildə Tehran şəhərində kompakt kaseti satışa buraxılıb. 20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
Bəhrəm İlyasov
Bəhrəm Nizam oğlu İlyasov (30 noyabr 1998, Nəcəfqulubəyli, Ağcabədi rayonu – 4 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhrəm İlyasov 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olmuşdur. === Ailəsi === Atası Nizam İlyasov Birinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. == Hərbi xidməti == 2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhrəm İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə getmiş və hərbi xidmətə çağırılmışdır. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ersan İlyasova
Ərsan İlyasova (Əsl adı: Arsen İlyasov; 15 may 1987, Əskişəhər) — Türk Milli Basketbol Komandasının oyunçusudur. Türkiyənin Eskişehir şəhərində dünyaya gələn idmançı, 2003-cü ildə Türkiyə vətəndaşlığına keçirildi. Krımdan Özbəkistana sürgün edilən Krım Tatarı bir ailənin övladıdır. Atası Ənvər İlyasov və anası İraliyə İlyasova Krıma qayıdış yasaqının qalxmasından sonra sürgündən Krıma dönmüşdür. Gənc yaşda qabiliyyəti kəşf edilərək Ülkerspor infrastrukturu tərəfindən yetişdirilməyə başlandı və Türkiyə Vətəndaşlığına keçirildi. Əsl adı Arsen İlyasov olan Ərsan İlyasova 2004–2005 mövsümündə qısa müddətli də olsa Ülkersporda forma geymə şansı qazandıqdan sonra 2005 NBA seçmələrində Milwaukee Bucks tərəfindən otuz altıncı sıradan seçildi. Bir çoxları tərəfindən bir il daha Türkiyə Basketbol Liqasında təcrübə qazanması lazım olduğu şərhi edilmiş olsa da 23 avqust 2005 günü Milwaukee Bucks ilə iki illik müqavilə imzaladı. Ancaq mövsüm başlamadan, təcrübə qazanması məqsədiylə, NBA komandalarının daha çox, gənc oyunçularını yetişdirmək üçün istifadə etdiyi, National Basketball Development League (d-Liqa) komandası Tulsa 66ersə göndərildi. Bu komandada bir mövsümdə oynadığı 46 matçda 12,5 say və 7,0 ribaund ortalamayla oynadı.
Fərid İlyasov
Fərid İbad oğlu İlyasov (20 iyul 1999 – 30 oktyabr 2020, Dağlıq Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub. Əslən Laçın rayonunun Hacılar kəndindəndir. 2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Beyləqan ərazisində yerləşən "N"saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Fərid hərbi xidmətdən döndükdən sonra saç ustası işləyirdi. Naxçıvan Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayan Fərid 2 ildən çox idi ki xidmət edirdi. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparırlar. F.İlyasov 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucaldı.
II İlyas xəlifə
II İlyas xəlifə (?-1611) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi. I Şəmsəddin xəlifənin oğlu, Bürhanəddin xəlifənin atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. 1585-ci ildə Qızılbaş ordusunun tərkibində Osmanlılara qarşı savaşda iştirak edib. Bu haqda Osmanlı dövlətinin şəşhur sənədlər məcmuəsi olan "Mühimmə"də yazı var ("Mühimmə", LXIII, 59). 1606-cı ildə Şah Abbas Qaradağda olarkən Duzal kəndində II İlyas xəlifənin qonağı olmuşdu. Şaha qoşulub Ordubada gedib, daha sonra Urmiya səfərində iştirak edib. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu.
I İlyas xəlifə
I İlyas xəlifə – Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biri == Haqqında == I İlyas xəlifə Sivas vilayətində anadan olmuşdu. Mükəmməl savad almışdı. 1500-ci ildə başçılıq etdiyi Toxmaqlı oymağı ilə gəlib I Şah İsmayıla qoşulmuşdu. Hələ şahlıq taxtına əyləşməmiş İsmayıl İlyas xəlifəyə bol vədlər vermişdi. I İlyas xəlifə Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biridir. I İlyas xəlifə I Şah İsmayılın vəfatından sonra I Şah Təhmasibə xidmət etmişdi və Qaradağda məskunlaşmışdı. I İlyas xəlifənin I Şəmsəddin xəlifə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008.
Mahmud İbn İlyas
Mahmud İbn İlyas (Təbriz) — Məşhur Azərbaycan təbiblərindəndir. == Həyatı == XIV əsrdə Təbrizdə anadan olmuşdu, sonralar Şiraza köçmüş və uzun müddət orada işləmişdi. Tibb üzrə fundamеntal "Kitabül-havi fi еlmül-mədavi" ("Tibb еlmini tam əhatə еdən kitab") əsərinin və başqa qiymətli kitabların müəllifidir. Minlərcə dərman bitkilərini və başqa təbii müalicə vasitələrini və müxtəlif müalicə üsullarını təsvir еtmişdi. Bu alim İranda və başqa Şərq ölkələrində böyük şöhrət qazanmışdı.
Müqəddəs İlyas monastırı
Müqəddəs İlyas monastırı (süry. ܕܝܪܐ ܕܡܪܝ ܐܝܠܝܐ, ərəb. دير مار إيليا‎) - Mosul şəhərindən şimalda yerləşən qədim xristian monastırıdır. İraq ərazisindəki ən qədim xristian monastırı olmaqla, VI əsrə aiddir. == Tarixi == Monastırın əsası 595-ci ildə, əvvəl Hiyrədə, daha sonra isə Türkiyə ərazisindəki Ezla dağlarındakı böyük monastırda təhsil almış assur rahibi Mar Elia tərəfindən qoyulmuşdur. Monastır daha sonra kəldani xristianlar tərəfindən istifadə olunmuşdur. Min illər boyu bölgədə xristianlığın əsas mərkəzi olmuş monastır, hər il noyabrın son çərşənbə günü Mar Elia bayramını qeyd etmək üçün hər yerdən bu əraziyə gələn ziyarətçiləri qəbul etmişdir.XVII əsrdə monastır Hörmüzd Alquşnaya tərəfindən yenilənmişdir. 1743-cü ildə Nadir şah Əfşarın göstərişi ilə monastır ləğv edilmiş, burada yaşayan rahiblər isə öldürülmüşdür. XX əsrin əvvəllərinə kimi monastırın xarabalıqları saxlanılmış, həmin dövrdə isə bəzi otaqlar və zallar bərpa edilmişdir. Birinci Dünya müharibəsi zamanı monastırda qaçqınlar məskunlaşmış və abidənin bəzi hissələrində bərpa işləri aparmışlar.
Müseyib İlyasov
Müseyib İlyasov (1884, Oğuldərə, Laçın rayonu – 1944, Karaqanda vilayəti) — Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri. == Həyatı == Müseyib İbrahim oğlu İlyasov 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. M. İlyasov Minkənd kəndində olan Rus-Tatar məktəbində təhsil almağa başlamış sonra isə Şuşa şəhərində təhsilini davam etdirmişdir. Burda təhsilini tamamladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuş 1912-ci ildə Seminariyanı bitirmişdir. Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın minlərlə zəkalı və istedadlı oğullar kimi, maarif fədaisi olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə salmışdır. O, 1941-ci ilin sentyabr ayında cinayətkarcasına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, cinayəti sübut olunmasada, 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir. 1944-cü idə 60 yaşında Karakanda şəhərində həbsdə vəfat etmişdir. 1956-cı ildə onun cinayət işində heç bir cinayət tərkibi olmadığı aşkar edilmiş və Müseyib İlyasova ölümündən sonra bəraət verilmişdir. == Fəaliyyəti == Müseyib İlyasov Seyid Əzim Şirvaninin nəvəsi olam Mir Fazilin müdir olduğu məktəbə müllim təyin edilmiş və 1920-ci ilədək Bakıda,Qubada məktəbdə işləmişdir. 1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının dərilmüllimin yaradıcılarından olmuş və 1925-ci ilədə Seminariyanın direktoru olmuşdur.
Qara İlyasov
İlyasov Qara İlyas oğlu (1884, Teymur Müskənli, Qubadlı rayonu – 1928, Ağdam, Ağdam qəzası) — çekist, ictimai xadim. == Həyatı == Qara İlyasov 1884-cü ildə Zəngəzur qəzasının Teymur Müskənli kəndində kəndli ailəsində anadan olub. Onun əsl adı İbrahim idi. Bəyin İbrahim adlı oğlu atdan yıxılıb öləndən sonra bəy İlyas kişini yanına cağırmış və ondan oğlunun adını dəyişməsini istəmişdir. Çünki hər dəfə İbrahim adı çəkiləndə bəy öz oğlunu xatırlayırmış. Buna görə də o, İlyas kişini oğlunun adını "Qara" qoymağa məcbur edir. Atası vəfat edəndən sonra Qara anası ilə Şuşaya gəlir. Şuşada rus-tatar məktəbində təhsil alır. Anası rəhmətə gedəndən sonra Bakıya köçür, neft mədənlərində işləyir. Sonra Zəngəzura geri qayıdır və orada meşəbəyi kimi fəaliyyət göstərir.
Rauf Əliyev (İlyas oğlu)
Rauf İlyas oğlu Əliyev (11 fevral 1993; Şamaxı, Azərbaycan — 30 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Rauf Əliyev 1993-cü il fevralın 11-də Şamaxı şəhərində anadan olub.1999-2008-ci illərdə E.Hüseynov adına 2 saylı Şamaxı şəhər tam orta məktəbində, 2008-2012-ci illərdə isə S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecində tar ixtisası üzrə təhsil alıb. 2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi kimi fəaliyyət göstərirdi. Subay idi. == Hərbi xidməti == Rauf Əliyev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rauf Əliyev sentyabrın 30-da Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəsul İlyasov
Rəsul Niftalı oğlu İlyasov (12 iyul 1975, Yeni Daşkənd, Bərdə rayonu – 28 oktyabr 1995, Bakı) — Bakı şəhər metrosunda baş verən yanğın nəticəsində həlak olmuş tələbə. == Həyatı == Rəsul İlyasov 12 iyul 1975-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.Yeni Daşkənd kənd orta məktəbi ilə bərabər Bərdə şəhər 1 saylı Musiqi Məktəbində də təhsil almışdır. 1992-ci ildə orta məktəbi bitirmiş və 1993-cü ildə Bakı Ali Menecer Kollecinə daxil olmuşdur.28 oktyabr 1995-ci ildə Bakı şəhər metrosunda baş verən yanğın nəticəsində həlak olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn edilmişdir.
Rəşad İlyasov
Rəşad İlyasov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideynləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu — mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası — Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-cı ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur.
Stanislav İlyasov
İlyasov Stanislav Valentinoviç (d.1953) — V.V.Putinin prezidentliyinin birinci müddətində, Nazirlər Kabinetinə M.M.Kasyanovun rəhbərliyi dövründə, 06.11.2002-ci ildən 09.03 2004-cü ilə qədər Çeçen Respublikasının sosial-iqtisadi inkişafı üzrə icra hakimiyyəti federal idarələri koordinasiya naziri. == Haqqında == Dağıstan MSSR də Qızılyar şəhərində anadan olub. Ali təhsilini Leninqrad Elektrotexnika-İnstitutunda elektrik rabitəsi mütəxəssisi ixtisası üzrə alıb (1980). Texniki elmlər doktorudur. Rusiya EA-nın müxbir üzvüdür. 1972-1975-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1975-ci ildən Qızılyar paylayıcı elektrik şəbəkələrinin ustası, baş ustası, Zaterecni elektroşəbəkələr müəssisəsinin müdir müavini, “Elektronadzor”un Qızılyar şöbəsinin rəisi, daha sonra Qızılyar şəhər icra hakimiyyətinin sədri olub.1988-1990-ci illərdə “Spese-nerqoremont”, Mahaçqalada “Daqenerqo”, Pyatiqorskda “Cənub sistemlərarası sistemi” ixtisaslaşdırılmış Təmir İdarəsinin direktoru olub. 1994-1997-ci illərdə “YES Rossiya” Rusiya Səhmdar Cəmiyyətinin Şimali Qafqaz enerji sisteminin baş direktor müavini, baş direktoru olub. 1995-ci ildə RF Dövlət Dumasının ikinci çağırışında irəli sürdüyü namizədliyi uğursuzluqla nəticələnir. 1997-ci ilin may-avqustunda “YES Rossiya” Rusiya Səhmdar Cəmiyyətinin sədr müavini, “Enerqoperetok” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub.
Səbinə İlyasova
Səbinə Babaverdi qızı İlyasova — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti 2012.İfa etdiyi mahnıların lent yazıları AzTV-nin Qızıl fondunda qorunub saxlanılır. == Həyatı == İlyasova Səbinə Babaverdi qızı 1959-cu il 12 oktyabrda Azərbaycan Respublikası Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. Respublikamızın bütün füsunkar guşələrində qastrol səfərlərində olmuş, hərbi hissələrdə, didərgin düşmüş soydaşlarımızın məskunlaşdığı bölgələrdə, bu cəhətdən uşaq evlərində geniş konsert proqramları ilə iştirak etmişdir. 1986-cı ildə ailə qurmuş və 1 övladı var. == Təhsili == 1979–1984-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin "Muğam" sinifini bitirmişdir. Muğam dərslərini əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevdən almışdır. == Fəaliyyəti == 1982–1989-cu ilə qədər dünya şöhrətli müğənni, görkəmli sənətkar Rəşid Behbudovun dəvəti ilə Azərbaycan Dövlət mahnı teatrında çalışmışdır. 1980–1991-ci illərdə mərhum sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında fəaliyyət göstərmişdir. 1989–2006-cı illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti olaraq Azərbaycanın milli musiqisini dünyanın müxtəlif ölkələrində ((Almaniya, Türkiyə, Ruminiya, Belçika, Hollandiya, Rusiya, İsveç və s.) uğurla təmsil etmişdir. == Mükafatları == 1979-cu ildə "Oxu Tar" Respublika müsabiqəsinin qalibi kimi birinci dərəcəli diploma layiq görülmüşdür.
Teymur İlyaslı
İlyaslı Teymur Məmməd oğlu (10 oktyabr 1948, Borçalı mahalı) — kimya elmləri doktoru. == Həyatı == 1948-ci il oktyabr ayının 10-da Gürcüstan respublıkasının Borcalı mahalınında anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirib ADPU-nun kimya fakultəsinə qəbul olmuş, 1970-ci ildə oranı bitirib Dəvəci rayonunda müəllim işləmişdir. 1979-cu ildə namizədlik, 1992- ci ildə doktorluq dərəcəsi almışdır. Disertasiya mövzusu:”Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi” olmuşdur. == Təhsili, elmi dərəcə və elmi adları == 1966-1970,tələbə, Azərbaycan Döblət Pedaqoji Universiteti 1972-1979, aspirant, Kimya Problemləri İnstitutu, AMEA. 1979, k.e.n., «Arsen və qallium xalkogenidləri qarşılıqlı təsiri », Kimya Problemləri İnstitutu, AMEA. 1992, k.e.d.,«Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarınınsintezinin nəzəri əsaslarının işlənməsi» «Ümumi və Qeyri-üzvi kimya» kafedrası, BDU. == Əmək fəaliyyəti == 1972 -1982, elmi işçi, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi kimya, Qeyri-üzvi kimya, Fiziki-kimyəvi analiz, Yarımkeciricilər kimyası, Qeyri-üzvi biokimya 1988- 1992, ETL müdiri, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1993, professor, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1988-2008, baş elmi işçi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 2005, kafedra müdiri əvəzi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 350-dən çox elmi əsər 250-dən çox elmi məqalə 13 kitab 8 müəlliflik şəhadətnaməsi 5 patent 4 elmlər namizədi Hal-hazırda Bakı Dövlət Universitetinin Elmi Şurasının elmi katibidir. Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışır == Tədqiqat sahəsi == Qeryi-üzvi materialşünaslıq, Fiziki-kimyəvi analiz, çox komponentli sistemlərin tədqiqi, şüşəvari maddələrin tədqiqi. == Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == Beynəlxalq seminar. Light in Nano-Size Solids, Baku, 2004 Beynəlxalq konfrans “Bərk çisimlər kimyası və funksional materiallar– 2008” Ekaterinburg, 21-24 oktyabr 2008 == Seçilmiş əsərləri == R.F.Abbasova, T.M.Ilyasli, F.I.Rustamli. Raman spectroscopic study of As2Se3-based glasses.
İbrahim İlyaslı
İbrahim İlyaslı (tam adı:Hacıyev İbrahim Musa oğlu; 10 mart 1963, Aslanbəyli, Qazax rayonu) — tanınmış şair, Prezident təqaüdçüsü (1999), Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü, Türk Edebiyyatı Vakfının Fəxri üzvü (2018) == Həyatı == İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır. Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. "Bu bahar oldu" adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı "Politexnik" qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı "Dəniz" Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Hamı bir körpüdən keçir" adlı ilk şeirlər kitabı 1998-ci ildə "Ağrıdağ" nəşriyyatında çap olunub. "Mən bir söz bilirəm" adlı ikinci şeirlər kitabı 2004-cü ildə "Adiloğlu" nəşriyyatında, "Yuxuma söykənmiş adam" adlı üçüncü şeirlər kitabı 2011-ci ildə "Avrasiya Press" nəşriyyatında, "Şair olmaq zülümdü" adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə "Qələm Nəşrlər Evi"ndə nəşr edilib.
İlyas Aslanov (əsgər)
İlyas Nəsrəddin oğlu Aslanov — Azərbaycanlı şəhid. == Həyatı == Aslanov İlyas Nəsrəddin oğlu 1962-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndsovetliyinin Fərzalı kəndində anadan olub. İsalı kənd orta məktəbini qurtarmışdı. 2 övlad atası olan İlyas yaxşı ailə başçısı idi. O, Bakının Sabunçu rayonunda yaşayırdı. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollandı. Qarabağ uğrunda gedən döyüşlərdə itgin düşdü. 13 avqust 1993-cü ildə ölümühaqqında şəhadətnamə yazılıb.
белоборо́дый везе́ние черноголо́вник либертариа́нство огласи́ться пересты́ть подпуска́ть приле́жно сабота́ж сереброплави́льный чашеви́дный шко́льнический этике́тный струя шкаторина blinker earth-balls waterish выкрутить галечный затянувшийся информационный однополый переодеть перервать