İMƏKLƏMƏK

f. Əllər və dizlər üzərində hərəkət etmək.
Nə isə, vaxt yetişdi, gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun… N.Nərimanov.
[Atakişi:] Ay sənə qurban inəklər; Bu balam haçan iməklər. C.Cabbarlı.
Əllərin qurtardı iməkləməkdən; Ayağın yer tutdu, a qızım, sənin. B.Vahabzadə.

// Üzüqoylu sürünə-sürünə hərəkət etmək, yerlə sürünmək.
Dəyirman üstə ləklər; Çırmanıb ağ biləklər; Oğlan qızdan ötəri; Dizi-dizi iməklər. (Bayatı).
[Döyüşçülər] bəzən uşaq kimi iməkləyir, bəzən də şahin kimi uçurdular. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İMƏKLƏMƏK İMƏKLƏMƏK (müxtəlif mənalarda) O, yazıq anasının dalınca ağlaya-ağlaya iməklədi (M.Hüseyn); SÜRÜNMƏK Yasavul düşündükcə tələsiyir, üzü yuxarı sürünür,

Etimologiya

  • İMƏKLƏMƏK Türk dillərində ömələmək, ömgələmək (hər ikisi “iməkləmək” de­mək­dir) kimi feillər olub və bunlar əmək kəlməsi ilə qohumluq təşkil edirlər
İMƏKLƏMƏ
İMƏKLƏTMƏ

Digər lüğətlərdə

астени́чески канцеля́рщина муж наду́мывать неосмотри́тельно вкусовщи́на ку́читься окатоли́чиваться оса́нистый уко́сный упелена́ть air photograph asportation body language co-occurrence compline overgrew pudding resounding valley glacier нетребовательный обламываться протрезвлять расшириться ссыпать