İLTİZAZ
İMAD
OBASTAN VİKİ
İma Sumak
İma Sumak (ing. Yma Sumac, Imma Sumack, əsl adı — Soila Auqusta İmperatris Kavarri del Kastilyo (Zoila Augusta Emperatriz Chavarri del Castillo); 10 sentyabr 1923 — 1 noyabr 2008) — dünya şöhrətli Peru opera müğənnisi və aktrisası, 7 alt oktavalı və iki səslə oxuya bilirdi == İstinadlar == == Mənbə == Vikianbarda İma Sumak ilə əlaqəli mediafayllar var.
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
12 imam
On iki imam – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Muhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər. == İmamət inancı == İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir. Bir-birləri ilə qardaş olan Həsən və Hüseyndən başqa hər bir imam özündən əvvəlki imamın övladıdır (oğludur). On ikinci və sonuncu imam Məhəmməd əl-Mehdidir və on iki imamçı şiələrin etiqadına görə, hal-hazırda həyatdadır (diridir) və dünyaya zühur edib ədaləti bərpa edənə qədər qeybdədir (bu hadisə Böyük Qeybət dövrü adlanır).
13-cü rayon: Kərpic imarətlər
Kərpic imarətlər (ingiliscə: Brick Mansions) 2014-cü ildə Kanadada ingilis dilində çəkilmiş filmdir. Filmin aktyor heyətinə Paul Walker, David Belle və RZA daxildir. Filmin rejissoru Camille Delamarre, ssenari müəllifləri isə Luc Besson, Robert Mark Kamen və Bibi Naceri olmuşdur. Film 2004-cü ildə çəkilmiş Banlieue 13 filminin remeykidir. Daha əvvəl Banlieue 13 filmində rol alan David Belle də bu filmdə rol almışdır. Kərpic imarətlər Paul Walkerin (ö. 30 noyabr 2013) ölümündən əvvəl çəkilmiş son filmidir. Film Pol Uolkerin ölümündən 5 ay sonra ekranlara çıxmışdır. == Süjet xətti == 2018-ci ildə Detroitdə kərpicdən tikilmiş evlər nəzarətdən çıxan cinayətkarlarla dolu bir yerə çevrilmişdir. Buna görə də polis şəhərin qalan hissəsini mühafizə etmək üçün şəhərin ətrafında nəhəng divarlar çəkir.
Abbasağa İmanov
İmanov Abbasağa Həsənağa oğlu — Azərbaycan operatoru. == Həyatı == Abbasağa İmanov 1946-cı il dekabr ayının 1-də Bakı şəhərində doğulub. 1973-cü ilə ADMİU-nun Mədəni maarif fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan televiziyasının əməkdaşıdır, operator vəzifəsində calışır. Ailəlidir iki övladı və dörd nəvəsi var. 2012-ci ildə Tərəqqi medalı ilə təltif edilib. Bir çox televiziya filimləri və tamaşalarının quruluşcu operatorudur. Dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılmasında böyük rolu olmuşdur. == Filmoqrafiya == Pəncərədə işıq (film, 1987) Gülüş sanatoriyası (film, 1989) At ilinin birinci ayı (film, 1993) Ah, ədalət! (film, 1997) Yağışdan sonra (film, 1998) Sənətin sönməyən ulduzu.
Aida İmanquliyeva
Aida Nəsir qızı İmanquliyeva (10 oktyabr 1939, Bakı – 19 sentyabr 1992, Bakı) — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1987). == Həyatı == Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş və "Bakı" və "Baku" qazetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Arif Paşayev ilə ailə həyatı qurmuşdur. Mehriban Əliyeva və Nərgiz Paşayevanının anasıdır. === Təhsili === Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil aldıqdan sonra 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. == Elmi fəaliyyət == Azərbaycan Milli Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi kimi çalışmışdır. 1966-cı və 1976-cı illərində ərəb filologiyası şöbəsinin müdiri olaraq fəaliyyət göstərmişdir. 1976-cı və 1988-ci illərdə, elmi işlər üzrə direktor müavini, 1988-ci və 1991-ci illərdə həmin institutda direktor vəzifəsində çalışmışdır.1976–1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Aida İmanquliyeva (film, 2018)
Eldar İsgəndərzadənin ssenarisi əsasında rejissor Vasif Məmmədzadənin quruluş verdiyi "Aida İmanquliyeva" sənədli-bədii televiziya filmi 2018-ci ildə İctimai Televiziyada istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan Şərqşünaslıq elminin görkəmli nümayəndəsi, Ərəb məhcər ədəbiyyatının ilk araşdırıcılarından biri, Azərbaycanın ilk qadın Şərqşünas alimi, filologiya elmləri doktoru, dəyərli zayalı kimi xatirələrdə ehtiramla anılan Aida İmanquliyeva haqqındadır. == Məzmun == Sənədli televiziya filmi görkəmli şərqşünas alim Aida İmanquliyevanın maraqlı həyat və yaradıcılığına həsr olunub. Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O,132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), direktor vəzifələrində çalışıb (1991-ci ildən). Bütün bunlar haqqında ekran əsərində geniş məlumat verilir, alimin çoxşaxəli və zəngin yaradıcılığı işıqlandırılır. == Film haqqında == Filmdə görkəmli alimi tanıyanlarının, tələbələrinin, davamçılarının, tanımış elm adamlarının, ziyalıların onun mənalı və zəngin elmi yaradıcılığı barədə maraqlı söhbətləri təqdim olunur.
Akademik İmam Mustafayev (film, 2010)
Akademik İmam Mustafayev qısametrajlı sənədli filmi bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, akademik İmam Mustafayevin həyat və fəaliyyətinə həsr olunmuşdur. == Məzmun == Film bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954-1959-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olmuş akademik İmam Mustafayevin həyat və fəaliyyətinə həsr olunmuşdur.
Amangəldi İmanov
Amangəldi İmanov (qaz. Аманкелді Үдербайұлы İmanov; d. 3 aprel 1873 – ö. 18 may 1919) — Qazaxıstanda qazax xalqının milli-azadlıq üsyanın təşkilatçısı və fəal iştirakçısı, kommunist, inqilabçı. == Həyatı == 1873-ci il aprelin 3-də Qazaxıstanda kasıb ailədə anadan olub.1916-cı ildə Turqay vila­yətində Amangəldi İmanovun baçılıq etdiyi üsyan, xüsusilə, fərqləndi. Üsyanın yatırılması üçün cəbhə xəttindən də əsgəri birliklər gətirməyə məcbur olurlar. Düşmənlə savaş üçün hazırlanmış əsgəri birliklər çar hökuməti silahsız təbəələrinin üzərinə yeridir. Mərkəzi quberniyalardan Qazaxıstana köçürülmüş ruslarda əsgəri birliklərə kömək etdiyindən Türküstanda onminlərlə dinc sakin öldürülür. Amangəldi İma­nov 1918-ci ildə Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına keçdiyindən Albi Jangildin­lə birlikdə Sovetlərin mövqeyini müdafiə etdi.
Aqil İman
Hacıyev İman Həsən oğlu (1 dekabr 1958, Daşkənd, Basarkeçər rayonu – 29 avqust 1996, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi. == Həyatı == Aqil İman 1 dekabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olub. Orta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində оxumuşdur. 1976-cı ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981–1983-cü illərdə Tambov şəhərində hərbi xidmətdə olmuşdur. 1984-cü ildən 1986-cı ilə qədər "Yevlax Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Beton Məmulatları Zavodunda mühəndis işləmişdir. 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində könüllü iştirak etmişdir Aqil İman 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kəndindədir. == Ailəsi == Ailəli idi. İki oğlu var.
Asif İmaməliyev
Asif İmaməliyev (29 aprel 1969, Qafan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dissertasiya Şurası Nəzdində "Siyasi Nəzəriyyə" ixtisası üzrə Elmi Seminarın üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Asif İmaməliyev 1969-cu il aprelin 29-da Ermənistan SSR Qafan şəhərində müəllim ailəsində anadan olmuşdur.1976–1986-cı illərdə orta təhsilini Sumqayıt şəhər 9 və 10 saylı məktəblərdə almışdır. Azərbaycan İnşaat Mühəndisləri Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. == Əmək fəaliyyəti == 1986–1987-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında çilingər, idman üzrə instruktor – metodist; 1987–1989-cu illərdə Sovet ordusu sıralarında taqım komandiri; 1989–1992-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında mexannik; 1992–1997-ci illərdə Azərbaycan Respublikası Tikinti və Yenidənqurma üzrə İstehsalat Birliyinin 4 saylı Təmir-tikinti İdarəsində iş icraçısı, 26 saylı Təmir-tikinti İdarəsində rəis, 2 saylı Təmir-tikinti Trestində baş mühəndis, Birliyin Kommersiya işləri üzrə baş direktorunun müavini, 17 saylı Təmir-tikinti Trestinin baş mühəndisi və müdir əvəzi; 1997–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində su ehtiyatları üzrə müfəttiş; 2000–2003-cü illərdə Sumqayıt şəhər bələdiyyəsində təşkilat işi və daimi komissiyalarla iş şöbəsinin müdiri; 2003–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat, regional məsələlər daimi komissiyasının üzvü; 2005–2017-ci illərdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri; 2017–2021-ci illərdə Yeni Azərbaycan Partiyası İcra Katibliyində seçkilər ilə əlaqədar sektor müdiri; 2021-ci ildən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini vəzifəsində işləyir. == İctimai-siyasi fəaliyyəti == 1988-ci ildə Sverdlovsk vilayətinin Novouralsk şəhər Partiya Komitəsinin qərarı ilə Kommunist partiyasının üzvlüyünə namizəd; 1989–1991-ci illər Sumqayıt şəhər Rabitə Qovşağında Komsomol təşkilat katibi; 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü; 1997–2006-cı illərdə YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Sumqayıt şəhər Gənclər Birliyinin sədr; 1999–2005-ci illər YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini; 2005–2017-ci illər YAP Sumqayıt şəhər təşkilatının sədri 1999–2001-ci illər YAP Siyasi Şurasının üzvü; 2001–2021-ci illər YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü; == Seçkili orqanlarda iştirakı == Sumqayıt şəhər bələdiyyəsinin I çağırış üzvü; Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; == Ailəsi == Ailəlidir. 4 övladı, 2 nəvəsi var. Atası Ağalar Bəylər oğlu İmaməliyev(10.04.1939-16.05.2022) kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin müəllimi. Anası Elmira Ziyəddin qızı Hacıyeva (20.03.1951-22.12.2021). == Mükafatları == 19.11.2009 — "Tərəqqi" medalı (Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə).
Asiman İmamverdiyev
Asiman Mehman oğlu İmamverdiyev (2 avqust 1988; Gəncə, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Asiman İmamverdiyev 1988-ci il avqustun 2-də Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Asiman İmamverdiyev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Ayaz İmanzadə
Ayaz Daşqın oğlu İmanzadə (3 dekabr 1996, Neftçala – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayaz İmanzadə 1996-cı il dekabrın 3-də Neftçala şəhərində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Ayaz İmanzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Ayaz İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz İmanzadə oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İmanzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İmanzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İmanzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər İmaməliyev
Məşədi Azər Hacı Məcid oğlu İmaməliyev — şair, qəzəlxan. == Həyatı == XX əsrin əvvəllərindən ədəbiyyatımızda qəzəl janrını inkişaf etdirən şairlərdən biri də Məşədi Azər Hacı Məcid oğlu İmaməliyevdir. 1870-ci ildə təsis olunmuş, Bakı ədəbi mühitinin görkəmli şeir ustadlarını öz ətrafında toplayan "Məcməüş-şüəra" ədəbi məclisinin nüfuzlu üzvlərindən olan Məşədi Azərin əsl adı Xosrov olub. 15 yaşında ikən "Azər" təxəllüsü ilə şeirlər yazmağa başlayan Xosrov İmaməliyev elə o vaxtlardan ədəbi dairələrin diqqətini cəlb etməyə başlayıb. Şərq ədəbiyyatı ilə bərabər, Şərq dillərinin də gözəl bilicisi olan A.Buzovnalı ana dili ilə yanaşı, mükəmməl bildiyi fars, özbək dillərində də şeirlər yazıb. Tədqiqatçı Ağarəfi Zeynalov qeyd edir ki, "şair azəri türkcəsindəki qəzəllərində "Azər", farsca qəzəllərində "Rüfət", satiralarında "Azər-Əyyar", mərsiyələrində isə "Xosrov" təxəllüsləri ilə çıxış edib ki, sonuncu təxəllüs özünün adıdır. Bakı şairlərini bir araya gətirən "Məcməüş-şüəra"da tez-tez çıxış edən A.Buzovnalı sonralar onun rəhbəri də olub, bu müddət ərzində bir çox gənc şairin yetişməsində, ədəbi aləmdə tanınmasında böyük rol oynayıb. İlk dəfə Azər Buzovnalını ədəbi aləmə tanıdan məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Məhz onun göstərişi və maddi köməyi ilə Məhəmməd Əmin Rəsulzadə "Açıq söz" qəzetinin mətbəəsində şairin "Həmvətənlərimə" adlı 800 beytlik mənzuməsini nəşr etdirib. 1970-ci ildə görkəmli Azərbaycan şairi, xalqını, vətənini sevən R.Rza redaktoru olduğu "Azərbaycan Sovet Ensiklopediyası"nın I cildində şairin tərcümeyi-halını dərc etdirməklə onu elmi ədəbiyyata yenidən təqdim edib.
Aşağı İmamqulukənd
Aşağı İmamqulukənd (Qusar)
Aşağı İmamqulukənd (Qusar)
Aşağı İmamqulukənd — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı İmamqulukənd Qusar rayonunda kənd. Qusar maili düzənliyindədir. XIX əsrin sonlarına qədər yalnız bir İmamqulukənd vardı.20-ci əsrin əvvəllərində həmin kəndə məxsus pay torpaqlarından bir qədər aşağıda eyniadlı yeni məntəqə salınmışdır. == Toponimikası == Aşağı İmamqulukənd oyk, mür. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XX əsrin əvvəllərində İmamqulukənd yaşayış məntəqəsinə aid pay torpaqlarından bir qədər aşağıda eyniadlı yeni yaşayış məntəqəsi salınmış və Aşağı İmamqulukənd adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 498 nəfər əhali yaşayır.
Aşağı İmamqulukəndi (Çaldıran)
Aşağı İmamqulukəndi (fars. امامقلی‌کندی سفلی‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (38 ailə).
Aşıq Əli İmamquliyev
Aşıq Əli (d. 1927, Göyçə, Zərzibil – ö. 1990, Naftalan) — Göyçəli ustad aşıq. == Həyatı == İmamquluyev Əli Əşrəf oğlu 1927-ci ildə Göyçə mahalının Zərzibil (indiki Zərkənd) kəndində dünyaya gəlib. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsidir. Növrəs İmanın bacısı oğludur. El arasında Aşıq Əlini İman Əlisi adlandırırdılar. Kiçik yaşlarından saza-sözə maraq göstərən Aşıq Əli uzun illər Aşıq Talıb və Aşıq Nəcəfin yanında şəyirdlik etmiş, bu sənətin sirlərini dərindən mənimsəmiş və el arasında kamil bir aşıq kimi tanınmışdır. O da öz növbəsində bir çoxlarına ustad olmuş, saz sənətinin incəliklərini onlara öyrətmişdir. Təkcə onu demək kifayətdir ki, sazın füsunkar sədaları ilə bülbülü dilə gətirən Aşıq Ədalət Nəsibov Aşıq Əlinin şəyirdidir.
Bayrı İmanov
Bayrı Mirzə oğlu İmanov (5 fevral 1996, Qaraçala, Salyan rayonu – 10 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bayrı İmanov 1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala kəndində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ali təhsil alıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) elan etdiyi işə qəbul imtahanında iştirak etmiş və 86 bal toplamışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Bayrı İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bayrı İmanov noyabrın 10-da Şuşa istiqamətində şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayrı İmanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Bayrı İmanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Berik İmaşev
Berik Məjit oğlu İmaşev (qaz. Берік Мәжитұлы Имашев; 7 iyun 1960, Almatı) — Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri, hüquq elmləri namizədi. Qazaxıstan Respublikası Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Qazaxıstan Respublikası Prezidenti yanında Hüquq Siyasəti Şurasının, KTMT Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının üzvü, Qazaxıstan Respublikasının Müasir Pentatlon Federasiyasının prezidenti. == Bioqrafiyası == 7 iyun 1960-cı ildə Alma-Atada anadan olmuşdur.1982-ci ildə Moskva Dövlət Universitetini bitirib. MV Lomonosov, hüquq sahəsində ixtisaslaşmışdır. Karyerasına 1982-ci ildə stajçı kimi başlamış, daha sonra Frunzensky Rayon Prokurorluğunun müstəntiqi kimi başlamış, daha sonra nəqliyyatda qanunların icrası şöbəsinin prokuroru, Qazaxıstan SSR Prokuroru yanında xüsusilə vacib işlər üzrə müstəntiq təyin olunmuş və Alma-Ata şəhərinin Moskva bölgəsinin prokuroru. 1992-1993-cü illərdə Qazaxıstan Respublikası Baş Prokurorluğunun təşkilati və analitik şöbəsinin müdiri. 1993-1994-cü illərdə - Almatı şəhəri prokurorunun birinci müavini. 1994-1995-ci illərdə - JSB Kazkommertsbank İdarə Heyəti sədrinin müavini. 1995-ci ilin oktyabrında Müəssisə Yenidənqurma Agentliyinin direktoru — Qazaxıstan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin müavini təyin edildi.
Birinci İmamverdili
İmamverdili (əvvəlki adı: Birinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin Birinci İmamverdili kəndi İmamverdili kəndi adlandırılmış və Qaralılar kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İmamverdili kəndi Qaralılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İmamverdili kənd Soveti yaradılmışdır. == Toponimikası == Keçən əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdı. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Bakıdan 308 km məsafədə, rayon mərkəzindən 38 km şimal-şərqdə, Mil düzündə yerləşir. Şimaldan, şimal-şərqdən, şərqdən və cənub-şərqdən İmişli rayonu ilə, cənub-qərbdən və qərbdən Gödəklər, qərbdən Qaralılar kəndləri ilə həmsərhəddir. Sahəsi 973 ha-dır.
Bəndər İmam Xomeyni
Bəndər İmam Xomeyni (Bəndər Şapur)— İranın Xuzistan ostanının Bəndər Mahşəhr şəhristanının Bəndər İmam Xomeyni bəxşində liman şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 67,078 nəfər və 14,681 ailədən ibarət idi. 1979-cu il İran inqilabından qabaq ,Bəndər Şapur kimi tanınmışdır.
Bərdə İmamzadə türbəsi
Bərdə İmamzadə türbəsi — Bərdə şəhərinin mərkəzində yerləşən tarixi dini-memarlıq abidəsidir. Əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən, onun ətrafında məscid inşa edilmiş, beləliklə də dini abidə kompleksi yaranmışdır. Bərdə imamzadəsinin inşası zamanı Arran memarlıq məktəbinin fiqurlu hörgü və daş-kərpic sıralamasından istifadə ənənəsi cəsarət və uğurla istifadə olunmuşdur. Binanın inşası zamanı, həm də daha əvvəl Mömünə Xatun türbəsi və Bərdə türbəsinin memarlığında rast gəlinən fasadın müxtəlif elementlərinin eyni profil və ya xəttlə çərçivələnməsi üsulundan istifadə edilmişdir. == Tarixi == Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur Gülüstani-İrəm əsərində belə qeyd etmişdir. Məlumatlara görə, buradakı türbədə İsmaili və Cəfəri şiələrinin 5-ci imamı Məhəmməd əl-Baqirin qız nəvəsi İsmayıl dəfn olunub. Məhəmməd əl-Baqirin 3-cü oğlu İbrahim İsa (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub. 1891-ci ildə Bərdə imamzadə türbəsini tədqiq etmiş akademik Boris Dorn yazır ki, “...Orda həm də qədim İbrahim imamzadəsii vardır ki, haqqında hansısa məlumat saxlanılmamışdır. Lakin, o, ibadət yeri kimi fəaliyyət göstərir. Köhnə binanın təmiri, onun sahibinə 3000 gümüş rubla başa gəlmişdir.” Ə. Salamzadə yazır ki, əvvəlcə bu tikili ehtimal ki, ancaq türbə olmuşdur.
Cabir İmanov
Cabir İmanov (tam adı:İmanov Cabir Qorxmaz oğlu; 22 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983—1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997—1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999—2018-ci illərdə DİO-da müxtəlif vəzifələrdə işləyib. 1992—2001-ci illərdə “Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN “Əsrin Çempionu” olmuşdur. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur.
Cavid İmamverdiyev
Cavid İmamverdiyev (rejissor) — Azərbaycan rejissoru. Cavid İmamverdiyev (futbolçu) — yarımmüdafiəçi futbolçu.
Cavid İmamverdiyev (futbolçu)
Cavid İmamverdiyev — Futbol üzrə Azərbaycan yığmasının və Kəpəz futbol klububun yarımmüdafiəçisi. == Həyatı == Cavid Əbdürəhman oğlu İmamverdiyev 8 yanvar 1990-cı ildə Şəmkir rayonunda anadan olub.

Digər lüğətlərdə

аллерге́н виндсёрфер иструхля́веть комиссионе́р котловинообра́зный обгороди́ться попо́ртиться промётывать эксте́рн восьму́шка выска́зывание гибри́д жидо́вка пораскида́ть шабай embezzler errant eyrie агглютинативный дифирамб котята розовый салки схватиться тунговый