İMAM

ə. 1) rəhbər, başçı; 2) peyğəmbərlərdən sonra islam dininə rəhbərlik edən din xadimi; 3) kütləvi surətdə namaz qılanların qabağında duran din xadimi. İmami-xuda Allah imamı.

İMALƏ
İMAMƏT
OBASTAN VİKİ
İmam
İmam (ərəb. إمام‎ — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər. Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir. == Şiəlikdə imam == On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir.
İmam-camaat
İmam-camaat (yaxud pişnamaz) — camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxs. İmam-camaat gərək baliğ, aqil, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum (imama iqtida edən) kişidirsə, onun imamı da gərək kişi olsun. İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır. Şiə məzhəbində imam-camaatın on iki imam şiəsi olması da əsas şərtlərdən biridir. == Əlavə şərtlər == Məmun adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər, amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda. Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.
İmam Baqir
İmam Baqir (8 may 677, Mədinə – 26 yanvar 733, Mədinə) — şiə İslamında atası Zeynülabidindən sonra beşinci imam və ondan sonra yerinə oğlu Cəfər Sadiq təyin olundu. Anası Fatimə Ümmü Əbdullah Həsən ibn Əlinin qızı idi və Məhəmməd Baqiri Məhəmmədin hər iki nəvəsi Həsən və Hüseynin nəslindən olan ilk imam etdi. == İstinadlar == == Xarici keçidlər == Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir? (I hissə)" ( (az.)). islamazeri.com. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28. Mehdi Pişvayi. "İmam Baqir (ə) kimdir?
İmam Bağır
İmam Cavad
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə, Bağdad, Abbasilər xilafəti) —
İmam Hadi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
İmam Hüseyn
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
İmam Həsən
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
İmam Kazim
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Əl-Əbva[d], Məkkə bölgəsi[d] – 30 avqust 799, Kazımiyyə) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. == Həyatı == İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib === Həyatı barədə qısa məlumat === O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. === İmam Kazimin həməsri olmuş xəlifələr === Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
İmam Kazım
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Əl-Əbva[d], Məkkə bölgəsi[d] – 30 avqust 799, Kazımiyyə) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. == Həyatı == İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib === Həyatı barədə qısa məlumat === O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. === İmam Kazimin həməsri olmuş xəlifələr === Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
İmam Malik
Mâlik bin Ənəs (Ərəbcə: مالك بن أنس) — Maliki məzhəbinin qurucusu, böyük müctəhid və mühəddis. Tam adı Əbu Abdillah Malik bin Ənəs bin Malik bin Əbî Âmir el-Əsbahi əl-Yəməni Ərəbcə: أبو عبد الله مالك بن أنس بن مالك بن أبي عامر بن عمر الأصبحي اليمني dir. 712 (Hicri 93) ilində Mədinədə doğulmuş, 795 (Hicri 179) ilində eyni yerdə vəfat etmişdir. == Həyatı == Prof. Əbu Zəhranın araşdırmalarına görə Malik ibn Ənəs Hicri 93-cü ildə (miladi 712) Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb əsilli bir ailədə doğulmuşdu. Ona "Mədinə imamı" da deyirdilər. İmam Malikin tam adı Əbu Abdullah Malik ibn Ənəs ibn Əbi Əmir ibn Əmr ibn əl-Xaris ibn Qayman ibn Hüseyl ibn Əmr ibn əl-Həris əl-Əshabidir. Atası Yəmənli Zu Əsbah qəbiləsinə mənsub Ənəs ibn Malik ibn Əbi Əmir əl-Əsbahdır. Anası isə Yəmənin ərəb qəbilələrindən əl-Əzdi qəbiləsinə mənsub olub adı Aliyə binti Şureyk əl-Əzdiyyədir. İmam Malikin babası Malik Yəmən valisi tərəfindən zülmə məruz qaldığına görə Mədinəyə köç edərək burada Qureyş qəbiləsinə mənsub Bəni Teym ibn Murra qəbiləsi ilə qohum olmuşdu.
İmam Mehdi
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam. == Həyatı == Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir. ==== Xüsusi naiblər ==== Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).
İmam Mustafayev
İmam Daşdəmir oğlu Mustafayev (12 (25) fevral 1910, Qax, Zaqatala dairəsi – 10 mart 1997, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, 1954–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, biologiya elmləri doktoru (1964), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1950). == Həyatı == İmam Mustafayev 25 fevral 1910-cu ildə hazırkı Qax rayonunun Qax-Muğal kəndində, kasıb kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1932–1934-cü illərdə həmin institutda Genetika, seleksiya və toxumçuluq kafedrasında aspirant olmuşdur. İmam Mustafayev 1938-ci ildə Moskva KT Akademiyasında dissertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə namizədlik, 1964-cü ildə Leninqrad ÜRBİ (VİR)-də "Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. 1950-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmşidir. 1934–1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-cı ildə Ümumittifaq Kommunist (b) Partiyası üzvlüyünə qəbul olunmuşdur. 1950–1952-ci illərdə Azərbaycan EA Elmi katibi, "Azərbaycan EA Məruzələri" və "Azərbaycan sosialist kənd təsərüfatı" jurnallarının redaktoru olmuşdur. Habelə "Azərbaycan EA Xəbərləri" jurnalının redaksiya heyətinin üzvü, Bakı şəhəri və Azərbaycan üzrə deputatı vəzifələrini icra etmişdir.
İmam Nağı
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
İmam Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
İmam Nəvəvi
Nəvəvi (ərəb. یحیی بن شرف النووی‎; oktyabr 1233, Nəva[d], Dəra mühafəzəsi – 22 dekabr 1278, Nəva[d], Dəra mühafəzəsi) — 13-cü ərsdə yaşamış müsəlman hədis və fiqh alimi. O heç vaxt ailə həyatı qurmamışdır. == Həyatı == İmam Nəvəvi – rahmətullahi aleyhi – özündən başlayaraq geriyə doğru nəsəbi belədir: Yəhyə b. Şərəf b. Murri Həsən b. Hüseyin b. Nizam ən-Nəvəvidir. Kunyəsi Əbu Zəkəriyyə Muhyiddindir. Nəvəvi Şamın şərq tərəfində Havran qəsəbəsində Nəva adlanan yerdə hicrətin 631-ci ili, Məhərrəm ayında dünyaya gəlmişdi.
İmam Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
İmam Riza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın doğulduğu il babası İmam Sadiqin şəhid olduğu ilə təsadüf edir. == İmamın Şəxsiyyəti == Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. == Həyatı == Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə imamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam üçün bir oğul dünyaya gətirir.
İmam Rza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın doğulduğu il babası İmam Sadiqin şəhid olduğu ilə təsadüf edir. == İmamın Şəxsiyyəti == Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. == Həyatı == Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə imamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam üçün bir oğul dünyaya gətirir.
İmam Rəbbani
İmam Rəbbani — əsl adı Əhməd Faruki Sərhəndidir. === Həyatı === 1564-cü ildə Hindistanda doğulmuşdur. Ata tərəfindən Ömərin soyuna dayandığı üçün Əl-Faruki ləqəbi ilə tanınır. Əhli Sünnə təsəvvüfünün (təriqət əhli olmaq, qəlbini Allah sevgisinə bağlamaq) böyük simalarından biridir. Təsəvvüfdə Nəqşibəndi şeyxlərindən Məhəmməd Baqi Billah həzrətlərinə intisab (bir yerə bağlanmaq, bir kimsəyə mənsub olma) etdi. Dövrün Hind-Türk hökmdarı Əkbər şah ilə dinin əsasını pozduğu səbəbiylə bəzi mövzularda zidd düşmüş və 1619-cu ildə Guvalyarda bir qalada həbs edilmişdir. Hər cür azğın axınlara qarşı Əhli Sünnə etiqadını dəstəklədiyi üçün "iki min ilin yeniləyicisi" ünvanına layiq görülmüşdür. === Fəaliyyəti === Dostları və tələbələrinə yazdığı məktubların bir yerə gətirildiyi "Məktubat" İslam təsəvvüfünün ən əhəmiyyətli qaynaqlarından biridir. İmam Rəbbaninin bəzi sözləri belədir: "İnsanın əvvəlcə etiqadını düzəltməsi lazımdır. Bu düzəltmə də, Qurani Kərimə, Məhəmməd Peyğəmbərin sözlərinə, hərəkətlərinə, əmrlərinə və camaatın fikirlərinə uyğun olaraq edilməlidir.
İmam Sadiq
Cəfər Sadiq (ərəb. أَبُوعَبْدِاللَّهِ جَعْفَرُ بْنُ مُحَمَّدٍ الصَّادِقُ‎; 20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqirin məzarı kənarındadır. == Həyatı == Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. == İmamın Elmi Mübahisələri == Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə səcdə etməyi əmr etdi?" İmam Sadiq buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi".
İmam Sahibəzzaman
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam. == Həyatı == Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir. ==== Xüsusi naiblər ==== Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).
İmam Səccad
Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.
İmam Səfi
İmam Səfi (fars. امام صفی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 30 ailədə 81 nəfəri kişilər və 113 nəfəri qadınlar olmaqla cəmi 194 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
İmam Tağı
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə, Bağdad, Abbasilər xilafəti) —
Gəncə İmamzadə türbəsi
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Hiroci İmamura
Hiroci İmamura (d. 27 aprel 1949) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hüseyn İmamzadəsi (Qəzvin)
Hüseyn İmamzadəsi — Qəzvində yerləşən və VIII şiə imamı Rzanın oğlu İmamzadə Hüseynin məzarı üzərində Səfəvi hökmdarı I Təhmasibin XVI əsrin ortalarında tikdirdiyi məsciddir. Məscid, türbə və ya məzar kompleksi tikildiyi zamandan ziyarət yeri kimi fəaliyyət göstərmişdir. == Tarixi == Məscidin və ya türbənin adı VIII imam Rzanın oğlunun adından götürülmüşdür. O, 821-ci ildə atası Xorasana keçərkən Qəzvində ikən vəfat etmiş və burada dəfn edilmişdir. Vəfat edən zaman o, iki yaşında olmuşdur. Burada həmçinin Səfəvi sülaləsindən olan şəxslər də dəfn edilmişdir. I Təhmasibin paytaxtlarından biri də bu şəhərdə yerləşirdi və buradakı məscid də onun tərəfindən tikilmişdir. Daha sonra onun qızı olan Zeynəb Bəyim 1630-cu ildə buranı daha da genişləndirmiş və təmir etdirmişdir. Bu, məscidin üzərində yerləşən kirəmitdə də qeyd edilmişdir. == Memarlığı == Türbə öz divarlı bağçası, bitki cərgələri, kiçik eyvanları, taxçaları, qəbir daşları və qiymətli mavi və krem rəngli kafel bəzəkləri ilə bahalı materiallarla hazırlanmış saray kompleksini xatırladır.
Həmid Quliyev İmamqulu oğlu
Həmid İmamqulu oğlu Quliyev (12/12/1928 - 04/26/2007) — Azərbaycan SSR əməkdar meşəşünası (1981), Oktyabr inqilabı ordeni sahibi (1971). == Həyatı == Həmid İmamqulu oğlu Quliyev 12 dekabr 1928-ci ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur. Atasını erkən itirib: İmamqulu Quliyev 1943-cü ildə II Dünya Müharibəsində həlak olmusdur. Orta məktəbi bitirdikdən sonra Bakı Meşə Təsərrüfatı Texnikumuna daxil olmusdur. 1950-ci ildə texnikumda təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə Təsərrüfati fakültəsinə imtahansız qəbul edilir. 1955-ci ildə institutu bitirdikdən sonra Kürdəmir, Ağstafa və Tovuz rayonlarında meşə mühəndisliyindən tutmuş direktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1960-cı ildən 1993-cü ildə təqaüdə çıxana qədər Tovuz meşə təsərrufatı direktoru vəzifəsində çalışmışdır. Savadlı bir mütəxəssis olaraq, işinin ilk günlərindən etibarən qabaqcıl elmi və texniki nailiyyətlərini tətbiq edir və rəhbərlik etdiyi idarəyə nümunəvi ad verilir. SSRİ Meşəçilik Nazirliyinin kollegiyasının qərarı ilə Tovuz meşə təsərrüfatının təcrübəsini bütün Sovet İttifaqı ərazisində genişləndirmək tövsiyə edilir. Görülmüş işlərə görə H.Quliyev Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Moskvada dissertasiyanı uğurla müdafiə edir.
Həmzə imamzadəsi
Seyid Həmzə türbəsi — Təbriz şəhərində müqəddəs məkan və memarlıq abidəsi. == Tarixi == Təbrizin müqəddəs sayılan yerlərindən biri də Seyid Həmzə türbəsidir. Seyid Həmzə İmam Museyi Kazımın nəslindəndir. Tarixi mənbələrdə qeyd olunur ki, Seyid Həmzə Sultan Mahmud Qazan xan zamanı böyük məqam sahibi — şahın vəziri idi. Casuslar Seyid Həmzəni şaha çuğulladıqlarından şah onun ölümünə fitva vermişdi. Deyilənlərə görə, hələ qədim zamanlardan kim bura pənah gətirsəymiş, onun günahı bağışlanarmış. Seyid Həmzənin qəbrinin üzərində Həzrət Əli tərəfindən yazıldığı söylənilən, nəfis tərtibatlı bir Quran da qoyulub. Türbənin giriş qapısında Quranın bu ayəsi yazılıb: "Varid olurlar sələmətli və əmin bir yerə". Onun yanında isə Məhəmməd peyğəmbərin "Ey qapıları açan Allah" sözləri yazılıb. Türbənin yanında bir sıra görkəmli şəxsiyyətlərin də qəbirləri var.
Həsənabad-i İmam
Həsənabad-i İmam (fars. حسن‌آباد امام‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 542 nəfər yaşayır (161 ailə).
Kavus Seyid İmami
Kavus Seyid İmami (1953, Tehran – 2018) — İranlı-Kanadalı universitet professoru, İran-İraq müharibəsi veteranı və görkəmli ətraf mühit fəalı. O, 2018-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən casusluq ittihamı ilə həbs edilmiş və həmin ilin fevral ayının 8-də, Tehranın Evin həbsxanasında naməlum şəraitdə ölmüşdü. İnsan haqları fəalları və Kanada hökuməti alimə qarşı sürülmüş ittihamı rədd edirdilər.
Kərbəlayı İmamyar Şəqaqi
Kərbəlayı İmamyar Şəqaqi Şatıranlı — Azərbaycan şairlərindəndir ki 1185-ci Hicri-şəmsi ilində Xalxal böhgəsinin Ute oliya (Mustafalu) kəndində anadan olub, yüz il ömür edib və 1285-ci Hicri-şəmsi ilində vəfat edib və Xanqahe Sadat kəndində İmamzadə Seyid Daniyalın mərqədinin cəvarında dəfn olub.
Mahir İmamquliyev
Naxçıvan İmamzadə türbəsi
Naxçıvan İmamzadə türbəsi — Naxçıvan şəhərin cənub-şərq hissəsində, qədim Yezidabad qalasının qərb tərəfində yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsidir. Şəhərin digər vacib abidəsi olan Nuh türbəsinin yaxınlığında yerləşən Naxçıvan imamzadəsi bir-biri ilə yanaşı yerləşən üç türbə binasından ibarətdir. Binaların üçü də Səfəvi memarlığının və yerli Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə birləşdirir. == Tarixi == Türbə daxilindəki məzarın üzərində onun kimə məxsus olması haqqında məlumat yoxdur. Yerli əhalinin bildirdiyinə görə bu, səkkizinci şiə imamı Rzanın oğlunun qəbridir. Bu fikri rus alimi V. M. Sısoyev də qeyd etmişdir. O, həmçinin burada olan böyük qəbirin üzərində yazısı olan sarı mərmər daşdan sinə daşı və qəbrin yanında əhali tərəfindən müqəddəs sayılan iki ədəd qara daşın olduğunu da yazmışdır. Təəssüf ki, həmin kitabə günümüzədək gəlib çatmamışdır. İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir. Qəbrin səkkizinci imamın oğluna aid olması fikrinin doğru olmasına gəldikdə isə onun xalq arasında imamzadə adlandırılması bu fikri deməyə əsas verir.
Nazim İmamverdiyev
Nazim İmamverdiyev — geologiya-mineralogiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Ümumi və tarixi geologiya kafedrasının müdiri. == Həyatı == Nazim Əjdər oğlu İmamverdiyev 1959-cu il fevralın 17-də Tovuz rayonunun Dondar kəndində anadan olmuşdur. Tovuz rayonunun Sarıtala orta məktəbini 1975-ci ildə əla qiymətlərlə bitirən Nazim İmamverdiyev 1975-ci ildə o vaxtlar Heydər Əliyev tərəfindən Rusiyanın başqa şəhərlərinə oxumağa göndərilən yüzlərlə tələbənin biri olmuşdur. 1980-ci ildə Moskva Dövlət Universitetinin Geologiya fakultəsini "Geokimya" ixtisası üzrə müvəffəqiyyətlə bitirən Nazim İmamverdiyev təyinatla Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1980-1989-cu illərdə bu institutda o mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. AMEA Geologiya İnstitutunun gənc alimlər və mütəxəssislər şurasının sədri olmuşdur. == Elm və fəaliyyəti == Nazim İmamverdiyev birinci dəfə olaraq respublikada ən cavan yaşlı vulkanitlərin geokimyasını və petrologiyasını öyrənmiş və 1989-cu ilin əvvəlində "Kəlbəcər törəmə çökəkliyinin gecorogen vulkanizminin petrologiyası və geokimyası" mövzusunda namizədlik dissertasiyasını müvəffiqiyyətlə müdafiə etmişdir. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə edən Nazim İmamverdiyevi Bakı Dövlət Universitetinə işə dəvət edilmişdir. N.İmamverdiyev 1989-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1994-cü ildə baş elmi işçi, 1995-1997-ci illərdə Geologiya fakültəsində baş müəllim, 1997-ci ildən 2004-cü ilə kimi dosent, 2004-cü ildən hal-hazıra kimi professor, 2022-ci ildən Ümumi və tarixi geologiya kafedrasının müdiridir Nazim Əjdər oğlu İmamverdiyev 2002-ci il dekabrın 30-da AMEA-nın Geologiya İnstitutunun ixtisaslaşdırılmış şurasında «Kiçik Qafqazın gec kaynozoy vulkanitlərinin petrologiyası və geokimyası» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Nehrəm İmamzadə türbəsi
İmamzadə türbəsi — Babək rayonunun Nehrəm qəsəbəsində XVIII əsrə aid memarlıq abidəsi. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm İmamzadəsi türbəsi məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur.
Nicat İmamverdiyev
On iki imam
On iki imam (ərəb. الأئمة الاثنا عشر‎) – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər. On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Məhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər. == İmamət inancı == İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir. Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır. On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var.
On iki imam şiəliyi
On iki imam şiəliyi və ya İsna əşəriyyə (ərəb. اثنا عشرية‎) — İslam dinində, Şiəlikdə əqidə. On iki imam şiəliyi əqidəli məzhəblər Ələvilik, On iki imam şiəliyi, İmamilik və ya Cəfərilik, Nüseyrilər, Qələndərilik, Nemətullahiyyə, Qızılbaşlar, Bəktaşilik kimi məzhəblər daxildir. On iki imam şiəliyinin tərəfdarları 12 imamı Əli ibn Əbu Talibin soyundan kimi qəbul edir və İmam Mehdinin Allahın əmri ilə qeybə çəkilərək gələcəkdə zühur edəcəyinə inanırlar.
On iki imam şiəliyi (məzhəb)
Cəfərilik (ərəb. الجعفريون‎) və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. == Tarixi == Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir.
On iki imam şiəliyi (əqidə)
On iki imam şiəliyi və ya İsna əşəriyyə (ərəb. اثنا عشرية‎) — İslam dinində, Şiəlikdə əqidə. On iki imam şiəliyi əqidəli məzhəblər Ələvilik, On iki imam şiəliyi, İmamilik və ya Cəfərilik, Nüseyrilər, Qələndərilik, Nemətullahiyyə, Qızılbaşlar, Bəktaşilik kimi məzhəblər daxildir. On iki imam şiəliyinin tərəfdarları 12 imamı Əli ibn Əbu Talibin soyundan kimi qəbul edir və İmam Mehdinin Allahın əmri ilə qeybə çəkilərək gələcəkdə zühur edəcəyinə inanırlar.
Osmancıqlı İmamzadə Xəlil Paşa
Osmancıqlı İmamzadə Xəlil Paşa - Osmanlı Dövləti sədrəzəmlərindəndir. 18 dekabr 1406 tarixindən 1413-ci ilə qədər Fetrət Dövrü dönəmində I. Mehmedə vəzir-i əzəmlik etmiş Osmanlı dövlət adamıdır. == Həyatı == Atası Heydər Paşadır. Doğum yeri Çorum'un bugünkü rayonu olan Osmancıqdır. 1402-ci ildə Ankara müharibəsində İldırım Bəyazidin, Teymuri ordularına məğlub olmasından sonra başlayan Fetrət Dövründə Osmanlıların yenidən bir araya gəlməsində Osmancıqlı Xəlil Paşanın, Çələbi Mehmedin Osmanlı gücünü yenidən toplamasında çox qiymətli yardımları olmuşdur. Bunun müqabilində Xəlil Paşa, əvvəl Anadolu Bəylərbəyi edilmiş daha sonra 18 dekabr 1406 Çələbi Mehmedin sədrəzəmliyinə yüksəldilmişdir. 1413-ci ilə qədər ona sədrəzəmlik etmişdir. Xəlil Paşanın oğlu Osmancıqlı (Amasyalı) Qoca Mehmed Nizamüddin Paşa 1429-1438 dönəmində II. Muradın sədrəzəmi olmuşdur.
Parçı imamzadəsi
Parçı imamzadəsi — Şərur rayonunun Parçı kəndində (hazırda Xanlıqlar kəndinə birləşdirilmişdir), orta əsrlərə aid ziyarətgah. Bu imamzadə keçən əsrin əvvəllərində Xanlıqlar kəndi ilə birləşdirilən Parçı kəndində yerləşir. Elə kəndin adı ilə "Parçı imamzadəsi" adlanır. Yerli əhali tərəfindən böyük hörmətlə ziyarət edilən dini abidə kəndin şimal hissəsində yerləşir. Günbəzi böyük olan bu imamzadənin mərkəzi salonunda bir qəbir vardır. Son dövrlərdə aparılan təmir işləri zamanı qəbrin üstü götürül­müş, başdaşı və sinədaşı qoyulmuşdur. Lakin üzərində heç bir kitabə yoxdur. 1925-1928-ci illərdə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Parçı kəndindəki bu abidə də qeydə alınmışdır. Belə ki, 1928-ci ilə aid 40 nömrəli protokolda göstərilmişdir ki, Xanlıqlar kəndinə bitişik Parçı kəndində üstündə böyük günbəzi və geniş həyəti olan bir pir vardır ki, camaat onu "Şahzadə İbrahim ibn Musa" ziyarətgahı adlandırır. Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd Rasizadə bu haqda nəşr etdirdiyi məqaləsində göstərmişdir ki, qəbrin kitabəsində "İbrahim ibn Musa" yazıl­mışdır.
Qabil İmamverdiyev
Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı – 4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). == Həyatı == Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.
Qəmər İmamverdiyeva
Qəmər İmamverdiyeva (1922, Gəncə – 2011, Gəncə) - "Qəhrəman Ana" fəxri adı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalıilə təltif edilmişdir. == Həyatı == Qəmər İmamverdiyeva 1922 ci ildə Gəncə Şəhərində anadan olmuşdur. Atası Məhəmməd kişi Təbrizdən olduğu üçün 1930 cu illərdə atası və iki bacısı İrana, Təbrizə departasya olumuşlar. Qəmər İmamverdiyeva və anası Fatma, bacısı Humay və balaca olan qardaşı Qəzənfər Gəncədə qalmalı olmuşlar. 1936 cı ildə Əli İmamverdiyevlə evlənmişdir. 2011 ci ildə Gəncədə vəfat etmişdir.
Rəhim İmamov
Sevilay İmamoğlu
Sevilay İmamoğlu (7 oktyabr 1984, Lüləburqaz, Kırklareli ili) — Türkiyəni təmsil edən həndbolçu. Sevilay İmamoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Sevilay İmamoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Sudeif İmamverdiyev
Sudeif Bəşir oğlu İmamverdiyev (2 iyul 1938, Astara) — Türk Ağsaqqalları Birliyi sədri AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005) == Həyatı == Sudeif İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-nı ildə N. Nərimanov adına ATI-nin müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olmuş və ona görə mükafatlandırılmışdır. 1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvləricin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-cü ildə isə (36 yaşında) Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1975-ci ilin yanvarından tibb elmləri doktoru S. İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması ücün çalışır. 1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-nı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.
Sudeyf İmamverdiyev
Sudeif Bəşir oğlu İmamverdiyev (2 iyul 1938, Astara) — Türk Ağsaqqalları Birliyi sədri AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005) == Həyatı == Sudeif İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-nı ildə N. Nərimanov adına ATI-nin müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olmuş və ona görə mükafatlandırılmışdır. 1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvləricin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-cü ildə isə (36 yaşında) Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1975-ci ilin yanvarından tibb elmləri doktoru S. İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması ücün çalışır. 1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-nı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.

Digər lüğətlərdə