İMAMƏDDİN

dinin imamı, dinin başçısı.
İMAMƏ
İMAMƏLİ
OBASTAN VİKİ
İmaməddin Abdullazadə
İmaməddin Əsgər oğlu Abdullazadə (4 avqust 1996; Beyləqan rayonu, Azərbaycan — 5 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmaməddin Abdullazadə 1996-cı il avqustun 4-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. == Hərbi xidməti == İmaməddin Abdullazadə 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan İmaməddin Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və qəhrəmanlıqlar göstərib döyüşlər zamanı düşmənin 150-dən çox canlı qüvvəsini və bir neçə zirehli texnikasını məhv edib. İmaməddin Abdullazadə noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Abdullazadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməddin Abdullazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməddin Abdullazadə ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İmaməddin Abdullazadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
İmaməddin Hümbətov
İmaməddin Muxtar oğlu Hümbətov (5 sentyabr 1998; Payız, Babək rayonu, Azərbaycan — 20 oktyabr 2020; Azıx, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == İmaməddin Hümbətov 5 sentyabr 1998-ci ildə Babək rayonunun Payız kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İmaməddin Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə kəşfiyyatçı-tuşlayıcı olaraq fərqlənmişdir. İmaməddin Hümbətov 20 oktyabr 2020-ci ildə içində Azıx mağarasının da yerləşdiyi Xocavənd rayonunun Azıx kəndində əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş İmaməddin Hümbətov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
İmaməddin Həsənov
İmaməddin Həsənov — rejissor, aktyor. == Həyatı == İmaməddin Həsənov 1980-ci oktyabr ayının 15-də Quba şəhərində dünyaya gəlib. Orta təhsilini Qubada alıb. 1996-cı ildən Kimya-biologiya liseyində oxuyub. 1998-ci ildə liseyi bitirib, ADMİU-nun "rejissorluq" fakültəsinə daxil olub. Sənət müəllimləri Fikrət Məlikov və Cənnət Səlimova olublar. 1999-2006-cı illərdə Bakı Kamera Teatrında aktyor, rejissor, 2006-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinini həmtəsisçisi və rejissoru, 2007-2008-ci illərdə Space TV-də rejissor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasının rejissorudur. 2006-cı ildə "2005-2006-cı illərin ən yaxşı gənc aktyoru" mukafatı ilə təltif olunub. Türkiyə, Rusiya, İran və digər Avropa və Asiya ölkələrində Beynəlxalq Teatr Festivallarında çıxış edib, mükafatlar qazanıb.
İmaməddin Yusifov
İmaməddin Niyaməddin oğlu Yusifov (20 iyul 2002; Mıxlıqovaq, Qəbələ rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == İmaməddin Yusifov 20 iyul 2002-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində Niyaməddin Yusifovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə F. Həmidov adına Qəbələ rayon Mıxlıqovaq kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == İmaməddin Yusifov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan İmaməddin Yusifov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməddin Yusifov 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.
İmaməddin Zəkiyev
İmaməddin Zəkiyev — filologiya üzrə elmlər doktoru, "Qızıl qələm" mükafatının laureatı. == Həyatı == İmaməddin Zəkiyev 1939-cu ildə Qubanın Qonaqkənd bölgəsinin Cimi kəndində anadan olub, 7-ci sinifə qədər bu kənddə uşaq evində təhsil almışdır. Orta təhsilini Qonaqkənd qəsəbə məktəbi nəzdindəki internatda başa vurmuş, Bakı Dövlət Universitetində ali təhsil almışdır. O, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Nizamı adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. İmaməddin Zəkiyev uzun illər Azərbaycan kitab mədəniyyətini, ümumən milli mədəniyyətimizi məhəbbətlə tədris etmiş nüfuzlu bir pedaqoqdur. O, 1964-cü ildən bugünədək, taleyini Bakı Mədəni-Maarif Texnikumu ilə bağlayıb. İmaməddin Zəkiyev istedadlı yazıçı və şairdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatının laureatıdır. Hələ VII–X siniflərdə oxuduğu illərdə oçerk və feleytonlar yazan İ. Zəkiyev 60–70-ci illərdə o zamankı ALKGİ-nın sərəncamı ilə yaradılan və AYB-nin nəzdində fəaliyyət göstərən "Gənc qələmlər" ədəbi birliyinin sədr müavini kimi ədəbi aləmin fəal üzvlərindən olmuşdur. O, 80-ci illərdə isə Mədəniyyət Nazirliyinin yaratdığı Kitabsevərlər Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
İmaməddin Əliyev
Əliyev İmaməddin Əlağa oğlu — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmaməddin Əliyev Ağdaş,Pirəzə kəndində anadan olmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi İmaməddin Əliyev 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə "Azərbaycan Respublikasının Fəxri fərmanı" ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
İmaməddin Əmiraslanov
İmaməddin Əmiraslanov (20 yanvar 1948) — Azərbaycanın görkəmli alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri (2016). == Həyatı == 1948-ci ildə Qubada anadan olmuşdur. == Elmi əsərləri == 1. Mamedov Kh.S., Amiraslanov I.R., Musayev F.N., Movsumov E.M. The synthesis and x-ray analysis complexes of Ni(II), Ca(II), Cu(II), Zn(II), with benzoic and monothibenzoic acids. Dokl. AN Azerb. Republic., 1977, V.32, N.4, p.31. 2. Musayev F.N., Movsumov E.M., Mamedov Kh.S., Amiraslanov I.R. The crystal and molecular structure of bis-pyridine-bis (monothiobenzoate) Nickel (II). Zh.

Digər lüğətlərdə

безро́дная глода́ть гра́нка дреговичи́ нали́пнуть невзго́да пришпо́ривание проо́хать реэкспорти́роваться семивёрстный тепли́чка педали́ровать телерадиотрансля́тор фотофо́бия anigh hunger-bitten oil-silk peach-stone spawn tequila unworkable wipe up пригодность уличение цезий