İMAR

abadlıq, abadanlıq
abadanlıq, abadlıq
İMAN
İMDAT
OBASTAN VİKİ
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən yeni "İmarət" stadionunun təməli qoyulub. Stadionun tikintisinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı.
13-cü rayon: Kərpic imarətlər
Kərpic imarətlər (ing. Brick Mansions) — 2014-cü ildə Kanadada ingilis dilində çəkilmiş filmdir. Filmin aktyor heyətinə Pol Volker, David Belle və RZA daxildir. Filmin rejissoru Camille Delamarre, ssenari müəllifləri isə Luc Besson, Robert Mark Kamen və Bibi Naceri olmuşdur. Film 2004-cü ildə çəkilmiş Banlieue 13 filminin remeykidir. Daha əvvəl Banlieue 13 filmində rol alan David Belle də bu filmdə rol almışdır. Kərpic imarətlər Paul Walkerin (ö. 30 noyabr 2013) ölümündən əvvəl çəkilmiş son filmidir. Film Pol Uolkerin ölümündən 5 ay sonra ekranlara çıxmışdır. == Süjet xətti == 2018-ci ildə Detroitdə kərpicdən tikilmiş evlər nəzarətdən çıxan cinayətkarlarla dolu bir yerə çevrilmişdir.
Pənah xanın imarəti
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Qafqaz İmarəti
Qafqaz Əmirliyi (çeçencə Имарат Кавказ, rus. Кавказский Эмират) — 31 oktyabr 2007-ci ildə indiki Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarında və Stavropol vilayətində hazırda özünü bütün Qafqazın əmiri elan etmiş Dokka Ömər Əbu Osman tərəfindən mövcudluğu bəyan olunmuş, de-fakto mövcud olmayan və heç bir dövlət və ya təşkilat tərəfindən tanınmayan xəyali İslam dövləti. Qafqaz Əmirliyinə daxil olan ərazilərin adı dəyişdirilmiş və Rusiyanın Qafqazı işğal etmədən öncə olan adlar qeri qaytarılmışdır. Qafqaz Əmirliyinin bayrağı qara rəngdə olub, ortasında ərəb dilində "Kəlmeyi-Tövhid" yazılmışdır. Transkripsiyası: "Lə İlahə İlləllah". Mənası: "Allahdan başqa ilah yoxdur". Bayrağın məhz bu rəngdə olmasının səbəbi İslamın ilkin vaxtlarında Cihad bayrağının rənginin qara olmasıdır.[mənbə göstərin] Noxçi Ço (Çeçenistan (İçkeriya)) Qalqay Ço (İnquşetiya və Şimali Osetiya (İriston)) Noqay Düzənliyi (Stavropol diyarı) Çərkəz Birləşdirilmiş Kabardin-Balkar-Qaraçay Dağıstan Çeçenistan Respublikası "Noxçi Ço" vilayəti adlandırılmışdır, çünki yerli əhali tarix boyu özünü noxçi milləti adlandırmışdir. Noxçi Ço vilayətinin paytaxtı hesab etdikləri Qroznı şəhərinin adı "Cövhərqala"ya dəyişdirilmişdir. Bu I Çeçenistan müharibəsində çeçenlərin millli müqavimət hərəkatının rəhbəri Cövhər Dudayevin şərəfinə edilmişdir. Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın adı dəyişdirlmiş və Şamilqala adlandırılmışdır.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.
İmarət
İmarət stadionu — Ağdam şəhərində yerləşən stadion. İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. İmarət qəbiristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. İmarət Tayfa İmarət (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. İmarət (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
İmarət (Germi)
İmarət (fars. عمارت‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (49 ailə).
İmarət (Xudafərin)
İmarət (fars. عمارت‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (37 ailə).
İmarət Araşdırma Mərkəzi
İmarət Araşdırma Mərkəzi (ing. Research Centre Imarat; RCI) — Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına bağlı laboratoriya. Telanqana ştatının Heydərabad şəhərində yerləşir. Laboratoriya Hindistan Silahlı Qüvvələri üçün raket sistemlərinin, idarə olunan silahların və qabaqcıl avionikaların tədqiqi və inkişafı üzrə məsuliyyət daşıyır. 1988-ci ildə Abdul Kalam tərəfindən təsis edilmişdir. Şri U Raca Babu hazırda "RCI" laboratoriyasının direktorudur. İmarət Araşdırma Mərkəzi raketlər üçün avionika və naviqasiya sistemlərinin hazırlanmasında dünya lideri hesab edilir.
İmarət Qərvənd
İmarət Qərvənd (bir müddət işlənilən adı: Kərəmli) — Azərbaycan Respublikasının Ağdərə rayonununda kənd, İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi. Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. 1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərimli. Bundan sonra, Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə) rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi, o yaşayış məntəqələrinin arasında İmarət Qərvəndin, Kərimlinin və ya Kərəmlinin adı qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünmüş, yaşayış məntəqələri də qeyd olunan rayonların tərkibinə verilmişdi - bu yaşayış məntəqələri arasında Kərimli və ya Kərəmli adında yaşayış məntəqəsinin adı keçmir, amma İmarət Qərvənd kəndinin adı keçir, bu Qərara əsasən İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun tərkibində verilmişdi. Bundan sonra İmarət Qərvənd kəndi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında bir müddət Kərəmli adlanırdı. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu il Ağdərə rayonu yenidən yaradıldı. Bu Qanunla bir sıra yaşayış məntəqələri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi, və o yaşayış məntəqələrinin sırasında Kərəmli və ya Kərimli adında yaşayış məntəqəsinin adı qeyd olunmur, amma İmrarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd kəndi qeyd olunur - bu Qanunla İmarət Qərvənd kənd inzibati ərazi dairəsi İmarət Qərvənd kəndi ilə Kəlbəcər rayonunun tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi.
İmarət Qərvənd qəbristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı "Məhsul" olub. "İmarət" tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. "İmarət" təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub. "İmarət tayfa" azad azarkeş qrupu 2009-cu ildə yarandı. "Qarabağ"ın tribunasında onsuz da, azarkeşlər vardı.
İmarət qəbiristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
İmarət stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
İmarətli-i Ülya (Meşkinşəhr)
İmarətli-i Ülya (fars. عمارتلوي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (10 ailə).
İmarətxana
İmarət və ya İmarətxana — Osmanlı İmperiyası dövründə yoxsullara kömək etmək üçün yaradılmış xeyriyyə təşkilatlarıdır. Başlanğıcda, imarətxanalarda; ətraf ərazilərdən şəhərə gələn, səyyahlara, kasıblara və imkansızlara ərzaq, tibbi və geyim köməyi edilirdi. Daha sonra imarətxanalar yalnız yemək verilən yerlərə çevrilmişdirlər. İmarətin xərcləri imarəti yaradan şəxs tərəfindən yaradılmış fondun gəlirləri ilə qarşılanırdı. Bəyliklər dövründə imarətləri fondlara təhvil vermə üsulu Osmanlı dövründə də davam etmişdir. Osmanlı imperiyasının ilk imarəti 1331-ci ildə fəth edildikdən bir neçə il sonra İznikdə yaradılmışdır. Demək olar ki, hər sosial kompleksdə bir imarətxana mövcud idi. Ümumiyyətlə düzbucaqlı plan üzərində qurulmuş imarətxanalarda, ortada üstü açıq bir həyət, həyətin ətrafında; Mətbəx, soba, yemək otaqları və müdirlərin otaqları yerləşirdi. İmarəti meydana gətirən hissələr yerli ehtiyaclara görə azaldılır və ya çoxaldılırdı. Misal üçün; II Bəyazidin İstanbulda tikdirdiyi imarətxanada ən çox məscid və mətbəx hissələrin diqqət verilirdi və xəstəxanası yox idi.
Eski İmaret məscidi
Pantepoptes Monastrı Kilsəsi və ya Köhnə İmarət Məscidi (yun: Μονή του Χριστού Παντεπόπτη Rom:Mori tou Hristou Pantepopti), İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. 1081 ilə 1087 arasında inşa edildiyi təxmin edilir. Kilsə Komnenos sülaləsinin qurucusu I Alexios tərəfindən inşa edilmişdir. Fateh Sultan Məhəmməd dövründə mədrəsə olaraq istifadə edilən Zeyrek Məscidinin İmarətxana olaraq istifadə edilmişdir. Fatih mədrəsələri tikiləndən sonra məscid oldu.
İmarət (saray kompleksi)
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.

Digər lüğətlərdə