İMARƏT
İMDADSIZ
OBASTAN VİKİ
İmdad Tağıyev
İmdad Tağıyev (tam adı: İmdad Rövşən oğlu Tağıyev; 25 aprel 2002; Göygöl, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmdad Tağıyev 2002-ci il aprelin 25-də Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub. 2008-2019-cu illərdə Mollacəlilli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İmdad Tağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan İmdad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmdad Tağıyev oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Göygöl rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmdad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İmdad Əlizadə
İmdad Əli oğlu Əlizadə (1980, Oğuldərə, Laçın rayonu) — Azərbaycan yazıçısı, jurnalisti. == Həyatı == İmdad Əli oğlu Əlizadə 1980-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistratura pillələrində təhsil alıb. == Fəaliyyəti == 2004-2005-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mediada çalışır. "İntibah", "Persona", "Həftə içi" qəzetlərində, "525-ci qəzet" və "Trend" İnformasiya Agentliyində işləyib. 2009-cu ildən "Media forum" saytının əməkdaşıdır. Parlament Jurnalistləri Birliyi 2013-cü ilin ən yaxşı media quruluşları və jurnalistlərini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticəsinə görə “Media forum” saytının əməkdaşı İmdad Əlizadə “İlin internet jurnalisti” adını alıb. == Mükafatları == "Tərəqqi" medalı == İstinadlar == == Mənbə == "Laçın yurdu" jurnalı,№2(2),2011,Bakı,"Nurlar",2011.
İnam İmdad oğlu Kərimov
İnam İmdad oğlu Kərimov (6 iyun 1977, Bakı) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və hakimi (2023-cü ildən), Məhkəmə-Hüquq Şurasının sədri (24.06.2023—h.h.), A. R. sabiq kənd təsərrüfatı naziri (2018–2023), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədri (2012–2018) == Həyatı == 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir. === Ailəsi === Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin qardaşıdır.

Digər lüğətlərdə

декабри́стский мировоззре́нчески многокилометро́вый переде́рживаться побужда́ть рыску́н съёмный в обязательном поря́дке мохноно́гий привари́ться рекру́тство ругну́ться то́карь усма́тривать э́хо bench-lathe delusion flock-bed meal miniature Sally Lunn uneconomic аэронавт зонд священнический