İMLA

is. [ ər. ]
1. Hər bir ədəbi dil üçün qəbul edilmiş vahid və düzgün yazı sistemi; orfoqrafiya.
□ İmla qaydaları – hər hansı bir dildə düzgün yazma qayda və üsulları. İmla dərsi. İmla xatası.
– Möhtərəm ədibimiz ingilislərin imlasının adını qoyur “əcib”, amma bizim imlaya heç olmasa “bir az əcib” də demək istəmir. C.Məmmədquluzadə.

2. Şagirdlərə orfoqrafiya vərdişlərini və savadlı yazmağı öyrətmək məqsədi ilə onlara deyib yazdırma işi.
□ İmla demək – deyib yazdırmaq, diktə etmək.
Müəllim imla deyir, uşaqlar da qələmlərini mürəkkəbə batırıb başlarını yana əyərək yazırdılar. M.Arif.

Синонимы

  • İMLA 1. İMLA (söyləyib başqasına yazdırma), DİKTAT, DİKTƏ 2. imla bax orfoqrafiya
İMKANSIZLIQ
İMMANÉNT
OBASTAN VİKİ
İmla yoxlayıcısı
İmla yoxlayıcısı (ing. spell checker, rus. cистема проверки правописания) — verilmiş mətndə orfoqraya, punktuasiya, eləcə də üslub xətalrının olub-olmamasını yoxlayan kompüter proqramı. Aşkarlanmış xətalar xüsusi qaydada qeyd olunur – adətən, bunun üçün altcizgidən istifadə olunur. Bəzi hallarda istifadəçiyə mümkün səhv göstərilməklə yanaşı, bir neçə düzgün yazılış variantı da təklif olunur. İmla yoxlayıcısı hər hansı proqrama, məsələn, mətn redaktoruna, elektron lüğətə, yaxud axtarış sisteminə ayrıca funksiya kimi daxil edilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 801 s.
Eucalyptus imlayensis
Eucalyptus imlayensis (lat. Eucalyptus imlayensis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Значение слова в других словарях

...ро́б авторефера́т администри́ровать вздёрнуть выле́пливание зензу́бель отдохнове́нно почтальо́нша препаску́дно стено́зный куда это годи́тся! сверже́ние ска́лка палый смустить depth-gauge electrochemical Hindu pedigree sound absorption squiffy towering unspeakable сверить уплести