İmpakt faktor
İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. 1960-cı illərdən başlayaraq o hər il 1992-ci ildə Thomson korporasiyasi tərəfindən alınmış və hazırda Thomson Scientific adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır və “Journal Citation Report” jurnalında dərc olunur. İF-yə görə jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyəti qiymətləndirilir, tədqiqatçılara maliyyə yardımı verilir və əməkdaşlar işə götürülür, impakt-faktor elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsinə böyük, lakin birmənalı olmayan təsir göstərir.
== Hesablama metodikası ==
İmpakt faktorun hesablanması 3 illik dövrə əsaslanır. Məsələn, jurnalın 2014-cü ildəki i2014 impakt factoru aşağıdakı kimi hesablanmışdır:
İ2014=A/B, burada A- Elmi İnformasiya İnstitutu tərəfindən 2014-cü il ərzində izlənilən jurnallarda 2012-2013-cü illərdə olan istinadların sayı, B-2012-2013-cü illərdə bu jurnalda dərc olunmuş məqalələrin sayıdır. Hesablamada bir sıra nüanslar (incəliklər) vardır. Elmi İnformasiya İnstitutu müəyyən tip məqalələri (xəbər, məktub, səhvlərin düzəliş siyahısı və s.) öz hesablamalarında nəzərə almış və bəzən yeni jurnallar üçün impakt faktor yalnız iki illik dövrə əsasən hesablanır.
== Üstünlüklər və qüsurlar ==
Jurnalın İF-si tədqiqat sahəsindən və onun tipindən asılıdır: ildən ilə o əhəmiyyətli dərəcədə dəyişə bilər, məs., jurnalın adı dəyişdikdə çox aşagı hədəfə enə bilər və s. Bununla belə bu gün İF yaxın elm sahəsində elmi tədqiqatın səviyyəsini müqayisə etmək üçün ən mühüm göstəricilərdən (kriteriyalardan) biridir. Məsələn, elmi tədqiqatın investoru öz investisiyasının perspektivini qiymətləndirmək üçün tədqiqatçıların nəticələrini müqayisə etmək istəyə bilər.