İNAM
İNANDAR
OBASTAN VİKİ
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. == Həyatı == 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu.Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı. 1943-cü ildə professor Rodenvaltın yanında "Kunstgeschichtliche Untersuchung der Opferhandlung auf römischen Münzen" adlı doktorluq tezisi ilə doktorluğu tamamlayaraq Türkiyəyə döndü.
Selçuk İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. == Həyatı == Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
Səlcuq İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. == Həyatı == Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
Sev və inan (kitab)
Sev və inan — Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətlərinin yer aldığı, ümumilikdə 3-cü kitabı. Bundan əvvəl yazıçının psixoloji-fəlsəfi elmi-xronika olan “Aydınlanma səyahəti” kitabı və “Qurbağa öpüşü” adlı hekayələr toplusu işıq üzü görüb. Kitab 2020-ci ildə "Hədəf Nəşrləri" və "XAN" nəşriyyatının elan etdiyi yay oxu marafonunun oxunacaq kitablar siyahısında yer alıb. == Məzmun == Kitabda Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətləri yer alıb. “Sev və inan!” sevgisizliyi yaradan səbəblərə qalib gəlməyi, insanda aktiv qüvvə olan sevgini düzgün istiqamətləndirməyi və bunu həyatın bütün sahələrinə tətbiq etməyi aşılayan kitabdır. Müəllifə görə, bugünkü cəmiyyətimizdə, xüsusilə gənclərin özünəinam və cəsarət mövzularında dəstəyə ehtiyac olduğunu müşahidə etməmək mümkün deyil. Bunun səbəbi ölkəmizdə psixoloji maarifləndirmə işinin zəif olması ilə əlaqəlidir. Ceylan Mumoğlu "sevgi" və "inam" kimi əhəmiyyətli psixoloji ehkamları “xoşbəxtlik” və “uğur” hədəfinə çatmaq üçün əsas vasitə hesab edir. Kitabın bir qismi də beyin və onunla əlaqəli məsələlərə, mütaliə vərdişinin yaradılmasına həsr olunub. == Satış == "Kitabevim.az" kitab mağazaları şəbəkəsində Hədəf Nəşrləri və “XAN” nəşriyyatının 2019-cu ilin may ayı ərzində ən çox satılan 15 yerli müəllifin kitablarının siyahısında 12-ci olub.
Səhərə inan... (film, 2010)
== Məzmun == == Film haqqında == Filmdə Cəfər Cabbarlının "Aydın" tamaşasından istifadə edilib.
Səhərə inan... (film, 2011)
== Məzmun == == Film haqqında == Filmdə Cəfər Cabbarlının "Aydın" tamaşasından istifadə edilib.
İnan ocağı
İnan ocağı —Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində ziyarətgah. == Haqqında == Vaxtilə ətrafında möhrədən tikilmiş ev olub. Rəvayətə görə burada bir qoca kişi və qadın yaşayırmış. Yuxuda onlara deyiblər ki, bu yerin sahibi var, buradan çıxın. O vaxtdan qocalar evi tərk edib və həmin ev ziyarətgaha çevrilib. Onun mərkəzi hissəsində böyük bir qara daş var. Hazırda pirin binası bərpa edilməkdədir.
Əbdülqadir İnan
Fəthəlqadir Mustafa oğlu Süleymanov (başq. Фәтхелҡадир Мостафа улы Сөләймәнов); mühacirətdə — Əbdülqadir İnan (başq. Абдулҡадир Инан); 29 oktyabr 1889, Şiqay kəndi, Yuxarı Ural qəzası, Ufa quberniyası (müasir Sarı Küldək kəndi, Kunaşak rayonu, Çelyabinsk vilayəti) Rusiya imperiyası — 26 iyul 1976, İstanbul, Türkiyə) — yazıçı, filoloq, etnoqraf, publisist, içtimai-siyasi xadim, şərqşünas. == Həyatı == Fəthəlqadir Süleymanov 29 oktyabr 1889-cü ildə Başqırdıstanın Şığay-Harı Külmək kəndinndə (indiki Çelyabinsk vilayətinin Kunaşak rayonunun Şikayevo kəndi) doğulmuşdur. Bioqrafik kitablarda, ensiklopediyalarda adı Əbdülqadir İnan kimi qeyd edilir. O bu adı Türkiyədə almışdır. Kəndindəki üsul-u cədid (yeni üsul) məktəbində yazıb-oxumağı, rus dillini, Troitskdə "Rəsuliyyə" mədrəsəsində oxuyarkən ərəb, fars, türk dillərini mükəmməl öyrənmişdir. 1914-cü ildə Ali Müəllimlər Məktəbini bitirmiş və 1915-ci ildə "Ümumrusiya Müsəlmanlarının Məhkəmə-i Şəriyəsi" qarşısında imtihan vərərək müdərris (müəllim, din alimi, professor) ünvanını və diplomunu almışdır. Tanınmış başqırd maarifçisi Əbdürrəhman Rəsuli şagirdi, gənc Fəthəlqadirə 1910-cu ildən Rusiyadaki türk xalqlarının dastanlarını, etnoqrafyasını, adət-ənənlərini, dinlərini incələməyi tapşırır. Araşdırçamı başqırdların ən aktual probleminə həsr etdiyi ilk elmi-publisistik məqaləsini də 1908-ci ildə Orenburqda çıxan "Vakıt" qəzetində çap etdirir.
İnan Cençu yabqu
İnan Cençu yabqu (öncəki titulu İl Pi Tardu şad 頡苾達度設; v. 659, Şuanxe[d], Sincan-Uyğur Muxtar Rayonu) — Yükük şadın yeganə oğlu idi. == Hakimiyyəti == 653-659-cu illərdə Künduz şəhərini idarə etmişdir. 655-ci ildə Çin tərəfindən rəsmən xaqan kimi təsdiq almaq istəsə də Xallıq İşbara Yabqunun səfiri ölkəyə buraxmaması sayəsində məqsədinə çatmamışdır. 659-cu ildə Aşina Mişe tərəfindən Ebinur gölü sahillərində öldürülmüşdür.
Əli ibn İnan
Ələddin Əbu əl-Həsən Əli ibn İnan ibn Muğamis ibn Rumeysə ibn Əbu Numey əl-Həsani (ərəb. ثة بن أبي نمي الحسني‎) — 1423-cü ildən 1425-ci ilə qədər Məkkə əmiri olmuşdur. == İstinadlar == == Mənbə == Ibn Fahd, ‘Izz al-Dīn ‘Abd al-‘Azīz ibn ‘Umar ibn Muḥammad. Shaltūt, Fahīm Muḥammad (redaktor). Ghāyat al-marām bi-akhbār salṭanat al-Balad al-Ḥarām غاية المرام بأخبار سلطنة البلد الحرام (Arabic). 2 (1st). Makkah: Jāmi‘at Umm al-Qurá, Markaz al-Baḥth al-‘Ilmī wa-Iḥyā’ al-Turāth al-Islāmī, Kullīyat al-Sharīʻah wa-al-Dirāsāt al-Islāmīyah. 1988 [Composed before 1518].
Atatürkün dini inancı
Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dini inancı ilə bağlı bir mübahisə var. Dini inancı, onun ifadələri ilə prezidentlik dövründəki ictimai və siyasi tətbiqləri əsas alınaraq fərqli formalarda şərh olunmaqdadır. Bəzi araşdırmaçılar onun dinə bağlı ifadələrinin dövri olduğunu vurğulamaqda və bu mövzu ilə əlaqəli müsbət görüşlərinin 1920-ci illərin başları ilə məhdud olduğunu bildirirlər.Bəzi türk mənbələri iddia edir ki, o dindar bir müsəlman idi. Bununla birlikdə, digər mənbələrə görə Atatürkün özü ümumiyyətlə din əleyhdarı və anti-islamçı olan bir aqnostik, yəni doktrinyor olmayan deist və ya ateist idi. Mənbələr, Atatürkün dini skeptik və azadfikirli olduğunu ortaya qoyur. 1933-cü ildə ABŞ səfiri Çarlz H. Şerill onunla görüşdü. Müsahibədə Atatürk ümumiyyətlə aqnostik olduğuna dair qəbul edilmiş inancı rədd etdi, ancaq dininin yalnız kainatın ixtiraçısı və hakimi tək Allaha inanmaq olduğunu söylədi. O, həmçinin hesab edir ki, bəşəriyyətin belə bir Allaha inanması lazımdır. Bundan əlavə, dua ilə Allaha səslənməyin insanlıq üçün yaxşı olduğunu söylədi. Atatürkün fikrincə, türk xalqı İslamın nə olduğunu bilmir və Quran oxumaz.
Azərbaycan təqvim inancları
Azərbaycan təqvim inancları (az.-əbcəd آزربایجان تقویم اینانجلاری‎) — Azərbaycan mədəniyyətində müxtəlif vaxtların (kosmik dövrlər, illər, aylar və s.) adlandırılması ilə bağlı yayılmış inanclar. Tarixən Azərbaycan mədəni mühitində on iki heyvanlı türk təqvimi və Cəlali təqvimi istifadə edilmişdir. Bölgədə on iki heyvanlı təqvim monqol dövründən, Cəlali təqvimi isə ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səfəvilər dövründə on iki heyvanlı təqvim rəsmi təqvim kimi istifadə edilmişdir. Bu dövrdə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçid ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi. On iki heyvanlı təqvim İranda 1925-ci ilə, Qacarların süqutuna qədər istifadədə qalmışdır. Azərbaycan xalq təqviminin formalaşması təbiətə münasibətdən (məs. Boz ay), səma cisimlərinin hərəkətindən (məs. Quyruqdoğdu), təsərrüfat ənənələrindən (məs. Qoçqarışan) qaynaqlanmışdır.
Cövdət İnancalp
Cövdət İnancalp (Müəllim Cövdət) (1883–1935) — Türkiyə tarixçisi. == Həyatı == Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının bir az bərisində, Nişava çayı kənarında bulunan bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçidir. M.Cövdət ailəsinin 1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq Məktəbində oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın (qızıl) təqaüd verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə" məktəbində edib (yeri gəlmişkən, bir çox Azərbaycan müəllimləri də burada təhsil alıb). Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı həmin məktəbdə türkcə və ərəbcə dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə təyin edilmişdir.
Kadir İnanır
Qadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, Yeşilçam kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. == Həyatı == Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Kazım İnanc
Kazım İnanc (türk. Kâzım İnanç; 1880, Diyarbəkir – 21 sentyabr 1938, Ankara) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Hakkı bəyin oğlu idi. 17 yanvar 1900-cu ildə Hərbi Məktəbi bitirdi. 6 dekabr 1902-ci ildə Hərbi Akademiyadan məzun oldu. == Hərbi fəaliyyəti == 20 mart 1911-ci ildə hərbi təlim keçmək üçün Almaniyaya göndərildi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. 27 iyun 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün Ankaraya gəldi. Türkiyə Böyük Millət Məclisinin nəznində Qərb Cəbhəsi Komandirliyində təhlükəsizlik, ictimai asayiş və işə götürmə fəaliyyətlərini həyata keçirmək üçün təyin edildi. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə təltif edildi.
Koreyalıların batil inancları
Miconia inanis
Miconia inanis (lat. Miconia inanis) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Moskva göz yaşlarına inanmır (film, 1979)
Moskva göz yaşlarına inanmır (rus. Москва слезам не верит) — rejissor Vladimir Menşovun 1979-cu ildə çəkdiyi sovet bədii filmi. 1980-ci ildə SSRİ-dəki kino izləmə üzrə lider (təxminən 90 milyon tamaşaçı). Premyerası 1979-cu ilin sonlarında Moskva "Zvezdniy" kinoteatrında baş tutdu. 11 fevral 1980-ci ildə film ilk dəfə televiziyada nümayiş olundu. 1981-ci ildə "Ən yaxşı xarici dil filmi"" nominasiyası üzrə Oskar mükafatına və SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Onlar Allaha inanırdılar (50 Nobel mükafatçısı)
Onlar Allaha inanırdılar (ing. 50 Nobel Laureates and Other Great Scientists Who Believe in God; Onlar Allaha inanırdılar : 50 Nobel mükafatı laureatı və digər dahi alimlərin etirafları) — Tixomir Dimitrovun dünya şöhrətli alim və yazıçıların Allah haqda sənədlərlə sübut olunmuş fikirlərinin daxil edildiyi kitab. Bu kitab on bir illik tədqiqatların nəticəsidir. == Məzmun == “Onlar Allaha inanırdılar” kitabına dünya şöhrətli alim və yazıçıların Allah haqda sənədlərlə sübut olunmuş fikirləri daxil edilib. Bu kitab on bir illik tədqiqatların nəticəsidir. Müəllif bu kitabı tərtib etmək üçün yüzlərlə kitab, məqalə və məktubları tədqiq etmiş, əsasən də, Bolqarıstan Milli Kitabxanasının (Sofiya), Milan İctimai Kitabxanasının (Milan) və Avstriya Milli Kitabxanasının (Vyana) arxivlərindən istifadə etmişdir. Hazırda həyatda olan bir çox Nobel mükafatı laureatları ilə yazışmış və onların Allah haqqında fikirlərini öyrənmişdir. == Nəşr == Kitab 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 224 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == Teizm Nobel mükafatı Nobel mükafatı laureatlarının siyahısı == Xarici keçidlər == "Onlar Allaha İnanırdılar" ( (az.)). qedimqala.az.
Pərilərə inanmayın (film, 1979)
== Məzmun == Burada komik tərzdə qəhrəmanın yuxusunda başına gələn əyləncəli hadisədən danışılır. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı fantastik hekayəsinin motivləri əsasında çəkilmişdir.
Pərilərə İnanmayın (1979)
== Məzmun == Burada komik tərzdə qəhrəmanın yuxusunda başına gələn əyləncəli hadisədən danışılır. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı fantastik hekayəsinin motivləri əsasında çəkilmişdir.
Qadir İnanır
Qadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, Yeşilçam kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. == Həyatı == Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. == Süjet == Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Qayıdacağına inanırdı (film, 1968)
== Məzmun == Film xalqımızın igid oğlu, cəsur döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr olunmuşdur. Kinolent bizi əvvəlcə qəhrəmanın doğulduğu, boya-başa çatdığı Cəbrayıl rayonu ilə tanış edir. Anasının söhbətlərini dinləyirik. Sonrakı kadrlar bizi qəhrəmanın döyüş yolları ilə aparıb onun həlak olduğu Polşa torpağına gətirib çıxarır.
Qayıdacağına İnanırdı (1968)
== Məzmun == Film xalqımızın igid oğlu, cəsur döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr olunmuşdur. Kinolent bizi əvvəlcə qəhrəmanın doğulduğu, boya-başa çatdığı Cəbrayıl rayonu ilə tanış edir. Anasının söhbətlərini dinləyirik. Sonrakı kadrlar bizi qəhrəmanın döyüş yolları ilə aparıb onun həlak olduğu Polşa torpağına gətirib çıxarır.
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. == Həyatı == Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
Revaz İnanişvili
Revaz İnanişvili (gürc. რევაზ ინანიშვილი; 20 dekabr 1926 – 26 dekabr 1991, Tbilisi) – gürcü yazıçı. == Həyatı == Revaz İnanişvili 1926-cı ilin 20 dekabr tarixində Saqareco bələdiyyəsinin Xaşmi kəndində anadan olmuşdur. Beş il həmin kəndin məktəbində təhsil almışdır. 1937-ci ildə ailəsi ilə birlikdə Tbilisiyə köçmüşdür. Orada orta məktəbi bitirdikdən sonra 1943-35-ci illərdə 31-ci fabrikada işləmişdir. Sonraki illər yarımçıq qoyduğu Aviasiya texnikomunda təhsil alırdı. 1947-ci ildə Tbilisi Dövlət Universitetinin filologiya fakültetinə daxil olmuşdur. 1949-cu ildə universiteti buraxmış və Samqori kanalının tikintisində işləməyə başlamışdır. 1951-ci ildə yenidən universitetə qayıtmış və 1956-cı ildə yarımçıq qoyduğu filologiya fakültetini bitirmişdir.
Sənə inanıram
"Sənə inanıram" - Varis Yolçiyev tərəfindən yazılmış roman. == Məzmun == Sanə inamram yazıçı Varisin (Varis Musa oğlu Yolçiyevin) oxucularla üçüncü görüşüdür. Onun böyük oxucu auditoriyası toplamış Sonuncu ölən ümidlərdir və Bir ovuc torpaq romanları kimi bu romanının da mövzusu, əsasən, real həyatımızdan götürülmüşdür. Sevgi və xəyanət, insanın cəmiyyətdə öz yerini tapa bilməməsi, xoşbəxtlik axtarışları son dərəcə dramatik və gözlənilməz süjet xətti ilə birlikdə axıradək oxucunu gərginlik içində saxlayaraq, maraqlı bir romanın yaranmasını təmin etmişdir. Əminik ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabı da bəyənəcəksiniz. == İstinadlar == "KitabYurdu.org".

Значение слова в других словарях

обве́сить остропле́чий отро́сточек приспоса́бливать реце́пт тата́рник этнопсихо́лог безграни́чный дико́винка карбо́ловый обго́н парова́рка проимпериалисти́чески сиде́ньице эксгума́ция attorney digenous fête champêtre forest management impartible leftist refulgence thrifty грязевой копунья