İNAQ

is. tib. Uşaqlarda qırtlağın iltihabı. İnaq olmaq.
□ İnaq(ını) vurmaq – keçmişdə xalq arasında: inaq olmuş uşağın başını yüngülcə çərtmək.
İNADLILIQ
İNAQLI
OBASTAN VİKİ
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
Əli inaq
Tarixi mənbələrdə Sultan Şahruxun 1435-ci ilin sonunda Qarabağda qışlaması zamanı onun yanına gələn və sonra, 20 noyabr tarixdə vətənlərinə geri dönən ətraf yerlərin hakımlərinin adları sadalanarkən, ilk dəfə olaraq Əli inaqın da adı çəkilir; qeyd olunur ki, həmin tarixdə "Nüsrət əd-din Xəlilullah Şirvana və Əli inaq Şəkiyə və Əmir Bəyazid Bistam Muğana və İspaxbad isə Tavalaşa qayıtdılar". Tarixi mənbələrdə Əli inaqın da adı çəkilən 2-ci tarixi hadisə isə elə 1-ci hadisənin ardınca baş vermişdir. Belə ki Həsən bəy Rumlunun yazdığına görə "Şirvanşah Xəlilullah Şirvana gedən kimi (Sultan Şahruxa) xəbər çatdı ki (Şirvanşahın) qardaşları Keyqubad və Fərruxzad və Əbu İshəq və Haşım, Şəki hakimi Əmir Əli inaq ilə birlikdə bu iddiadadırlar ki, Şirvanşah Xəlilullahı Şirvandan çıxarsınlar. Ona görə o həzrət (Sultan Şahrux) Əmir Bayazid Xətlani və Əmir Çaqmaq Şami və Əmir Əli Bərəndəqi'ni çoxlu qoşunla Şirvan padşahına köməyə göndərdi. Xəlilullahın qardaşları Qarasu qalasında möhkəmləndilər və (Sultan Şahruxa məxsus) əsgərlər qalanın ətrafını dövrəyə aldılar. Onlar ( yəni qaladakılar) öz qardaşları Fərruxzadı bayıra göndərib xahiş etdilər ki, əmirlər (yəni (Sultan Şahruxun göndərdiyi əsgərlər) qaladan kənara çəkilsinlər ki bayıra çıxaq və sülh edək. Ona görə əmirlər oradan uzaqlaşdılar və Əmir Əli inaq beş min atlı ilə gəlib onlarla (qaladakılarla) birləşdi və əmirlər də yenə qayıtdılar əvvəlki yerlərinə – onların qarşısında durdular. Və Əmir Əli inaq xəbər göndərdi ki, Şeyx İbrahim məmləkəti öz sağlığında oğlanlarına vermişdi və Əmir Xəlil onları qovub. Əgər məmləkəti qardaşlarına geri qaytararsa aralarında sülh və dostluq olacaq, və əgər əksini edərsə o an müharibə başlamalıdır. Əmirlər xəbəri ...
Ceyms Medisonun birinci inaqurasiyası
Ceyms Medisonun birinci inaqurasiyası — ABŞ-nin dördüncü prezidentinin şənbə günü, 4 mart 1809-cu ildə Vaşinqton şəhərində Kapitolidə Nümayəndələr Palatasının zalında keçirilmiş inaqurasiya mərasimi. İnaqurasiya mərasimi Ceyms Medisonun prezident vəzifəsinin ilk dörd illik müddətinin və Corc Klintonun ikinci dəfə vitse-prezident vəzifəsinə gəlməyinin qeyd edilməsi ilə yadda qalmışdır. Prezidentin andiçmə mərasimi ABŞ Ali Məhkəməsinin Sədri Con Marşallın iştirakı ilə baş tutmuşdur. Prezident 100% ABŞ istehsalı yun kostyum geymişdi. İlk rəsmi inaqurasiya balı məhz bu mərasim zamanı Lonqz Otelində keçirilib. Balın bilet qiymətləri 4 dollar (indiki məzənnə ilə 65 dollar) təşkil edirdi. Klinton vəzifəyə gəldikdən 3 il 47 gün sonra vəfat edir və onun postu boş qalır. 1967-ci ildə ABŞ Konstitusiyasına iyirmi beşinci düzəliş ratifikasiya edilənədək vitse-prezidentin boş qalan səlahiyyət müddətinin yeni vitse-prezident tərəfindən icra edilməsi ilə bağlı konstitusion müddəa mövcud deyildi. == Mərasim == Medison martın 4-də Vaşinqton və Corctaun süvari dəstələrinin onu müşayiət etməsi ilə at belində Kapitoliyə gedir. Cefferson hökumətinin üzvləri ilə Nümayəndələr Palatasının zalına daxil olur.
İnaqua
İnaqua (ing. Inagua) — Baham adalarının cənubunda rayon. Böyük İnaqua və Kiçik İnaqua adalarından ibarətdir. == Etimologiyası == Adalara ilk məskunlaşan avropalılar onlara "eneaqua" adını vermişdir. Bu ifadə ispan dilində "su olmalıdır" deməkdir. Adaların adının mənşəyi ilə bağlı başqa bir fərziyyəyə görə, bu, adada çox sayda tapılan iquanaların adınını anaqramıdır. == İnzibati bölgü == İnaqua Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Metyu-Taun qəsəbəsidir . Rayonun sahəsi 1671 km2, əhalisi 911 nəfərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Клинджел Д. Остров в океане.
İnaqurasiya
İnaqurasiya (lat. inauguro — "həsr edirəm") — andiçmə mərasimi. Bu mərasimin əsası, hökmdarların tac qoyma mərasimlərindən götürülmüşdür. == ABŞ == ABŞ Konstitusiyasının 1-ci maddəsinin 2-ci bəndinə əsasən, yeni seçilmiş hər bir prezident aşağıdakı mətnə uyğun olaraq and içməlidir: "Mən təntənəli surətdə and içirəm (və ya söz verirəm), Birləşmiş Ştatların prezidentlik vəzifəsini vicdanla yerinə yetirəcəyəm və var gücümlə, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyərək, müdafiə edəcəyəm ". == Azərbaycan == Demokratik yolla seçilmiş ilk prezident Əbülfəz Elçibəyin inaqurasiya mərasimi 17 iyun 1992-ci ildə keçirilmişdir. == İstinadlar == == Xarici keçidlər == president.az. "İlham Əliyevin inaqurasiya mərasimindəki çıxışı". 19.10.2013.

Digər lüğətlərdə

беспо́мощность выкама́ривание вы́палить дососа́ть дублёрша ошлакова́ть переруба́ние посдви́нуть прекраща́ться ша́рпать э́тнос бара́ночка зонти́чные намагни́чивание подмёточка прити́хнуть самохва́льство хря́стать bombed fog-horn pants rosebud shyness Tim wobbly-wheel