İNCƏLTMƏK

f.
1. Daha incə bir hala salmaq.
2. Arıqlatmaq, zəiflətmək, üzmək, incəlməsinə səbəb olmaq.
Az qala ki, sənin həsrətin bizi; İncəldibən üzə, qurban olduğum. M.P.Vaqif.
Ay nazənin, dərdin mənim canımı; Az qalıb incəldə, ay üzə-üzə. Aşıq Ələsgər.
Eşqə düşənləri axırda bu dərd; Əridər, incəldər, natəvan eylər. Aşıq Bəyim.

3. Bir şeyi yonub, rəndələyib incə etmək, naziklətmək, nazikləşdirmək. Taxtanı incəltmək.
İNCƏLTMƏ
İNCƏSƏNƏT

Digər lüğətlərdə