İNCİTMƏK

f.
1. Əziyyət vermək, əzab vermək, işgəncə etmək.
Nəbi özündən sonra Mehdini incidəcəklərini düşünür. Qaçaq Nəbi”.

// Yormaq, əldən salmaq, üzmək.
Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! Koroğlu”.

2. Ağrıtmaq, əziyyət vermək.
[Harun:] İncidir yaralarım, yoxdur ümidim özümə. Ü.Hacıbəyov.
…Ayaqlarım yalın olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdalanmamış bir cığıra düşdüm. A.Divanbəyoğlu.

3. Narahat etmək, narahatlığına səbəb olmaq.
Bundan savayı, Bahadırı incidən o oldu ki, vaxtında gedib Tiflisə çatmayacaqdır. N.Nərimanov.
Hava sakit olduğundan təyyarəmiz süzüb gedir, heç kəsi incitmirdi. M.İbrahimov.
[Körpənin] ağlaması da Gülaranı darıxdırır, incidirdi. Ə.Vəliyev.

4. Küsdürmək, xatirini qırmaq, qəlbinə toxunmaq, narazı salmaq.
Şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz mollanı özümüzdən incitmişik. C.Məmmədquluzadə.
Fəqət səni burada yalnız bir kəlmə ilə incidəcəyəm… H.Nəzərli.
Osa ömrü boyunca incitmədi bir kəsi. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNCİTMƏK 1. İNCİTMƏK [Vahid:] Bilirəm ata, mən sizi çox incitmişəm (M.İbrahimov); BİDAD ELƏMƏK/ETMƏK ..Ağabala danışırdı ki, qolçomaq tayfası kənddə bidad eləy

Antonimlər (əks mənalı sözlər)

  • İNCİTMƏK İNCİTMƏK – BARIŞMAQ Fatma babasının sözündən incimədi (Çəmənzəminli); Barışmaq, böyük və alicənab işdir (M
İNCİTMƏ
İNDEKS

Digər lüğətlərdə

-охонько ввысь знамена́тельно мелиорацио́нный наворо́чить обнови́ться освободи́ть уйти́ дожи́ть каю́та отрече́нные книги переобу́ться разыгра́ть тонкоголо́со achkan alkyl censer Christmastide Italianism iter japan ware mast millimetre подурачиться экипироваться