İNCƏLİK

is.
1. Zəriflik, nəfislik, qəşənglik, gözəllik. Dərinin incəliyi. Naxışın incəliyi.
– Bu sənətdə işlənilən incəlik; Yalnız qadınlara məxsus nemətdir. A.Şaiq.
Səni kim yaratdı böylə alyanaq; Kiçik yarpağında incəliyə bax! N.Rəfibəyli.

// Naziklik. Belin incəliyi. Parçanın incəliyi.
2. Ən xırda təfərrüat, bir şeyin ən spesifik cəhəti və ya cəhətləri (bu mənada çox vaxt cəm şəklində işlənir). Riyaziyyatın incəlikləri.
– Qorki insan qəlbinin incəliklərini böyük həssaslıqla duyub, məharətlə ifadə etməyi bacaran bir sənətkar idi. R.Rza.
Onlar Teymurun xasiyyətindəki bütün incəliklərə bələd olmuşdular. H.Seyidbəyli.

3. Riqqət, şəfqət.
Bir şeylər söyləyir, onun sözündə; Könül bir incəlik duyar axşamlar. Ə.Cavad.
İcazə versəniz danışaram mən; O qız xəyalının incəliyindən. S.Vurğun.

Синонимы

  • İNCƏLİK 1. İNCƏLİK, ZƏRİFLİK [Vidadi:] Sən bu xalçadakı incəliyə, zərifliyə, rövnəqə bax! (S.Vəliyev); LƏTİFLİK Aşıq, lətiflik güftar iləndir; Əndəlibin meyli
  • İNCƏLİK zəriflik — nəfislik — qəşənglik — gözəllik

Антонимы

  • İNCƏLİK İNCƏLİK – KOBUDLUQ Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz (S.Rüstəm); Mən onun hərəkətində bir kobudluq hiss edirəm
İNCƏLƏTMƏK
İNCƏLMƏ

Значение слова в других словарях

брульо́н изволок недопотребле́ние пахи́т перере́зывать полепета́ть прива́р утора́пливать ма́ссовый начерта́тельный око́вочный пе́карский покопти́ть прорезно́й та́ртар black bear Edda gar-pike glossotomy modulator pachinko palace guard strawberry tomato прописываться спрыгивать