indikasiya
indikatris
OBASTAN VİKİ
İndikator
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
Elektron indikator
Elektron indikator — siqnalları əyani əks etdirən cihaz. Daxil olan siqnalın mövcudluğu və/və ya xəta qeyd etmədən onun həcmini göstərə bilir. Məlumatların indikator tərəfindən əks edilməsi uzunmüddətli fiksasiya olmadan həyata keçirilir. İndikatorun siqnalı proses və obyektin vəziyyətini təsvir edir. Elektron indikatorlar insanlara gərginlik, cərəyan, istilik, batareya doldurma və s. kimi müxtəlif parametrlərin səviyyəsi və ya mənası barədə məlumat vermək üçün müxtəlif ev və sənaye avadanlıqlarında quraşdırılır. == Təyinatı == Elektron indikator insana lazımi parametrləri, xüsusən də bir insanın hisslərinin köməyi ilə birbaşa təyin edə bilmədiyi parametrləri tez və aydın qiymətləndirməyə kömək edir. Bu cür qiymətləndirmənin yüksək dəqiqliyi tələb olunursa, çoxrəqəmli rəqəmsal indikatorlar quraşdırılır; dəqiqliyin tələb olunmadığı və yalnız bir siqnalın olub-olmadığını görmək zəruriyyətində tək-tək indikatorlar istifadə olunur. Hər-hansısa cihazın indikatorlara aid edilməsi onların tətbiqi ilə müəyyən edilir. Belə ki, məsələn işıqlandırma üçün istehsal edilmiş adi közərmə lampası xəbərdarlıq sistemləri və ya idarəetmə və nəzarət pultlarında istifadə edildikdə elektron indikator hesab edilə bilər.
İndikator (dəqiqləşdirmə)
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
İndikator (ekologiya)
İndikator (lat. indicator – göstərici) – Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar. İndikator bitkilər müəyyən ekoloji şəraitlə sıx bağlı olub onların mövcudluğu şəraitə keyfiyyətcə qiymət verən göstərici sayılır. İndikator bitkilər ayrı-ayrı növlərlə və ya fitosenozlarla yayıla bilər. Fitosenoz halında olduqda indikatorlar xüsusiyyətini daha dəqiq oynayır. İndikasiya obyekti torpaq ola bilər, o, bu zaman bitki örtüyünə görə təyin olunur. Bəzi ana süxurları, ağır metallar və digər kimyəvi elementlər də indikasiya obyekti ola bilər. İndikator bitkilər ətraf mühitin vəziyyətinə və onun çirklənmə dərəcəsinə nəzarət etmək üçün mühüm rol oynayır. İndikator bitkilərdən faydalı qazıntılar axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki tədqiqatlarda aerofotoşəkillərin deşifrləşdirilməsində indikator bitkilərin və onların qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab olunur.
İndikator (kimya)
İndikator - kimyəvi reaksiyanın sonunu (hidrogen ionlarının qatılığını) asan nəzərəçarpan əlamətdə müəyyənləşdirməyə imkan verən üzvi, yaxud qeyri-üzvi maddə (məs. lakmus, fenolftalein). Titirləmənin son nöqtəsini müəyyən etmək üçün işlədilir. Düzgün seçildikdə reaksiyanın ekvivalent nöqtəsi, titirləmənin sonu ilə üst-üstə düşür. Titirlənən məhlula, adətən az miqdarda indikator əlavə edilir. Əsasən 5 növdür: Turşu-əsas indikator - mühitin hidrogen göstəricisi dəyişdikdə öz rəngini dəyişən maddələr (məs. metiloranj, fenolftalein) və fluoressent indikatoru daxildir. Oksidləşmə-reduksiya indikator - oksidləşmə potensialı müəyyən həddə çatdıqda öz rəngini dəyişən reaktivlər (məs., metilenblau, difenilamin). Kompleksonometrik indikator - metal ionları ilə rəngli kompleks birləşmələr əmələgətirənmaddələr (məs., qara eriodrom, narıncı ksilenol). Bunlara metalloxrom da deyilir.
Yeddi seqmentli indikator
Yeddi seqmentli indikator(seven-segment,семисегментный индикатор,yedi segmentli gösterge)-0-dan 9-dək onluq rəqəmləri göstərə bilən işıq diodu, yaxud maye-kristal indikator. Yeddi seqment dedikdə düzbucaq formalı 8 rəqəmini əmələ gətirən üç üfüqi və dörd şaquli cizgi nəzərdə tutulur. Seqmentlər A-dan G-dək hərflərlə işarə olunur; onluq nöqtəni (decimal point, DP) göstərən səkkizinci seqment kəsr ədədləri əks etdirmək üçün nəzərdə tutulub. Bəzən yeddi seqmentli indikatorda hərflər də göstərilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 771 s.
Bibliometrik indikatorlar
Elmi məhsulların ölçülməsinin əsas bibliometrik indikatoru nəşrlərin sayı, tipi və yayılmasıdır. Tədqiqat istiqamətinin məhsuldarlığı həmin istiqamətdəki nəşrlərin sayı ilə ölçülür. İxtiyari tədqiqat oblastında az sayda yüksək məhsuldarlıqlı alimlərin nəşri, həmin istiqamətdəki bütün nəşrlərin çox böyük hissəsini təşkil edir. İstiqamətin araşdırılması zamanı verilmiş oblastda çap olunan əsərlərin xarakterindən asılı olaraq yalnız uyğun nəşrlər sayılmalıdır. Belə ki, hunanitar elmlərdə bir çox tədqiqatçıların nəticələrini məqalələrdə deyil, kitab şəklində çap etdirməyə çalışırsa, tətbiqi elmlərdə nəşrlərin standart forması elmi-tədqiqat işi hesabatlar və patentlərdir. Kitablar və məqalələrin yükünün eyni olduğu istiqamətlərdə kitablar daha üstün tutulur. İcmal xarakterli məqalələrə də xüsusi nəzarət olunur. Elmi və tibbi istiqamətlərdə, həmçinin ictimai və humanitar elmlərdə nəşrlərin müqayisəsi çox zaman müxtəlif tip nəşrlərə təyin olunan şəkilərə əsasən aparılır, bir kitab müxtəlif istiqamətlərdə 2–6 məqaləyə ekvivalent sayılır. Tədqiqat qruplarının və ya təşkilatların qiymətləndirilməsi zamanı 1 il və ya daha uzun müddətli zaman aralığı əsas göstərilir, adətən 4 illik dövr istifadə olunur. Tədqiqatçı qrupun məhsuldarlığının inkişafının izlənməsi hər il hesablanan indikatorlar əsasında aparılır.
İnformasiya təhlükəsizliyi indikatorları
İnformasiya texnologiyalarında xüsusi hallarda kompüterin təlükəsizliyini qiymətləndirmək, mövcud sistemi və ya müxtəlif İT sistemləri müqayisə etmək üçün ölçü kəmiyyətinə ehtiyac duyulur. Buna texniki yanaşma olaraq əvvəlcədən elan edilmiş təhlükəsizlik kataloquna indikatorları hesablamaq üçün hesablama formulu daxil edilmiş və hər kəs tərəfindən qəbul edilmişdir. İnformasiya təhlükəsizlik indikatorları ETSI Industrial Specification Group (ISG) ISI tərəfindən standartlaşdırılmışdır. Bu idikatorlar İT təhlükəsizliyində keyfiyyət və kəmiyyətin dəyişilməsində əsas ölçüdür. Daxili və xarici təhlükələr, userlərin anormol davranışları, uyğunsuzluqların və zəifliklərin aşkarlanması. İSİ frameworkune aid olan 5 əsas indikatorlar aşağıdakılardır. ISI Indicators (ISI-001–1 və Guide ISI-001–2)- Təhlükəsizkiyi qiymətləndirmək üçün güclü bir şəkildə mühafizə və effektivliyə nəzarət (qiymətləndirmə) ISI Event Model (ISI-002[3]): Hərtərəfli təhlükəsizlik və hadisələrin təsnifat modeli (sistematika+təqdimat). ISI Maturity (ISI-003): Ümumi system imkanları ilə bağlı olub, hadisələrin nəticələrini qiymətləndirir. Bu metodlogiya İSİ-005 tərəfindən tamamlanıb. ISI Guidelines for event detection implementation (ISI-004): Nümunələr vasitəsi ilə Təhlükəsiz hadisələrin istehsalı üçün yol təklif edir və mövcud vasitələrin səmərəliliyini yoxlayır Təhlükəsizlik indikatorları üzərində ilk iş Fransız klubu R2GS tərəfindən edilib.

Значение слова в других словарях