İNFRAQIRMIZI

\[lat. infra və qırmızı\]: infraqırmızı şüalar физ. инфраяру рекӀвер, лучар (спектрдин вилиз аквазвай яру къерехдилай мадни яргъаз чкӀизвай вилериз таквадай пай; лепейрин яргъивал яру рекӀвериндалай гзаф тир вилериз таквар чимивилин рекӀвер).
İNFORMASİYA
İNFRASƏS
OBASTAN VİKİ
İnfraqırmızı port
İnfraqırmızı port (ing. IR port, rus. инфракрасный порт, türk. kızıl ötesi port) – infraqırmızı siqnalların qəbuledici və vericisinin olduğu ardıcıl port. İnfraqırmızı port vasitəsilə kompüterlərin və periferiya qurğularının başqa qurğularla 115000 bit/san sürətlə simsiz rabitəsi həyata keçirilir. Noutbuk kompüterləri, adətən, belə portla təchiz olunur. Bu portdan istifadə etməklə faylları bir kompüterdən başqasına ötürmək, yaxud printerdə çap etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnfraqırmızı spektroskopiya
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cu illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.
İnfraqırmızı şüalanma
İnfraqırmızı((İQ) ~ en. infrared (IR) ~ ru. инфракрасный (ИК) ~ tr.kızıl ötesi) – elektromaqnit spektrinin görününən qırmızı işıqdan azacıq aşağı tezliklərdə elektromaqnit şüalanması. İnfraqırmızı diapazon ənənəvi olaraq dalğa uzunluqlarına görə dörd qismən ixtiyari kateqoriyaya bölünüb: Yaxın infraqırmızı 750 – 1500 nanometr (nm) Orta infraqırmızı 1500 – 6000 nm Uzaq infraqırmızı 6000 – 40000 nm Çox uzaq infraqırmızı 40000 nm – 1 mmİQ-şüalanmaya bəzən yüksək temperatur şüalanması (radiasiyası) da deyirlər ki, bu da əslində tam doğru deyil. İQ-şüalanmanı yüksək temperaturun dəriyə təsiri ilə müqayisə etmək olar və buna görə də o, istilik kimi hiss edilir. Lakin bütün obyektlər İQ-diapazonda öz temperaturlarına mütənasib olaraq şüalanırlar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях

дипломати́ческий догла́дить заме́шиваться запя́стье линоти́пия на преде́ле отеля́ться отлу́пливаться пантова́ть примеча́ния разрисова́ть скула́стый стлать волонтер удод dihexagonal loud-hailer mint tea rerubber thug востро евстахиев паршивый факельщик чувство