ingilis
ingilisləşmək
OBASTAN VİKİ
İngiliscə
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
İngiliscə Vikipediya
İngiliscə Vikipediya (ing. English Wikipedia) — Vikipediyanın ingilis dilində olan bölməsidir. Bu günə qədər 6.726.311 məqalə yaradılıb. 18 yanvar 2012-ci il tarixində sayta giriş ABŞ Konqresində müzakirədə olan yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq 24 saat müddətinə bağlanılmışdır. Bu barədə saytda aşağıdakı məzmunda müraciət yerləşdirilmişdir: "Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipediya veb-saytını bağlayırıq".
Oksford İngiliscə Lüğəti
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Окsford lüğəti, Böyük Окsford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti«Oxford University Press» nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə «Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə).
Drakula (film, 1931, İngiliscə versiya)
"Drakula" (ing. Dracula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Drakula — Internet Movie Database saytında.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
== Ön söz == İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. İngilis dili xəbər və yeniliklərin dünyada geniş yayılmasında da çox mühüm əhəmiyyət kəsb edir. O, indi dünyada sənaye və siyasət sahəsində aparıcı dildir. Buna görə də ingilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var. Məhz bu ehtiyac Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzini və Xəzər Universiteti Nəşriyyatını ingiliscə-azərbaycanca 6 cildlik böyük və əhatəli bir lüğət hazırlamağa sövq etmişdir. == Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət == Bu lüğətə, yəni Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğətə (XİABL) təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələr daxildir. Lüğətin başlıca məqsədi buraya daxil olan bütün baş sözlərin düzgün yazılışını, tələffüzünü və mənalarının dəqiq tərcüməsini verməkdir. Birinci və ikinci cildin tərtibçiləri Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyev dir. 3-6-cı cildlərin tərtibçiləri Hamlet İsaxanlı, Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyevdir. XİABL ilk növbədə ana dili Azərbaycan dili olanlar üçün nəzərdə tutulmuşdur.
Amerika ingiliscəsi
Amerika ingiliscəsi — əsasən ABŞ-də istifadə olunan bir sıra ingilis dilinin dialektləri.Təxminən dünyada ingiliscə anadilləri olan şəxslərin üçdə ikisi Amerika Birləşmiş Ştatlarında yaşayır.
Amerikan ingiliscəsi
Amerika ingiliscəsi — əsasən ABŞ-də istifadə olunan bir sıra ingilis dilinin dialektləri.Təxminən dünyada ingiliscə anadilləri olan şəxslərin üçdə ikisi Amerika Birləşmiş Ştatlarında yaşayır.
Avstraliya ingiliscəsi
Avstraliya ingiliscəsi(AusE, AuE, AusEng, en-AU) İngilis dilinin əsas növüdür və Avstraliya boyunca istifadə olunur.
Britaniya ingiliscəsi
İngilis dilinin Britaniya variantı (və ya BrEn, BrE, BE, en-UK or en-GB) Birləşmiş Krallıqda istifadə olan ingilis dilini başqa yerlədə istifadə edilən formalarından ayırmaq üçün istifadə olunan geniş termin. == İstinadlar == == Mənbə == Peters, Pam (2004). The Cambridge Guide to English Usage. Cambridge: Cambridge University Press.
Kanada ingiliscəsi
Kanada ingiliscəsi (CanE, CE, en-CA) — Kanadada danışılan ingilis dili növü. İngilis dili Kanadalıların təxminən 24 milyonunun ilk dili və ya "ana dili"dir (77%) və 28 milyondan çox şəxs (86%) bu dili mükəmməl bilir. Kvebek xaricində olan Kanadalıların 82% yerli olaraq ingilis dilində danışırlar, lakin Kvebek daxilində bu rəqəm yalnız 7,7%-ə düşüb və əksər sakinlərin ana dili Kvebek fransızcasıdır.
Yeni Zelandiya ingiliscəsi
Yeni Zelandiya ingiliscəsi (NZE, en-NZ) Yeni Zelandiyada danışılan İngilis dili dialektidir.

Значение слова в других словарях

замота́ть избие́ние не ве́лено недолговре́менность оливье́ перетолка́ть приспе́шница про́блесковый характеристи́чный ангидри́т жи́лка марафо́нский бег накаля́кать неве́стин посре́дственно стари́нность су́живать шнурово́й devil's darning-needle disturbing ebullition indigestion Temple-bar гаубичный покружиться