İNGİLİSDİLLİ

прил. англоязычный. İngilisdilli ölkələr англоязычные страны
İNGİLİSCƏ
İNGİLİSLƏŞDİRMƏ
OBASTAN VİKİ
İngilisdilli ölkələr
İngilis dilində danışanlar həm də Anqlofons kimi adlanır və əhalinin əksəriyyətinin İngilis dilində danışdığı ölkələrə Anqlosfera deyilir. 2000-ci illərə olan məlumata görə, iki milyarddan çox insan İngilis dilində danışır, bununlada İngilis dili danışanların sayına görə ən böyük dil, ana dili kimi danışanların sayına görə isə üçüncü ən böyük dildir. ABŞ və Hindistan müvafiq olaraq 283 milyon və 125 milyon ilə ən çox İngilis dilində danışan ölkələrdir. Həmçinin Pakistanda 108 milyon, Nigeriyada 79 milyon, Filippində 64 milyon ingiliscə danışan insanlar var. İngilis dilini ikinci dil kimi danışanlarda daxil olmaqla, Anqlofonların sayı təxminən 470 milyondan 2 milyarda qədər dəyişir. Devid Kristal hesab edir ki, 2003-cü ildə ikinci dil kimi danışanların sayı 3:1 nisbətində ana dili danışanlardan çoxdur. 2012-ci ilə qədər Hindistan dünyanın ikinci ən böyük İngilis dilli əhalisinə sahib olduğunu iddia etdi: ən etibarlı hesablama onun əhalisinin təxminən 10%-dir (125 milyon nəfər), bu rəqəmin 2022-ci ilə qədər dörd dəfə artacağı gözlənilir. Birinci və ya ikinci dil kimi danışanları da nəzərə alsaq ümumilikdə İngilis dili dünyada ən çox danışılan dildir. Birləşmiş Krallığın ölkələri olan İngiltərə və Şotlandiya Ovaları, İngilis dilinin doğulduğu yerdir və dilin müasir forması 17-ci əsrdən başlayaraq, ilk olaraq Birləşmiş Krallığın dünya miqyasında təsiri ilə dünyada yayılmağa başlamışdır. Bu daha sonradan Amerika Birləşmiş Ştatlarınin təsiri ilə davam etmişdir.

Digər lüğətlərdə

духи прострига́ть репети́ция стеново́й благоустро́енно закури́ться свилева́тый удержа́ние уду́мать хитроу́мно щи́пка гипс birdy rube sky-jumping undue жаться индифферентность искажать нервация обить раскаляться расставлять уныние ядохимикаты