İNLƏTMƏK
İNSAF
OBASTAN VİKİ
Cins
Cins (insan)
Heim ins Reich
"Heim ins Reich" (Almanca tələffüz: [ˈhaɪm ʔɪns ˈʁaɪç] ( dinlə); alman dilindən – "Reyx bizim evimizdir", "Reyxin evi") — 1938-ci ildə Almaniya füreri Adolf Hitler tərəfindən elan edilmiş, alman xalqını toplamaq və Nasist Almaniyasından kənarda yaşayan bütün folksdoyçenin milli kimliyini gücləndirmək üçün nəzərdə tutulmuş siyasi doktrina və tədbirlər sistemi. Bu ictimai-siyasi şərait bir daha alman məsələsini həll etməyə, Nasist Almaniyasına xas olan xarici və daxili siyasətin ideoloji rəhbərlərinə və yeni metodlarına əsaslanaraq pangermanizmi gücləndirməyə yönəlmişdi. "Heim ins Reich" siyasətinin hədəfində olan əsas əhali qrupları avstriyalılar və folksdoyçe, Polşanın bir sıra qərb vilayətləri (Sileziya), Sudetland və Versal sülh müqaviləsi nəticəsində Almaniyadan götürülən ərazilər idi. Proqramın məqsədi alman diasporunun üzvlərini Almaniyaya geri qayıtmaq, alman xalqına reinteqrasiya etmək idi. "Heim ins Reich" siyasətinin həyata keçirilməsini 1941-ci ildə SS departamentlərindən birinə çevrilən Folksdoyçe Mittelştelle şöbəsi həyata keçirmişdir. == İstinadlar == == Ədəbiyyat == Lars Bosse: Volksdeutsche Umsiedler im „Reichgau Wartheland“, Magisterarbeit Christian-Albrechts-Universität, Kiel 1992. Günther Pallaver, Leopold Steurer (Hrsg.): Deutsche! Hitler verkauft Euch! Das Erbe von Option und Weltkrieg in Südtirol, Bozen 2011.
Düyü (cins)
Euchalcia (cins)
Galeodes (cins)
Galeodes — Bövlər dəstəsinə, Galeodidae fəsiləsinə aid cins. Cinsə ümumilikdə 175 növ daxildir.
Geogarypus (cins)
Geogarypus — Yalançıəqrəblər dəstəsinə, Geogarypidae fəsiləsinə aid cins
Hadena (cins)
Hepard (cins)
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Isochlora (cins)
Jenşen (cins)
Korduleqastralar (cins)
Korduleqastralar (lat. Cordulegaster) — İynəcələr dəstəsinə aid növ.
Mintay (cins)
Mintay (lat. Theragra) — Treskakimilər (Gadidae) fəsiləsinə aid balıq cinsi. Cinsə iki növ daxildir: Atlantik mintayı (Theragra finnmarchica) əsasən Barens dənizində və Mintay isə Sakit okeanın Yapon dənizi və Kaliforniya sahillərində yayılmışdır Mintaylar ortala 55 sm uzunluğa və 1,5 kq çəkiyə malik olurlar. Bədənləri olduqca uzundur. Qısa bığlara sahibdirlər. Bu cinsə daxil olan növlərdə bir qayda olaraq üç bel üzgəci olur. Mintaylar əsasən okeanların səthində sularında yaşayırlar. Əsasən 200–300 m dərinliklərdə yayılırlar. Yetkinliyə 3-4 illiyində çatırlar.
Morimus (cins)
Morimus — Uzunbığlar fəsiləsinə aid böcək cinsi.
Morj (cins)
Morj (lat. Odobenus) — Morjkimilər fəsiləsinə daxil olan cins. Cinsə bir müasir və bir nəsli kəsilmiş növ daxildir: Odobenus rosmarus Linnaeus, 1758 — Morj, hazırda növə üç yarımnöv daxildir: Odobenus rosmarus rosmarus — Atlantik morju Odobenus rosmarus divergens — Sakitokean morji Odobenus rosmarus laptevi — Laptev morju † Odobenus mandanoensis Tomida, 1989 — Yaponiya sahillərində yayılmış növ hətta ölçülərinə görə sakitokean morjunu belə keçirdi.
Mərcimək (cins)
Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır.
Puma (cins)
Puma (lat. Puma) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Qaragilə (cins)
Qarğıdalı (cins)
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Qaz (cins)
Qorallar (cins)
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Sarıcalar (cins)
Sarıcalar (lat. Colias) — Ağ kəpənəklər fəsiləsinə aid kəpənək cinsi. Qanadlarının kənarları dairəvi olması ilə seçilir. Cins 70 bioloji növü özündə birləşdirir. Onlar əsasən tropik qurşağdan kənar ərazilərdə yayılmışlar.
Soğan (cins)
Staurophora (cins)
Steviya (cins)
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Alma (cins)
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.

Значение слова в других словарях