1. İnsanda vicdan və ədalət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi; vicdana müvafiq hərəkət. İnsaf dinin yarısıdır. ( Ata. sözü ).
Bəylərin bəyisən, xanların xanı; Unutma insafı, satma imanı…
İnsafımın və vicdanımın yanında məsul olaram, əgər yalan desəm ki, təqribən yarım saat mənim təamım çəkdi…
// Rəhm, mürüvvət, şəfqət, ədalət.
İnsaf xoşdur, ey eşq, ancaq məni zəbuni et; Ha böylə möhnət ilə keçsinmi ruzigarım?
Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü.
Məsmənin qəlbini dağlayan fələkin “çərxi çevrilmiş”, fələkin zərrə qədər insafı, mürüvvəti yoxmuş!
□ İnsaf deyil – rəva deyil, insafa müğayirdir.
[Məmməd:] Yox, bu insaf deyil ki, bu cür nəcib heyvanın leşini mən bu çöldə dəfn etməmiş gedim…
İnsaf etmək (eləmək) – rəhm etmək, mərhəmət göstərmək, ədalətlə yanaşmaq.
Ömür keçdi, insaf elə, sevdiyim; Nə müddətdi dərdü möhnət çəkirəm.
Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadan keç; Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç.
İnsaf görmək – vicdanı qəbul etmək, rəva görmək.
İnsafa gəlmək (düşmək) – rəhmə gəlmək, insaf eləmək; haqsızlıq etməkdən vaz keçmək, mərhəmət etmək.
Eləmi qaldı səbir; Qovğadı, qaldı səbir; Nə yar insafa gəldi; Nə məndə qaldı səbir. ( ).
İnsafa gəl, aman! Məni məhv etdi intizar; Səbrim tükəndi, yox qəmihicranə taqətim.
İnsafa gətirmək – rəhmə gətirmək, ürəyində mərhəmət oyatmaq.
İnsafdan çıxmaq – haqsızlıq, ədalətsizlik etmək, birinin haqqını pozmaq, insaf və vicdana müğayir hərəkət etmək.
İnsafı itirmək – bax insafdan çıxmaq.
İnsafı yol verməmək – insafı, vicdanı rəva görməmək, insaf görməmək, rəva görməmək.
Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi.
[Dəmirçi Rzaya:] …Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz…
Allah … insaf versin – ədalətli, insaflı olmağa dəvət.
[Qurban:] Allah Zərnigar qarıya insaf versin.
2. İnsafla şəklində – düzlüklə, ədalətlə, vicdanla.
Dünyada hər nə cür və xariqüladə bir məsələ bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar.
3. İnsafdır(mı) şəklində – rəvadırmı, insafa, vicdana, ədalətə uyan şeydirmi?
İnsafdırmı, Bəlli Əhməd tutula; Qolac qolu dal gərdənə çatıla. “ ”.