İNSAF

is. [ ər. ]
1. İnsanda vicdan və ədalət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi; vicdana müvafiq hərəkət. İnsaf dinin yarısıdır. ( Ata. sözü ).
Bəylərin bəyisən, xanların xanı; Unutma insafı, satma imanı… Aşıq Ələsgər.
İnsafımın və vicdanımın yanında məsul olaram, əgər yalan desəm ki, təqribən yarım saat mənim təamım çəkdi… C.Məmmədquluzadə.

// Rəhm, mürüvvət, şəfqət, ədalət.
İnsaf xoşdur, ey eşq, ancaq məni zəbuni et; Ha böylə möhnət ilə keçsinmi ruzigarım? Füzuli.
Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim.
Məsmənin qəlbini dağlayan fələkin “çərxi çevrilmiş”, fələkin zərrə qədər insafı, mürüvvəti yoxmuş! Mir Cəlal.

□ İnsaf deyil – rəva deyil, insafa müğayirdir.
[Məmməd:] Yox, bu insaf deyil ki, bu cür nəcib heyvanın leşini mən bu çöldə dəfn etməmiş gedim… E.Sultanov.

İnsaf etmək (eləmək) – rəhm etmək, mərhəmət göstərmək, ədalətlə yanaşmaq.
Ömür keçdi, insaf elə, sevdiyim; Nə müddətdi dərdü möhnət çəkirəm. Q.Zakir.
Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadan keç; Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç. S.Ə.Şirvani.

İnsaf görmək – vicdanı qəbul etmək, rəva görmək.
İnsafa gəlmək (düşmək) – rəhmə gəlmək, insaf eləmək; haqsızlıq etməkdən vaz keçmək, mərhəmət etmək.
Eləmi qaldı səbir; Qovğadı, qaldı səbir; Nə yar insafa gəldi; Nə məndə qaldı səbir. (Bayatı).
İnsafa gəl, aman! Məni məhv etdi intizar; Səbrim tükəndi, yox qəmihicranə taqətim. H.Cavid.

İnsafa gətirmək – rəhmə gətirmək, ürəyində mərhəmət oyatmaq.
İnsafdan çıxmaq – haqsızlıq, ədalətsizlik etmək, birinin haqqını pozmaq, insaf və vicdana müğayir hərəkət etmək.
İnsafı itirmək – bax insafdan çıxmaq.
İnsafı yol verməmək – insafı, vicdanı rəva görməmək, insaf görməmək, rəva görməmək.
Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Ə.Haqverdiyev.
[Dəmirçi Rzaya:] …Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz… M.İbrahimov.

Allah … insaf versin – ədalətli, insaflı olmağa dəvət.
[Qurban:] Allah Zərnigar qarıya insaf versin. Ə.Haqverdiyev.

2. İnsafla şəklində – düzlüklə, ədalətlə, vicdanla.
Dünyada hər nə cür və xariqüladə bir məsələ bəsirət və insafla müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. C.Məmmədquluzadə.

3. İnsafdır(mı) şəklində – rəvadırmı, insafa, vicdana, ədalətə uyan şeydirmi?
İnsafdırmı, Bəlli Əhməd tutula; Qolac qolu dal gərdənə çatıla. Koroğlu”.

Синонимы

  • İNSAF mürüvvət — rəhm — şəfqət — ədalət
  • İNSAF insaf bax 1. rəhm; 2. vicdan; 3. ədalət
İNS-CİNS
İNSAFƏN
OBASTAN VİKİ
İnsaf (qəzet)
İnsaf qəzeti — 1913-cü ildən nəşr olunan qəzet. Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən bərpa etməyə başladılar, onların içərisində «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına mənsub olan Xiyabani, İskəndani və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə nəşr olunmağa başladı. «İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə gedirdi . «İnsaf» qəzeti yazırdı ki, bunlar köhnə istibdadçı və din alverçisi idi. Azərbaycan xalqını təmsil edə bilməzlər: «Millətimiz şəhidlərin qanı bahasına aldığı məşrutədən əl çəkməyəcəkdir. Yaşasın və paydar olsun qanuni-əsasi və məclisi-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır.
İnsaf qəzeti

Pakistan Təhrik-i İnsaf
Pakistan Təhrik-i İnsaf — Pakistanda siyasi partiya.Sədri keçmiş kriket oyunçusu İmran Xandır.

Значение слова в других словарях