1. Nizam-intizama aid olan, nizam və intizamı nəzərdə tutan qanunlara uyğun olan, bir idarənin intizam qanunlarına tabe edilən. İnzibati tədbirlər. İnzibati cəza.
□ İnzibati yolla hüq. – icra orqanlarının sərəncamı ilə. İnzibati yolla cəzalandırmaq. İnzibati yolla sürgün etmək. İnzibati yolla cərimələndirmək.
2. İdarə sisteminə, icraedici hökumət orqanlarına aid olan. İnzibati idarələr. İnzibati mərkəz. İnzibati xəritə. İnzibati vahid.
– Şərur və İrəvan qəzaları inzibati idarələri şikayətlə dolu idi.
◊ İnzibati hüquq – daxili idarə sahəsində dövlət fəaliyyətinin qayda və üsullarını müəyyən edən hüquq normaları.