□ İqdam etmək – təşəbbüs etmək, başlamaq, girişmək.
[Ağa Salman:] Xanım, mən məhz sənin xatirin üçün bu işə iqdam edirəm.
Seyyid, ol mah sənin qətlinə iqdam etdi; Gedib öz çarəni qıl, eylədim elam sənə.
[Bəhram:] Bəhram, qorx! Qorx öz vicdanından! Sən ki Saranın xatiri üçün bu işə iqdam etmişdin, nə tez sovuşdun?