İQNA

[ ər. ] : iqna etmək klas. – qane etmək, qənaətləndirmək, qənaətbəxş olmaq; razı etmək.
[Qız:] [Nizamüddövlənin adamları] hər gün gəlib, məni iqna etmək istəyir, qandırırdılar. S.Hüseyn.

İQLİMLƏŞMƏK
İQRAR
OBASTAN VİKİ
Hannes İqnatius
İohann Ferdinand "Hannes" İqnatius (8 oktyabr 1871, Helsinki – 3 mart 1941, Helsinki) — Finlandiyalı əsgər və Finlandiya müstəqilliyinin görkəmli dəstəkçisi. == Bioqrafiyası == İqnatius fennoman senat Karl Ferdinand İqnatius və Amanda Kristina Berqmanın oğlu idi. İqnatius hərbi təhsilini 1885–1892-ci illərdə Hamina kadet məktəbində, daha sonra 1896–1899-cu illərdə Sankt-Peterburqdakı general heyəti akademiyasında almışdır. === Hərbi xidməti === İqnatius 1892-ci ildən 1901-ci ilə qədər Finlandiya Əjdaha Alayında xidmət etmişdir. O, 1900-cü ildə kapitan vəzifəsinə yüksəldi. Finlandiya knyazlığının ordusu ləğv edildikdən sonra o, 1901–1917-ci illər aralığında biznes fəaliyyəti ilə məşğul olmağa başladı. İqnatius Birinci Dünya müharibəsi ərzində Finlandiya müstəqilli üçün çalışan hərbi komitənin tanınmış üzvü oldu və ilk olaraq polkovnik, daha sonra 1918-ci ildə general mayor rütbəsinə yüksəldi. İqnatius Finlandiya vətəndaş müharibəsi dövründə 1918-ci il 18 fevraldan 6 maya qədər Ağ Finlandiyanın Maddi-Texniki Təchizat Generalı, eyni ilin mayından iyununa qədər ordunun aparat rəhbəri vəzifəsini tutdu. Qış müharibəsində İqnatius yenidən ordu rəhbəri vəzifəsinə gəldi.İqnatius Suomen Vapaussota 1918 (Finlandiya istiqlaliyyət müharibəsi) nəşriyyat komitəsinin sədri idi. O, 1918-ci ildə Qustav Mannerheym kitabını yazdı.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.
Jozef İqnas Gilyoten
Jozef İqnas Gilyoten (28 may 1738 – 26 mart 1814) — Anatomiya professoru. == Həyatı == Jozef İqnas Gilyoten 1738-ci ilin mayın 28-də Fransanın Sent şəhərində o qədər də uğur qazanmayan vəkil ailəsində dünyaya gəlmişdi. Buna baxmayaraq atası gənc yaşlarından ona ədalətli olmağın sirlərini öyrədə bilmişdi. Bunun nəticəsiydi ki, gənc Gilyoten günahı olan şəxsləri müdafiə etməkdən həmişə boyun qaçırmışdı. Maraqlıdır ki, ilk vaxtlar o, keşiş olmaq istəmişdi, hətta atasından iezuitlərə qoşulmağa icazə verməsini xahiş etmişdi. Lakin tale elə gətirdi ki, həkim oldu. Gilyotenin bioqrafiyasına nəzər yetirdikdə onun dünyabaxışının tezliklə nə dərəcədə dəyişdiyinə şübhə etməyə bilmirsən. Məlumdur ki, həkim kimi o, tələbələr qarşısında mühazirələrlə çıxış etmişdi. Mühazirələrində də gələcək həkimləri inandırmağa çalışmışdı kı, insan, təbiət və kosmosun vahid sistem təşkil etməsi barədə fikirlər cəfəngiyyatdır. Halbuki Parasels və Aqrip kimi alimlər deyirdilər ki, həyat təkcə hərəkət demək deyil, Yer kürəsində yalnız insan və heyvanlar yox, həmçinin istənilən maddi əşyalar da yaşayırlar.
Migel İqnasio Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Nataliya İqnatyeva
Nataliya İqnatyeva (d. 17 avqust 1978) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Nataliya İqnatyeva, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Nataliya İqnatyeva, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Sergey İqnatyev
Sergey Mixayloviç İqnatyev (rus. Сергей Михайлович Игнатьев) — Rusiya dövlət xadimi, 2002-2013-cü illərdə Rusiya Mərkəzi Bankının sədri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.
Sergey İqnaşeviç
== Karyerası ==
Serqey İqnatyev
Sergey Mixayloviç İqnatyev (rus. Сергей Михайлович Игнатьев) — Rusiya dövlət xadimi, 2002-2013-cü illərdə Rusiya Mərkəzi Bankının sədri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.
Tomas İqnatius Mariya Forster
Tomas İqnatius Mariya Forster (ing. Thomas Ignatius Maria Forster; 9 noyabr 1789, London; 2 fevral 1860, Brüssel) – İngiltərə astronomu və təbiətçisi. == Bəzi işləri == Researches About Atmospheric Phenomena (London, 1812; 2nd ed., 1823) Reflections on the Destructive Operation of Spirituous Liquors (London, 1812); Pocket Encyclopedia of Natural Phenomena (from his father's MSS., 1826); Beobachtungen uber den Einfluss des Luftdruckes auf das Gehor (Frankfurt, 1835); Observations sur l'influence des Cometes (1836); Pan, a Pastoral (Brussels, 1840); Essay on Abnormal Affections of the Organs of Sense (Tunbridge Wells, 1841); Annales d'un Physicien Voyageur (Bruges, 1848); The Gentleman's Magazine qəzetinin bəzi saylarındakı məqalələr. A Synoptical Catalogue of British Birds: Intended to Identify the Species Mentioned by Different Names in Several Catalogues Already Extant.
Vasili İqnatenko
Vasili İqnatenko (d. 13 mart 1961; Braqin, Belarus SSR - ö. 13 may 1986; Moskva, Sovet İttifaqı) — Ukraynanın Milli Qəhrəmanı (2006); 1986-cı il aprelin 26-da Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətləri olub. == Həyatı == == Xatirəsi == == Təltifləri == Ukraynanın Milli Qəhrəmanı — Ukrayna Prezidenti Viktor Yuşenkonun 22 aprel 2006-cı il tarixli Sərəncamı ilə 1986-cı ildə Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətlərinə görə təltif edildi. "İgidliyə görə" fərqlənmə nişanı — Ukrayna Prezidenti Leonid Kuçmanın 8 may 1996-cı il tarixli Sərəncamı ilə 1986-cı ildə Çernobıl AES-da baş verən qəzanın söndürülməsində xidmətlərinə görə təltif edildi. "Qırmızı Bayraq" ordeni — Ölümündən sonra təltif edildi.
Xuan İqnasio Molina
Xuan Iqnasio Molina - Çilili rahib və naturalistdir. Əvvəlki ədəbiyyatlarda "abbat Molina" adlanırdı. == Tərcümeyi-hal == Molina Vilya-Aleqra şəhərində Guaraculen fermasında anadan olub. Hal-hazırda Çilinin Maule regionu adlanır. Onun valideynləri Agustín Molina və Francisca González Bruna-dır.. O Talsada məktəbə gedib. 1786-cı ildə Molina Çilini tərk edir. O Bolonidə təbiət elmlərini öyrənir. O, "Saggio sulla historia naturale del Chile" əsərini yazır. == Elmi işləri == Compendio della storia geografica, naturale, e civili del regno del Chili (1776).
Zorin İqnati
Zorin İqnati (erz. Зоринэнь Игнатий) — erziyan əsilli hekayəçi. Bu günə qədər Mokşa-Erzya ədəbiyyatı tarixində xüsusi diqqətlə anılır. Onun həyatı haqqında məlumat olduqca azdır. Onun həyatı haqqında bircə o məlumdur ki, Samara quberniyası, Buquruslan qəzası, Veçkanov (erz. Вечкан веле) kəndində anadan olmuşdur. == Yaradıçılığı == O, ilk dəfə məşhur fin dilçi, folklorşünas və etnoloq Heykki Paasononla 1898-ci ildə tanış olur. Professor ekspedisiyalar üçün pul aldıqda, informantlar arasında: İ. Sirikin, İ. Zorin, A. Şuvalov, İ. Şkolnikov, A. Leontev, S. Siqin, R. Usaçev, V. Savkinin (fin I. Sirikin, I. Zorin, A. Suvalov, I. Skolnikov, A. Leontjev, S. Cigin, R. Ucajev, V. Savkin) də adı çəkilir. Paasonen Veçkanova xalq hekayələrini toplamağa gəldikdə, Zorin İqnati tərəfindən nəql edilən 100-dən çox folklor əsərini qeydə alır. Onlardan 20-dən çoxu İqnatinin müəllifi hekayələri idi.
İqnalina
İqnalina (lit. Ignalina) — Litvada şəhər. İqnalina rayonunun mərkəzi. == Tarixi == Yazılı mənbələrdə İqnalina adına ilk dəfə 1810-cu ildə rast gəlinir ki, burada o, əyan İqnas Tizenxauzasın əldə etdiyi mülk torpaqları kimi təsvir olunur. Ehtimal olunur ki, şəhərin adı əyanın adının qısadılmış formasından-İqnyalisdən (danışıq dilındə İqnalis) götürülüb. Həmçinin İlqis gölündə batırılmış, knyaz Budrisin qızı Lina (və ya Alina) və əsir əhl-səlib olan İqnasın talesiz, insanlar tərəfindən lənət olunmuş məhəbbətləri barədə bir əfsanə mövcuddur: Allahların qəzəbinə uğrayaraq onlar yerin içinə girirlər, həmin yerdən isə bulaq suyu açılır. Göllərin və təpələrin arasında şəhərcik yarananda insanlar İnqas və Linanın məhəbbətini əbədiləşdirmək üçün onu İnqalina adlandırırlar. İqnalina qəsəbəsinin yaranması və inkişafına Peterburq-Varşava dəmir yolunun çəkilməsi səbəb oldu, 1862-ci ildə isə burada dəmiryol vağzalı tikildi. Yeni dəmir yolunun çəkilməsi rayonun inkaşafının əsas amillərindən biri oldu və keçmiş mərkəz öz əhəmiyyətini itirdi. Bu gün şəhərin içərisindən keçən Vilniüs-Sankt-Peterburq dəmir yolu urbanizasiyanın xatirəsidir.
İqnalina AES
İnqalin Atom Elektrik Stansiyası (lit. Ignalinos atominė elektrinėIgnalinos atominė elektrinė) — 26 il (1983–2009) fəaliyyət göstərmiş Litvanın Şimal-şərqində yerləşən və artıq fəaliyyətini dayandırmış AES-dir. İstismar dövrü ərzində stansiyada 307.9 mlrd kVt saat elektrik enerjisi istehsal edilmişdir. Stansiya Drukşay gölünün yaxınlığında yerləşir. Bu ərazi İnqalin inzibati rayonuna daxil olduğundan stansiya da eyni adı daşıyır. == Texniki təsviri == İnqalin AES-də istilik neytronu ilə çalışan kanal tipli РБМК-1500 atom reaktorları quraşdırılmışdır. İnqalin AES-in bir blokunun islitik gücü 4800 MVt, elektrik gücü isə 1500 MVt-dır. Çernobıl qəzasından sonra stansiyanın istilik gücü 4200 MVt-a endirilmişdir. birinci blok 1984-2004-cü illərdə, ikinci blok isə 1987-2009-cu illərdə fəaliyyət göstərmişdir. 2009-cu il 31 dekabr tarixində stansiyanın fəaliyyəti dayandırılmışdır.
İqnas Qoldziher
İqnas Qoldziher (mac. Goldziher Ignác; 22 iyun 1850, Sekeşfexervar — 13 noyabr 1921, Budapeşt) — yəhudi əsilli Macarıstan şərqşünası. == Həyatı == İqnas Qoldziher 22 iyun 1850-ci ildə Siqetvarda doğuldu. Dədə-babaları İspaniyadan Almaniyaya, oradan da Macarıstana köç etmiş zərgərliklə məşğul olan bir ailəyə mənsubdur. Dəri tüccarı Adolf Qoldziherin oğlu olan İqnas (İgnace Isaac Jəhuda) tünd yəhudi bir dini çevrədə böyüdü. Dörd yaşında ikən İbranicə oxumağı öyrəndi, beş yaşından etibarən də Tövrat dərsləri almağa başladı. Səkkiz yaşında başladığı Talmud, İbranicə dil bilgisi və yəhudi din fəlsəfəsi dərsləri Almaniyaya göndərildiyi tarixə qədər (1868) davam etdi. Öz ifadəsinə görə əxlaq və elmi araşdırmalarının əsasını bu dönəmdə qoymuş, hər şeyi Müqəddəs Kitab nöqteyi-nəzərindən görməyi bu dövrdə öyrənmiş və bu dönəmdə qazandığı ideallara ömür boyu sadiq qalmışdır. Daha on iki yaşında ikən bir İbrani ibadətiylə ilgili ilk incələməsi nəşr olunmuşdu. On üç yaşında gerçəkləşən yəhudi cəmiyyətinə qəbul mərasimində (Bar Mizva günü) babalarının imanına sədaqət andı içən Qoldziher bu andını heç bir zaman unutmadığını ifadə etmişdir.
İqnasio Herreyra
İqnasio Xose Herreyra Fernandez (14 oktyabr 1987-ci ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi PFK klubunda hücumçu kimi çıxış edən Çilili peşəkar futbolçudur. == Klub karyerası == 4 avqust 2015-ci ildə Herreyra Deportes İkike klubu ilə müqavilə imzalamışdır.29 fevral 2016-cı ildə Herreyra Qazaxıstan Milli Futbol Çempionatı təmsilçilərindən olan İrtış Pavlodar FK ilə müqavilə imzalamışdır.3 yanvar 2017-ci ildə Herreyra Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi PFK ilə müqavilə imzalamışdır.
İqnasio Pinto
İqnasio Pinto (isp. Ignacio Carrera Pinto; 5 fevral 1848, Santyaqo – 10 iyul 1882) — Sakit okean müharibəsində iştirak etmiş Çilili zabit.
İqnasio Tapia
İqnasio Tapia Bustamante (22 fevral 1999-cu ildə anadan olub) — Çili Primyera Diviziya təmsilçilərindən olan Uaçipato klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur. == Milli karyerası == Tapia ilk dəfə Çili millisinə 2017-ci ilin iyun ayında Burkina-Faso millisi ilə yoldaşlıq oyunu üçün çağırılmışdır. O, oyun zamanı ehtiyat skamyasında əyləşmiş və meydana daxil olmamışdır. Həmin görüşdə Çili rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. İqnat latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
İqnati Kraçkovski
İqnati Kraçkovski Yulianoviç (4 (16) mart 1883, Vilnüs – 24 yanvar 1951, Leninqrad; rus. Игнатий Юлианович Крачковский) — rus ərəbşünası, sovet ərəbşünaslıq məktəbinin yaradıcılarından biri, akademik (1921), İslam Ensiklopediyasının ilk nəşrinin müəlliflərindən biri. == Həyatı == Peterburq Universitetinin Şərq dilləri fakultəsini bitirmişdir (1905). 1918-ci ildən SSRİ-nin bir sıra ali məktəblərinin, xarici akademiyaların və şərqşünaslıq cəmiyyətlərinin üzvü olmuşdur. 450-dən artıq elmi əsərin müəllifidir. Qurani-Kərimi rus dilinə tərcümə etmişdir. Kraçkovski Nizaminin "Leyli və Məcnun" əsərinin mənbələrini araşdırmış, həmin əfsanənin islamdan əvvəl ərəblər arasında dolaşdığını göstərmişdir. == Əsərləri == "Поэтическое творчество Абу-л-Атахии" ("Записки Восточного Отделения Императорского Русского Археологического Общества", т. XVIII); "Arabica" ("Византийский Временник", т. XIII—XIV); "Мутанабби и Абу-л-Ала" ("Записки Восточного Отделения", т.
İqnati Loyola
İqnati Loyola — Yezuitlər ordeninin banisi == Həyatı == İqnati Loyola 1491-ci ildə İspaniyanın Bask bölgəsinin Qipuskoa əyalətində doğulmuşdur. O, son dərəcə zəngin zadəgan ailəsinin 13 uşağından ən kiçiyi idi. Uşaqlıq illərini ailə mülkü olan Loyola qəsrində keçirmişdir. On dörd yaşında ikən ata və anasını itirmişdir. Gənclik illərini qayğısız keçirmişdir. Sonralar yaxın dostu Qonsales de Kamaraya xatirələrini danışarkən, deyirmiş: "Mən dəbdəbə içərisində yaşayan, xarici görünüşümə qarşı son dərəcə diqqətli, qadınların yanında uğurlu, qüruruma toxunan hərəkətlərə qarşı kəskin, qorxmaz, özümün və digərlərinin həyatını aşağı qiymətləndirən birisiydim". Yeniyetməlik dövrünü başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. Bir sıra döyüşlərdə fərqlənmişdir, İspaniya-Fransa müharibəsində iştirak etmiş, Pamplona şəhərinin mühasirəsi zamanı yaralanmışdır. O, özü bu barədə demişdir: "Mərminin partlaması nəticəsində bir ayağımdan yaralandım, digəri isə qırıldı." Bu zədə onun səhhətində ciddi problemlər yaratmışdır. O, bir neçə cərrahiyyə əməliyyatlardan keçsə də, ömrünün sonunadək axsaq qalmışdır.
İqnatius Qanaqo
İqnatius Kpene Qanaqo (16 fevral 1999, Duala) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Kamerun futbolçusudur. == Klub karyerası == Qanaqo Kamerun akademiyalarından olan EFCB klubu vasitəsilə inkişaf etmiş, 2017-ci ildə isə Nitsa klubuna transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 9 sentyabr 2017-ci ildə Liqa 1-də Monako klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Mario Balotellini əvəz etmişdir. Qanaqo 85-ci dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Nitsa rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.
İqnatiyev dağı
İqnatiyev dağı (bolq. Игнатиев връх, ‘Ignatiev Vrah’ \i-'gna-ti-ev 'vr&h\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 1220 m hündürlüklü dağdır. Dağ Srednoqori zirvələrində yerləşmişdir.Zirvə cənubi Bolqarıstanda yerləşən İqnatiyev qraflığının adını daşıyır. Həmin ərazi isə öz adını Rusiyalı diplomat Nikolay İqnatiyevdən (1832-1908) götürmüşdür. == Yerləşməsi == İqnatiyev dağı 63°36′37″ c. e. 58°39′10″ q. u. koordinatlarında yerləşmişdir. Korner zirvəsindən 3.3 km cənub-şərqdə, Henson təpəsindən 8.96 km cənub-şərqdə, Sirius təpəsindən 12.1 km şimalda, Kroun zirvəsindən 7.17 km cənub-qərbdə, Trayan qapısından şərqdə, Malorad buzlağından şimalda, Russell Vest buzlağından cənubda yerləşmişdir.
İqnats Kunos
İqnats Kunoş (tam adı: İqnats Lüstiq Kunoş, mac. Ignác Lusztig Kúnos; 22 sentyabr 1860, Haydusamson[d], Haydu-Bihar medyesi[d] – 12 yanvar 1945, Budapeşt) — Macarıstan filoloqu, türkoloqu, linqivisti və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü. Türkdilli xalqların folkloru, etnoqrafiyası və dillərinə, eləcə də macar dilindəki türk ünsürlərinə dair tətqiqatların müəllifidir. Kiçik Asiyaya, Misirə və Balkan ölkələrinə elmi ekspedisiyalarda iştirak etmişdir. Əsas əsərləri Kiçik Asiya türk dialektlərinə həsr olunmuşdur. Həmçinin onun Türk dili dərslikləri də var. == Həyatı == İqnats Kunoş 22 sentyabr 1860-cı ildə Hayduşamşonda yəhudi ailəsində anadan olmuşdur. Debreçen Kollecini bitirdikdən sonra 1879-1882-ci illərdə Budapeşt Universitetində dilçilik üzrə təhsil almışdır. Macarıstan Elmlər Akademiyasının və Budapeşt yəhudi icmasının maliyyə dəstəyi ilə beş il Konstantinopolda türk dili və mədəniyyətini öyrənmişdir. 1890-cı ildə Budapeşt Universitetində Türk filologiyası üzrə professor təyin olunmuşdur.
İqnats Zemmelveys
İqnats Filipp Zemmelveys (alm. Ignaz Philipp Semmelweis‎, mac. Ignaz Semmelweis; 1 iyul 1818[…] – 13 avqust 1865[…], Oberdöblinq, Avstriya imperiyası) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbələrini təyin etdiyi üçün ona "analar xilaskar" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir. Görkəmli ginekoloq cərrah kimi tarixə düşdü. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir.Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0.85%-ə endirdi, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.Elmi ictimaiyyətin müqavimətinə görə Zemmelveys sinir pozuntusu keçirdi və depressiya inkişaf etməyə başladı. 1865-ci ildə qırx yeddi yaşlı Zemmelveys razılığı olmadan psixiatrik xəstəxanaya yerləşdirilmiş və iki həftə sonra orada klinikanın əməkdaşları tərəfindən döyülərək öldürülmüşdür.Bir neçə onillikdən sonra Zemmelveysın kəşfi və onun aseptik emalın praktiki tətbiq edilmə metodikası geniş nüfuz qazandı, alimin adı tarixə keçdi, bir neçə təhsil müəssisəsi və tibb sahəsində xidmətlərə görə təqdim olunan mükafatlar onun şərəfinə adlandırıldı.

Значение слова в других словарях

алиме́нты бахта́ Благове́щение выжива́ть жу́ковый завизи́рование ландшту́рм небожи́тельница необрати́мый непотопля́емость Плю́шкин пы́лкость фатю́й абха́зы материалоёмкость мёртвая цикло́н тарабарка apperception information retrieval tagmemic галечник преткновение приделать языковедение