İRAQ

zərf Uzaq, uzaqda. İraq olmaq. İraq durmaq.
– Gül əkdim, şaxta vurdu; Nə yaman vaxtda vurdu; Bimürvət ovçu məni; Yardan iraqda vurdu. (Bayatı).
Mürği-ruhum getməz səndən irağa. Aşıq Ələsgər.

□ İraq düşmək – uzaq düşmək, ayrılmaq, uzaqda olmaq.
[Bahadır] gördü ki, Sonadan xeyli iraq düşübdür. N.Nərimanov.

İraq eləmək – uzaqlaşdırmaq, uzaq eləmək.
Çıxardaq məmləkətdən; Ölkədən iraq eyləyək! Aşıq Ələsgər.

İraq olmaq – uzaq olmaq, uzaq düşmək.
Elə bilsin padşahi-zamandır; Hər kim iraq olur, müxtəsər, səndən. Q.Zakir.
Müddətdi gözümdən olubdu iraq; Əridib ürəyim dərdü qəm, fəraq. Aşıq Ələsgər.
Gözümdən bir an da iraq olmadın; Mən sənə hər yerdə Vətən deyirəm. S.Rüstəm.

// sif. Uzaq.
Uzaq ölkələrə, iraq ellərə; Axışan buludlar, axan buludlar! N.Rəfibəyli.

// İs. mənasında. Uzaq yer.
Yolum oldu iraqlar; Çiynim kəsdi yaraqlar; Ayrılıq məlum oldu; Mən ağlaram, yar ağlar. (Bayatı).

İraq, iraq candan, iraq olsun – uzaq olsun, Allah göstərməsin (qorxulu, zərərli, arzuedilməz bir şey, hadisə haqqında deyilir).
[Gülsüm xala:] Buy, bu nə sözdür deyirsən, a qadasın aldığım, iraq canından, Allah eləməsin ki, Şirin qiyamətə kimi yatsın… E.Sultanov.
[Səriyyə xala:] İraq candan, [uşaqlar] dilənçiyə oxşayırdılar. M.İbrahimov.
[Kiçikxanım:] Allah eləməsin, iraq candan! – deyə onun əlini sıxdı və tələsirmiş kimi ayrılıb getdi. Mir Cəlal.

Синонимы

  • İRAQ iraq bax uzaq
  • İRAQ uzaq — aralı — kənar

Этимология

  • İRAQ “Uzaq” mənasında işlədilmiş (“gözdən uzaq, könüldən iraq” deyirik) bu söz ira (удалиться) feilindən -q şəkilçisini artırmaqla əmələ gəlib
İRADSIZLIQ
İRAQLAŞDIRILMA

Значение слова в других словарях