İRADSIZLIQ
İRAQLIQ
OBASTAN VİKİ
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Pşdər (İraq)
Pşdər və ya Pşdar şəhəri, İraq Kürdüstan Bölgəsində, Süleymaniyyə mühafəzəsinin bir mahalidir. Süleymaniyyə şəhərinin şərqində, İran sərhədi yaxınlığında yerləşir.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
İraq
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Xasadarlı (İraq)
Xasadarlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd. Əhalisinin 90%-dən çoxunu etnik türkmanlar, qalan qismini isə kürdlər təşkil edir.
İraq (dəqiqləşdirmə)
İraq
İraq (dərgi)
İraq (dərgi) — Bağdadda işıq üzü görmüş dərgi. == Məlumat == İraq dərgisi 1963-cü il mayın 1-i işıq üzü görmüşdür. Qırx səhifəlik nəşr olsa da, ancaq bir sayı çap edilmişdir. Ramazandan sonra bu dərgi dövlətin ilk rəsmi bəyanatını çap etmiş, qurulmuş ilk nazirlər kabinetinin üzvlərinin foto və tərcümeyi hallarını nəşr etmişdi. Dərgi ancaq türkmən dilində Bağdadda işıq üzü görüb.
İraq (qəzet)
"İraq" (qəzet) — Bağdadda çap edilmiş qəzet. == Məlumat == "İraq" qəzeti 1966-cı ildə Bağdadda işıq üzü görmüşdür. Nəşrin təsisçisi və redaktoru Şakir Sabir Zabit, idarə rəhbəri və baş yazarı Haq İsmayıl Bayatlıdır. Qəzetin 42-ci sayında Həsən Huseyn Əl Yas baş yazar olub. İlk sayı 1966-cı il mayın 21-də, son sayı isə 1967-ci il oktyabrın 21-də işıq üzü görüb. Qəzet 66 saydan sonra bağlanıb. Türkcə-ərəbcə olan nəşrin bir qismi 8, bir qismi 4 səhifəlik dərc edilib.
İraq Konstitusiyası
İraq Konsititusiyası (ərəb. دستور العراق‎)—İraqın əsas qanunu.İlk konsititusiyası 1925-ci ildə nəşr edilib.2005-ci ildə yenidən qüvvəyə minib. == Tarixi == Konstitusiya monarxiyası quran İraqın ilk konstitusiyası 1925-ci ildə bir İngilis hərbi işğalı altında qüvvəyə mindi və 1958 inqilabı bir respublika qurana qədər qüvvədə qaldı. Aralıq konstitusiyalar 1958, 1964, 1968 və 1970-ci illərdə qəbul edildi, Keçid İnzibati Qanunu qəbul edilənə qədər de-yure qüvvədə qaldı. 1990-cı ildə bir konstitusiya layihəsi hazırlandı, lakin Körfəz müharibəsinin başlaması səbəbindən heç vaxt yayılmadı. Mövcud konstitusiya 15 oktyabr 2005-ci ildə keçirilmiş bir referendumla təsdiqləndi. Konstitusiya, 2005-ci ildə İraq Konstitusiya Layihə Komitəsi üzvləri tərəfindən İraq Dövlətinə keçid dövrü üçün İdarəetmə Qanunu ("TAL") əvəz etmək üçün hazırlanmışdır. ). TAL, İraq Müharibəsindən sonra və İraqın ABŞ və Koalisiya qüvvələri tərəfindən işğalından sonra Koalisiya Müvəqqəti Təşkilatı tərəfindən seçilmiş, təyin olunmuş bir qurum olan İraq İdarəetmə Şurası tərəfindən 2003-cü ilin dekabrından 2004-cü ilin martına qədər hazırlanmışdır. Referendumdan əvvəl edilən bir kompromis şərtilə, yeni konstitusiyaya uyğun olaraq seçiləcək ilk parlamentin konstitusiyaya düzəliş edilməsini və ya edilməməsini təyin etmək üçün Konstitusiya Baxış Komitəsi yaratması qəbul edildi.
İraq Kürdüstanı
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. == Tarixi == === İraq mandatı === Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
İraq Respublikası
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
İraq Sultanlığı
İraq Səlcuqlu dövləti (1157-1194) – Sultan Səncərin ölümündən sonra İraq Ərəb və İraq Əcəm (Qərbi İraq) idarə edən Böyük Səlcuqluların qalığıdır. == Tarixi == Səlcuq Dövlətinin süqutundan sonra bugünkü İraqın hamısı və Suriyanın bəzi hissəsi üzərində qurulmuş olan Türk dövlətinin adıdır. Böyük Səlcuq Sultanı Məhəmməd Təpər 18 Aprel 1118-ci ildə ölüncə, oğulları taxt üzərində mübarizəyə başladılar və sonradan əmiləri Səncərin tabeliyinə girdilər. Səncər də Təpərın uşaqlarını İraq və Azərbaycana məlik olaraq təyin etdi. 1157-ci ildə Səncərin ölümü ilə Böyük Səlcuq Dövlətinin tarixə qarışmasıyla tamamilə müstəqil oldular və Şah adını daşımağa başladılar.
İraq dinarı
İraq dinarı (ərəb. دينار عراقي‎) ya da qısaca dinar (ərəb. دينار‎), İraqda istifadə olunan pul vahididir. == Nominalları == 1931–1932-ci illərdə 1, 2, 4, 10, 20, 50 və 200 nominallı ilk İraq sikkələri dövriyyəyə buraxılmışdır. Gümüşdən 20, 50 və 200 fils pul cırdı. 1953-cü ildə gümüşdən zərb olunan 100 nominallı dəyəri olan sikkələr dövriyyəyə daxil edilmişdir. 1959-cu ildə İraq Respublikasının qurulduqdan sonra 1, 5, 10, 25, 50 və 100 sikkə sikkələr dövriyyəyə girdi. 1967-ci ildə yeni tipli sikkələr 5, 10, 25, 50 və 100 fillinq nominallaşdırılmışdır. 1970-ci ildən etibarən 250 nominallı nikel sikkələri, 1971-ci ildən etibarən 500 nominallı sikkələr istifadəyə verilmişdir. Bundan əlavə, 1980-ci ildən etibarən 1 dinar dəyərində nikel sikkələri dövriyyəyə buraxıldı.
İraq gerbi
İraq gerbi — İraq Respublikasının rəsmi gerbi 2008-ci ildə təsdiq olunub == Tarixi == === 1932-1959 === İraq Haşimilər Krallığının gerbləri qonşu İordaniya Haşimilər Krallığının gerbləri ilə bəzi oxşarlıqları paylaşırdı. İraq Haşimilər Krallığının monarxiyasını simvolizə edən qızıl tac, zirvəsinin altından çıxan və yaqut və zümrüdləri xatırladan bir relyef dizaynı ilə bazaya bağlanmış beş tağdan ibarətdir. Tac yuxarı hissədə Haşimit pankartını təmsil edən bir nizə ucu ilə bəzədilmişdir. Tac kral Haşimit taxtını təmsil edən çardağın üzərinə qoyulur. Ağ ipəklə örtülmüş qırmızı rəngli məxmər çubuq, fədakarlıq və saflığı bildirir. Çamaşır qızıl ipliklərin bir hissəsinə bükülmüş və ağ ipək astarlı aşkar etmək üçün hər iki tərəfə qızıl rəngli kordonlarla toplanmışdır. İki ulduz hər iki tərəfdəki mərkəzi qalxanın üstündədir. Hər bir ulduz İştar və Şamaşı təmsil edir. Qalxanın yırtıcı tərəfdarı Babil Aslanıdır, pis tərəfdarı ərəb atıdır, hər ikisi də şah gücünün ənənəvi simvollarıdır. Mərkəzdəki qalxan Mesopotamiyanın ərazisini əks etdirir.
İraq himni
"Mənim Vətənim" (ərəb. موطني‎) – İraq dövlət himni. "Mənim Vətənim" 1934-ci ildə fələstinli İbrahim Tuqan yazıb, və musiqinin üstünə qoyulandan sonra Fələstində və bütöv Ərəb dünyasında çox məşhur olub. 2004-ci ildə, bir il Səddam Hüseynin rejimi son verəndən sonra İraqın təzə himni kimi təsdiq olunmuşdur.
İraq iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, orta səviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu. Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır: əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə energetikavə mədən sənaye müəssisələrini yenidən işə salmaq; ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq; insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq; əhalini ərzaq, içməli su, dərmaq preparatları ilə təmin etmək; səhiyyə və maarif sistemlərinin işini bərpa etmək; ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq; qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək. == İraq iqtisadiyyatı == XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı. Sənayenin aparıcı sahələri.
İraq mətbəxi
İraq mətbəxi — İraq xalqının milli mətbəxi qədim tarixə malikdir. İnqrediyentlər İraq mətbəxinin bəzi xarakterik inqrediyentləri aşağıdakılardır: Tərəvəzlər: Badımcan, pomidor, şalqam, lobya, soğan-şalot, bamya, soğan, mərcimək, vəzəri, kartof, kələm, yunan balqabağı (kabaçok), ispanaq, kahı, kəvər soğanı, artişok, sarımsaq, bibər və çili bibəri kimi tərəvəzlər. Taxıllar: Düyü, bulğur, buğda və arpa. Paxlalılar: Mərcimək, noxud, yaşıl lobya, yaşıl maş və qırmızı lobya kimi paxlalılar. Meyvələr: Zeytun, xurma, kişmiş, ərik, gavalı, əncir, üzüm, qovun, nar, alma, albalı, heyva və sitrus meyvələri (portağal, limon və laym). Pendirlər: Baladi, feta və halloumi Otlar və ədviyyat: Darçın, hil, keşniş, keşniş toxumu, samanlıq güldəfnəsi, adi cirə, adi qaraqınıq, nanə, tərxun, thyme, zəfəran, qurudulmuş laym, Çin darçını, şüyüd, sarıkök, ədviyyat, ədviyə, sumax və zaatar.
İraq prezidenti
İraq prezidenti — İraqın indiki prezidenti. Vəzifəni Bərhəm Salih icra edir.
İraq tarixi
İraq tarixi — Müasir İraqın ərazisi dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. İraqın Kürdüstan dağlıq rayonunda qədim Daş dövründə yaşamış insan məskənlərinin izləri (Şonidar mağarası), Mesopotamiyada isə eramızdan əvvəl beşinci minilliyə aid olan mis alətlər, qab-qacaq aşkar edilmişdir. İraqın dağlıq ərazilərində məskunlaşan tayfaların heyvandarlıq, Mesopotamiyada yaşayanların isə əkinçiliklə qədim zamanlardan məşğul olmaları məlumdur. Qədim İraq mədəniyyətinin ilk yaradıcıları burada yaşayan şumer tayfaları olmuşdur. Sonradan bu yerlərdə akkad, babil, assur və sasanilərin hökmranlığı qüvvətlənir. == Orta əsrlər == VII yüzilliyin 30-cu illərində isə İraqda ərəbləşmə prosesi geniş vüsət alır, İslam dini hakim dinə çevrilir. 633–642-ci illər arasında Ərəb xilafəti torpaqlarına daxil edildi. Bölgə Əməvilər və Abbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra Xəlifə Əli dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin paytaxtı Kufəyə köçürülmüşdür.
İraq türkləri
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
İraq türkmanları

İraq çərkəzləri
İraq çərkəzləri — çərkəz, çeçen, qumuq və dağıstanlılar da daxil olmaqla, İraqda yaşayan Şimali Qafqaz kökənli insanlar nəzərdə tutulur. Çərkəzlər ifadəsi ümumilikdə çərkəzcə danışan xalqı bildirmək üçün istifadə edilir, lakin diasporada abxazlar, osetinlər, çeçenlər, dağıstanlılar da daxil olmaqla ümumilikdə bütün Şimali Qafqaz xalqlarını ifadə etmək üçün istifadə edilir. == Tarix == İraqlı şimali qafqazlılar başda Çərkəz bölgəsi olmaqla, Çeçenistan və Dağıstan kökənlidir. İraqda olan Qafqaz xalqları bunlardır: abxazlar, çərkəzlər, inquşlar, çeçenlər, avarlar, ləzgilər və qumuqlar. Onların köçləri illər əvvələ - Qafqaz müharibəsi dövrünə və 1860-cı illərdəki Çərkəz sürgünü ilə Rus-Çərkəz müharibəsinə qədər gedib çıxır.Adıgeylər İraqa iki köç dalğası halında gəlmişdir: birbaşa İraqa köç edənlər və Balkanlara köç edib İraqa gələnlər. Çeçenlər və dağıstanlılar da Osmanlı dövründə İraqa yerləşmişdirlər. Eyni zamanda çərkəzlər Türkiyə, Suriya, İordaniya və Fələstin kimi digər qonşu ölkələrdə də yerləşmişdirlər. == Demoqrafiya == Çərkəzlər və ya İraqdakı Şimali Qafqaz kökənli insanların ümumi sayı 30.000-50.000 arasında olduğu təxmin edilməkdədir, ancaq dəqiq sayları bilinmir. Təkcə Bağdadda 30.000 Adıgey ailəsi olduğu bildirilmişdir. Bir çox şimali qafqazlının ərəblər və kürdlər tərəfindən assimiliyasiya olduğu düşünülür.
İraq şəhərləri
İraq Ədəbiyyatı
Osmanlı imperiyasının geridə qalmış əyalətlərindən biri olan İraqda mədəni dirçəliş Misir və Suriyaya nisbətən daha ləng gedirdi. İqtisadi gerilik, Qərb ölkələri ilə əlaqələrin zəifliyi, ölkəni bürümüş savadsızlıq və cəhalət maarifçilik hərəkatının İraqda zəif olması elm və mədəniyyətin inkişafında bir maneə idi. == Tarixi == XIX əsrin ikinci yarısında İraq Türkiyədən göndərilən valilər tərəfindən idarə olunurdu.
İraq əhalisi
İşğal edilmiş üç Osmanlı vilayəti (Mosul, Bağdad və Bəsrə) əsasında 10 avqust 1920-ci ildə Britaniya mandatı altında İraq Krallığı təşkil edildi. Rəsmən 1958-ci ilədək krallıq,1958-ci ildən bəri isə respublika olan İraqda 1919, 1927, 1934, 1947, 1957, 1965, 1977 və 1987-ci illərdə ölkənin bütün ərazilərini əhatə edən, 1997-ci ildə isə Kürdüstan Regional Hökumətinin nəzarətində olan üç mühafaza çıxılmaqla digər 15 mühafazanı əhatə edən siyahıyaalınmalar aparılmışdır. == Əhali sayının dinamikası == === Mühafazalar üzrə məskunlaşma === == Etnik tərkibi == İraqda 10-dan çox xalqın nümayəndəsi yaşayır. Bunlar ərəblər, kürdlər, türkmanlər, farslar, lurlar, ermənilər, asurlar, xaldeylər, çərkəzlər, qaraçılar (əsasən qürbətilər) və sairələrdir. === Rəsmi məlumatlar === ==== 1921, 1923, 1922-24 sa. yekunlarına əsasən Mosul məsələsi rəqəmlərdə ==== ==== 1932-ci il ==== 1932-ci ilə aid rəsmi məlumata əsasən İraqda danışılan dillər: ==== 1947-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ==== 1957-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ===== Ərbil şəhəri ===== ==== 1965-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ==== 1977, 1987 və 1997-ci illərdə gerçəkləşmiş siyahıyaalınmalara əsasən ==== ===== Ət-Təmim mühafazası ===== === Qeyri-rəsmi təxminlər === === Etnik qruplar === 1997-ci il istisna olmaqla 1957, 1965, 1977 və 1987-ci illərdə həyat keçirilmiş əhali sayımlarında sorğu anketlərində şəxsin etnik mənsubiyyəti haqqında sual olmamış, ona yalnız ana dili haqqında sual verilmişdir. ==== Ərəblər ==== ABŞ MKİ-nin nəşr etdirdiyi "Dünya faktlar kitabı"nda, külliyatın 1974-cü ildən 1983-cü ilədək olan nəşrlərində verilən məlumatlara əsasən İraq əhalisinin 70.90%-ini etnik ərəblər təşkil edirdi. İraqda ən böyük etnik qrup ərəblərdir . Onlar İraq əhalisinin 65% – 73%-ni təşkil edirlər . ==== Kürdlər ==== Kürdlər İraq əhalisinin 1947-ci siyahıyaalınmasına əsasən 18.40%-ini, 1957-ci siyahıyaalınmasına əsasən 16.45%-ini , 1965-ci siyahıyaalınmasına əsasən 15.25%-ini, 1977-ci siyahıyaalınmasına əsasən 13.95%-ini, 1987-ci il siyahıyaalınmasına əsasən isə 18.93%-ini təşkil etmişdir.
2011-ci il İraq iğtişaşları
2011-ci il İraq iğtişaşları Tunis və Misir inqilablarının ardınca baş verdi. Onlar ən az 45 nəfərin ölümü, hansı ki, ən 29-u 25 fevral 2011-ci ildə ölmüşdü, ilə nəticələndi. 25 fevral "Qəzəb Günü" kimi yadda qalmışdı. Mart ayında Bəhreynə Səudiyyənin müdaxiləsinə qarşı bir neçə etiraz baş tutdu.
Arslan şah (İraq)
Arslan şah (1133 – 1176, Həmədan) — Sultan II Toğrulun oğlu idi. 1133-cü ildə anadan olmuşdu. Əmisi Sultan Məsud onu himayəsini götürmüş və təlim-tərbiyəsi ilə məşğul olmuşdu. 1160-cı ildə Atabəy Eldəniz tərəfindən İraq Səlcuq sultanlığının hökmdarı elan edilmişdi. == Həyatı == Sultan Məsud 1145–46-cı illərdə Azərbaycana yürüşü ərəfəsində Səlcuq şahzadələrini Tikrit qalasında həbsə atdı. Şahzadələr illərlə qalada həbsdə qaldılar. 1152-ci ildə Məsudun ölümündən sonra Abbasi xəlifəsi Müqtəfi-Lidillah İraq Səlcuqlarının başda Bağdad Ərəb İraqındakı torpaqlarını ələ keçirməyə başladı. Xəlifənin qüvvətlənməsindən narahat olan Sultan Məhəmməd və tərəfdarları qoşun yığaraq Bağdada doğru hücuma başladılar. Bu ərəfədə həbsdə olan şahzadələri də azad etdilər. Arslan şaha ordunun mərkəzində rəhbərlik verildi, lakin baş vermiş döyüşdə İraq Səlcuq sultanlığı məğlub edildi.21 yaşındakı Arslan şah isə Alp Quş tərəfindən Mahqi qalasına onun ölümündən sonra isə Atabəy Eldənizin yanına aparıldı.
Arslan şah (İraq Səlcuq sultanı)

Arslanşah (İraq Səlcuq hökmdarı)

Arslanşah (İraq Səlcuq sultanı)

Azad zabitlər (İraq)
Azad zabitlər (ərəb. تنظيم الضباط الوطنيين ‎ — İraqda monarxiyanı devirən və respublika idarə etmə formasını quran 14 iyul inqilabını həyata keçirən ordu daxilində qeyri-qanuni qasımçı təşkilat. Təşkilat 1949-cu ilin sonunda Misirdə eyni adlı təşkilatın təsiri altında yaradılmışdı. Təşkilatın liderləri arasında Əbül Salam Arif, Əbdülkərim Qasım, Mühəmməd Nəjib əl-Rubai, Mişel Aflak olmaqla yanaşı digər İraq ordusu zabitləri də vardı. == İrsi == Təşkilat Əbdülkərim Qasımın qətlindən sonra dağılmışdır. Uzun illər sonra onun prototipi olaraq 1996-cı ildə Səddam Hüseynə qarşı çıxan briqada generalı Nəcib əs-Salihinin rəhbərlik etdiyi Azad Zabitlər və Mülki vətəndaşlar Hərəkatı yaradılmışdır. == İstinadlar == == Ədəbiyyat == Batatu, Hanna. The Old Social Classes and the Revolutionary Movements of Iraq: a Study of Iraq's Old Landed and Commercial Classes and of its Communists, Ba'thists, and Free Officers. Princeton: Princeton University Press. 1978.
Azərbaycan-İraq futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–İraq futbol matçları
== Kişilər ==
Azərbaycan–İraq münasibətləri
Azərbaycan–İraq münasibətləri — Azərbaycan Respublikası ilə İraq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 30-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 31 oktyabr 2008-ci il tarixində yaradılmış və ilk rəhbəri İlham Məmmədov olmuşdur. 4 mart 2016-cı il tarixindən də İlham Məmmədov işçi qrupunun rəhbəridir.
BƏƏS dövründə İraq
Bəəs dövründə İraq və ya İraq Cümhuriyyəti — İraq tarixində ölkənin Ərəb Sosialist Bəəs Partiyası tərəfindən 1968-2003 illər arasında idarə edilən dönəmdir.İraq və Suriya qolu olan bu Partiya, İraqda Səddam Hüseyn rejiminin dağılması sonrası dağıdılıb. == Ümumi məlumat == İraq prezidenti Əbdül Rəhman Arif və İraqın Baş naziri Tahir Yəhya, əvvəllər 1963-cü ildə hakimiyyəti ələ keçirən və ilk növbədə başçılıq etdiyi Bəəs Partiyasından Əhməd Hassan əl-Bəkrin rəhbərliyi ilə 17 İyul dövlət çevrilişi zamanı devrildi. -Bəkr, onun lideri və Səddam Hüseyn.Səddam partiyanın kəşfiyyat xidmətlərinin de-fakto rəhbəri vəzifəsindən keçərək 1970-ci illərin ortalarına qədər ölkənin de-fakto lideri oldu və 1979-cu ildə prezident vəzifəsində əl-Bəkrə müvəffəq olduqda de jure lider oldu. Əl-Bəkrin de jure hakimiyyəti dövründə ölkənin iqtisadiyyatı böyüdü və İraqın ərəb dünyasında mövqeyi artdı. Bununla yanaşı, bir neçə daxili amillər ölkənin sabitliyinə təhdid yaratdı, bunların arasında ölkənin İranla qarşıdurması və İraqın öz şiə müsəlman icması daxilindəki fraksiyaları var. Xarici problem İran-İraq müharibəsinə töhfə verəcək İranla sərhəd münaqişəsi idi. Səddam Hüseyn 1979-cu ildə İraqda şiələrin başçılıq etdiyi hökumət əleyhinə etiraz dalğaları dövründə İraqın Prezidenti, İnqilab Komandanları Şurasının sədri, Baş nazir və Bəəs Partiyasının Regional Komandanlığının baş katibi oldu. Təbiətcə rəsmi olaraq dünyəvi olan Bəəs Partiyası etirazları sərt şəkildə repressiya etdi. Digər bir siyasət dəyişikliyi İraqın şiə müsəlman ölkəsi olan İrana qarşı xarici siyasətidir. Münasibətlərin pisləşməsi nəhayət 1980-ci ildə İraqın İrana genişmiqyaslı bir hücumu ilə başladığı İran-İraq müharibəsinə səbəb oldu.
BƏƏ–İraq münasibətləri
İraq—BƏƏ münasibətləri — İraq və BƏƏ arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə bir çox beynəlxalq təşkilatların üzvüdür. == Tarix == 1960-cı illərdə BƏƏ-də böyük neft yataqlarının aşkarlanması İraqı 1971-ci ildə müstəqillik qazandıqdan sonra bu dövlətin hökmdarlarının qanuniliyinə meydan oxumağa sövq edir. 1980-ci illərdə BƏƏ İran-İraq müharibəsində bitərəfliyini qorumaq üçün mübarizə aparır. Bu qarşıdurma BƏƏ-də daxili bir gərginlik mənbəyi olur. Çünki Əbu-Dabi İraqa dəstək verməyə meylli olduğu halda, Dubay isə İrana daha çox rəğbət bəsləyirdi. 1990-cı ildə Küveytin İraq işğalı baş verir. 1990-cı ildə BƏƏ beynəlxalq koalisiyanın İraq qoşunlarını Küveytdən sıxışdırmaq üçün apardığı hərbi əməliyyata qatılır. 2003-cü ildə İraq Prezidenti Səddam Hüseyn xarici müdaxilə ilə devrilir və BƏƏ İraq iqtisadiyyatını bərpa etmək, maliyyə yardımı və əhaliyə pulsuz tibbi yardım göstərmək üçün beynəlxalq proqramlarda iştirak etməyə başlayır. 31 iyul 2007-ci ildə Asiya Futbol Kubokundakı iraqlıların qələbəsindən sonra BƏƏ Baş naziri Məhəmməd bin Rəşid Əl Məktum, ölkənin ilk kubok zəfəri üçün İraq milli futbol komandasına 20 milyon BƏƏ dirhəmi (5.2 milyon ABŞ dolları) mükafat verir.
Cynodon iraquensis
Barmaqvari çayır (lat. Cynodon dactylon) - qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü. == Sinonim == Agrostis bermudiana Tussac. ex Kunth [Invalid] Agrostis filiformis J.Koenig ex Kunth [Invalid] Agrostis linearis Retz. Agrostis stellata Willd. Capriola dactylon (L.) Kuntze Capriola dactylon var. maritima (Kunth) Hitchc. Chloris cynodon Trin. [Illegitimate] Chloris maritima Trin. Chloris paytensis Steud.
Fələstin–İraq münasibətləri
İraq–Fələstin münasibətləri — İraq və Qəzzə zolağı, İordan çayının qərb sahili daxil olmaqla qismən tanınmış Fələstin dövləti arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == İraqlılar və fələstinlilər arasındakı münasibətlər tarixən yaxındır və XX əsrin ikinci yarısında Fələstin Azadlıq Təşkilatı (FAT) İraqın hakim Baas Partiyası tərəfindən dəstəkləndi. FAT Körfəz müharibəsi zamanı İraqa kömək etdi. Fələstin Dövlətinin Bağdadda bir səfirliyi və Ərbildə bir konsulluğu var, ancaq İraqın Fələstində səfirliyi yoxdur. 1948-ci ildə İraq İsrailə müharibə elan etdi və o vaxtdan bəri iki dövlət arasındakı münasibətlər düşmən olaraq qalır. İraq Fələstinin İsrailə qarşı mübarizəsini qətiyyətlə dəstəkləyir. 1967-ci ildə İraq yenidən İsrailə qarşı müharibəyə girdi və 1973-cü ildə Yom Kippur müharibəsi zamanı iraqlılar Suriya silahlı qüvvələrinin tərəfində israillilərə qarşı vuruşdular. Səddam Hüseyn ərəb ölkələrində anti-İsrail mövqeyi və bir sıra Fələstin partizan təşkilatlarının dəstəyinə görə böyük hörmətə malik idi. İkinci Əl-Əqsa İntifadası zamanı İraq israillilərlə döyüşdə həlak olan fələstinli ailələrə (intiharçılara) maddi yardım göstərdi. 1981-ci ildə İsrail Osirak nüvə reaktoruna hücum etdi.
Gürcüstan–İraq münasibətləri
Gürcüstan–İraq münasibətləri — Gürcüstan Respublikası və İraq arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İraqın Tiflisdə səfirliyinin olması diqqət çəkir. Bununla belə Gürcüstanın Bağdadda səfirliyi yoxdur. İraqın hazırda Gürcüstandakı səfiri Hüseyn Abbas Hüseyn Taandır. İraq Gürcüstanın Abxaziya və Cənubi Osetiya məsələlərində ərazi bütövlüyünü dəstəkləyir. == Əməkdaşlıq və qarşılıqlı əlaqə == 2013-cü ildə Gürcüstan və İraq arasında bir hava yolu açılır və İraq Hava Yollarının Tiflisə həftədə iki uçuş həyata keçirdiyi bildirilir. Elə həmin il İraqın Tiflisdəki səfiri Gürcüstanın Xarici İşlər Naziri ilə görüşür və burada iki ölkə arasında əməkdaşlığın, əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edirlər. Gürcüstan Xarici İşlər Naziri İraqa sabitliyin sürətlə bərpasını arzuladı. == Gürcüstanın İraq müharibəsindəki rolu == 2003-cü ilin avqust ayında Gürcüstan, ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bir hissəsi olaraq İraqdakı müharibəyə qatılır.
II Feysal (İraq kralı)
II Feysəl (ərəb. الملك فيصل الثاني‎ əl-Məlik Feysəl əs-Sani; tam adı: Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli; 2 may 1935[…], Bağdad – 14 iyul 1958[…], Bağdad) — İraq krallığının sonuncu kralı. == Həyatı == II Feysəl uzun adı ilə Feysəl bin Qazi bin Feysəl bin Hüseyn bin Əli 2 may 1935-ci ildə Bağdadda, İraq krallığında anadan olub. Atası I Qazi 2-ci arvadının oğlunun adını Mustafa qoymaq istəsə də, sonra fikrini dəyişib öz atasının, Feysəlın adını qoydu. Sünni kral ailəsində doğulan Feysəl atası ilə çox vaxt keçirməyi sevərdi. Hər zaman texnikaya həvəsi olan oğul böyüyüb mühəndis olmaq istəsə də, sonralar atasının vəfat etməsi(4 may 1939) ilə 4 yaşında kral (regent) olur. Daha sonra suriya qadınla evlənib. Daha sonra Pakistanlı, əfqan və ərəb hətta fars əsilli qadınlarla evlənib:Pakistanlı əfqan və ərəb qadınlarından 4 uşağı olub: 2 -si qız, 2-si oğlan. Fars əsilli arvadı sonralar vəfat edib. II Feysəl 14 iyul 1958-ci ildə Bağdadda, İraq Respublikasında vəfat edib.
Maskalı beşlər: İraq (film, 2006)
Maskalı beşlər: İraq — Murad Aslanın rejissoru olduğu, 2006-cı ildə çəkilən Türkiyə komediya filmi. == Mövzu == Kərkük-Yumurtalıq Neft Boru xətti işləmir. ABŞ ordusu İrak neftini ayrı xətlə öz xeyrinə daşıyır. Bu məsələ beş türk gəncini düşündürür. Bu xətti bərpa etsinlər, əvəzində İstanbulun ən yaxşı məhəllələrində benzindoldurma məntəqəsi açsınlar. Sən saydığını say...
Milli Birlik Cəbhəsi (İraq)
Milli Birlik Cəbhəsi (ərəb. جبهة الاتحاد الوطني‎‎, translit. Cəbhət əl-İttihad əl-Vətəni) — ilk dəfə 1954-cü ildə qurulan və 1956-cı ildə BƏƏS Partiyası, İraq Kommunist Partiyası, İraq İstiqlal Partiyası, Milli Demokrat Partiyası və daha sonra Kürdüstan Demokrat Partiyası koalisiyası olaraq yenidən qurulan bir İraq milliyətçi siyasi ittifaqı. İttifaq Misir və Suriyadakı hökumətləri, Əlcəzair azadlıq hərəkatı kimi dünyadakı müxtəlif ərəb milliyətçisi və azadlıqpərvər hərəkatları dəstəkləmişdir. Partiya ərəb milliyətçiləri ilə İraq kommunistləri arasında yaşanan bölünmədən sonra Əbdülkərim Qasımın rəhbərlik etdiyi 1958-ci il İraq inqilabından sonra parçalanmış və ləğv edilmişdir.
Məmlük sülaləsi (İraq)
İraq Məmlük sülaləsi (ərəb: مماليك العراق) 18 və 19-cu əsrlərdə İraqda hökmranlıq edən bir sülalə idi. Osmanlı İmperiyasında Məmlük dövləti yıxıldı, əsir alınanlar özgür buraxıldı. Sülalədən bəzilər Osmanlı məktəblərində təhsil aldılar və sonra hərbi və inzibati vəzifələrə təyin edildilər. Məmlüklər, 1704-cü ildən 1831-ci ilə qədər Osmanlı İraqını idarə etmişlər. Osmanlı hakimiyəti 1831-ci ildə Məmlük sülaləsinin hakimiyətini ləğv etdi və bölgəni bir ayrı sülaləyə bağladı. Ancaq Bağdaddakı bir çox inzibati orqan, Məmlük sülaləsindən oluşmuşdu. Məmlüklər I Dünya Müharibəsinə qədər İraqda suveren bir siyasi qüvvə olaraq qaldı.
Qurdlar Vadisi: İraq (film, 2006)
== Məzmunu == Mənbə Filmin hekayəsi gerçək bir hadisə olan "Torba hadisəsi"nə işarə ilə başlayır… 4 iyul 2003 tarixində Şimali İraqda yerləşmiş on bir xüsusi təyinatlı türk əsgərinin qeyri-rəsmi, yarı-gizli qərargahına müttəfiq Amerikan birlikləri gəlir. Türk qrupu bunu müttəfiqlərinin adi ziyarətlərindən biri zənn edir… Lakin bu səfər vəziyyət fərqlidir. Dəyişən şəraitdə Amerika bölgədə "son sözü" söyləyən tək güc olmaq hədəfindədir. Onlara görə regionda artıq türklərə yer yoxdur… O gün on bir əsgər başlarına torba keçirilərək camaatın gözlərinin qarşısında əsgərlik qürurları heçə sayılaraq ölkədən xarici edilirlər… Filmdə hər şey bura qədər gerçəkləri anladır… Gerçəklər üstünə qurulan hekayədə Süleyman Aslan o on bir əsgərdən biridir. Vaxtilə alçaldılaraq təslim olmağı qüruruna yedirə bilməyən baş leytenant Süleyman geridə bir məktub qoyub intihar edir… Məktub Polad Aləmdara yazılmışdır… Polad Ələmdar çox xüsusi olaraq yetişdirilmiş türk kəşfiyyatçısıdır. Dövlət adına çalışan gizli bir xidmətin ölkə daxili və xarici bir çox əməliyyatına qatılmışdır… Həyatda həmişə vəzifələri üçün yaşayan Polad Ələmdar vəzifəsi uğruna intihar edən yoldaşının vəsiyyətinə qeydsiz qala bilmir… O artıq adamları ilə birlikdə Şimali İraqdadır, lazım olsa ölmək üçün… Şimali İraqda onları fərqli bir vəziyyət gözləyir. Onlar türk əsgərlərinə utancı yaşadan adamın arxasınca idilər, amma gördükləri inanılası kimi deyildi. İraqda insanların dəyərləri, şəxsiyyətləri, keçmişləri heçə sayılırdı. Qurulmaq istənən yeni nizam insanlara qəbul edilə bilməz bir dəyişməni sırıyırdı… Bu qəbul edilə bilməz insanlıq cinayətlərinin görünən üzü torba hadisəsinin də baş aktyoru Sem Uilyam Marşal adındakı amerikan xüsusi qüvvə komandiridir. Sem U. Marşal planını reallaşdırmaq üçün bölgədəki hər kəsin birləşdiyi ərəb toyuna hücum edir.
Qurdlar Vadisi İraq

Qərmətilərin İraqa yürüşü
Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını. Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur. 927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır.
Qətərin İraq səfirliyi
Qətərin İraq səfirliyi — Qətərin İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Zayed əl-Hayaridir == Fəaliyyəti == Qətərin İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır. Yalnız bundan 25 il sonra 2015-ci ildə fəaliyyəti yenidən bərpa olunmuş və bu müddət ərzində ilk dəfə olaraq Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Saninin fərmanı ilə Zayed əl-Hayarini ölkənin İraqdakı səfiri təyin olunmuşdur.

Значение слова в других словарях

диплоко́кк желва́к обольще́ние перещёлкивать повы́рубить полосно́й протолко́вывать упятеря́ть фасе́т чи́ркать вы́летаться дости́гнутый ке́сарский ма́менька попа́сть стеногра́мма dissociated drill-hole scrinium shadow solatium touch-watch white potato неправоспособность Телец