İRFAN

is. [ ər. ]
1. Bilik, məlumat; oxumaq və zehin işlətmək nəticəsində hasil olan yetkinlik, kamillik.
2. Mədəniyyət, maarif.
İndidən tərbiyə qıl baği-dili; Bitsin ol bağçada irfan güli. M.Hadi.
Qanan kim, qandıran kim, nəşriirfan eyləyən kimdir. M.Ə.Sabir.
Bir söylə görüm, məktəbi-irfan nəyə lazım? Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım? M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İRFAN bilik — məlumat
  • İRFAN maarif — mədəniyyət
  • İRFAN yetkinlik — kamillik
İRƏŞT
İRFİDƏ

Digər lüğətlərdə