İRQA

сущ. бот. къизилцуькверин хзандикай дагъдин чкайра экъечӀдай са кул.
İRQ
İRQÇİ
OBASTAN VİKİ
İrqa
İrqa (lat. Amelanchier) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Girdəyarpaq irqa
Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
Sümbülvari irqa
Sümbülvari irqa (lat. Amelanchier spicata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Zaqafqaziyada və Krımda təbii yayılmışdır. == Botaniki təsviri == 5 metrə çatan hündür ağac və koldur. Gövdədə çətri kül rəngli, bəzən qara, cavan çətirləri sarı-çəhrayı, bəzən ağ, parlaq, açıq xallı olub, köhnə budaqlara görə dəyişir. Tumurcuqları xırda, qırmızımtıl-qonur, uzunsov və iti, zoğa yapışıq, kənarları ağ tükcüklüdür. Yarpaq yarığı çox ensiz, üstə çıxan yarpaq balışlı və 3 izlidir. Özəyi yaşılımtıl, oduncağı seyrək məsaməli, çəhrayı rəngli, bərk və ağırdır. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 4 sm-dək, kənarları dişlidir. Bünövrəsi yumru və ya bir az ürəkvaridir.
Qırmızımeyvəli irqa
Qırmızımeyvəli irqa (lat. Amelanchier sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Qızılağacyarpaq irqa
Qızılağacyarpaq irqa (lat. Amelanchier alnifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada təbii halda yayılmışdır. 1800-cü ildən mədəni florada rast gəlinir. XIX əsrdə Avropada İngiltərədə geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən kol və ya çox böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya dairəvi 2-5 sm uzunluğunda, 1-4,5 sm enindədir. Meyvəsi 0,5-2 sm uzunluğundadır. Çiçəkləri ağ, 2-3 sm diametrində, 3-20 ədəd olmaqla yazın əvvəlində çiçəkləyir. Çiçəkləməsi 7-12 gün davam edir.
Asiya irqası
Asiya irqası (lat. Amelanchier asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Kanada irqası
Kanada irqası (lat. Amelanchier canadensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Avropada, Asiyada təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü təxminən 6 m, dərin olmayan, ancaq enli kökümsovlu ağac və ya iri, çoxgövdəli koldur. Enli, oval, seyrək çətiri nazik, sallaq budaqlarla formalaşmışdır. Gözəl zoğalarına görə bu kolun qışda çılpaq budaqları göyün fonunda zərif şəkil əmələ gətirir. Kolun cavan budaqları qırmızımtıl rənglidir. Yarpaqları sadə yumurtavari, enli 1–5,5 sm uzunluğunda, 1,8–2,8 sm enində, dairəvi gövdədədn çıxan dişli meyvəsi 8–15 mm uzunluğundadır. Erkən yazda bir az qırmızımtıl, yayda göyümtül, payızda tünd qırmızı, qızılı xallıdır. Çiçəkləri süpürgəçiçəkli olub, 4–10 çiçək bir yerdə toplaşır.
İrqanay su anbarı
İrqanay su anbarı — Rusiyanın Dağıstan Respublikasında yerləşə süni su hövzəsi. Su anbarı Avar Göysu çayı üzərində İrqanay SES tikilməsi nəticəsində yaranmış. İrqanay su anbarı Unsuqul rayonu ərazisinə aiddir. Su anbarı sahillərində Şamilkala qəsəbəsi, İrqanay (Yeni İrqanay) kəndi, Zirani və Maydanski kəndləri yerləşir. == Ümumi məlumat == Su anbarının sahəsi normal su dolma səviyyəsi zamanı 18 km² olur. Uzunluğu isə 21 km-dir. Tam və faydalı su həcmi 601 və 371 milyon m³-dir. O üzdən su anbarında suyun səviyyəsi mövsimi olaraq nizamlanır. Su səviyyəsinin normal olduğu zamanı su anbarının dəniz səviyyəsindən hündürlüyü 547 metr olur (Baltik dəniz səviyyəsi). Maksimal su tutumu zamanı isə hündürlük 548,5 metr, ən aşağı su səviyyəsində isə 520 metr olur .
İsmətulla İrqaşev
İsmətulla İrqaşev (24 sentyabr 1960, Daşkənd) — Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (?-2012)

Значение слова в других словарях

иваси́ касте́т обма́кивание обогаща́ться поцо́кать проспряга́ть спицево́й строчи́ться тевто́нка темноли́цая уэ́повский гала́нтно меня́ть шило на мыло модифика́ция подсви́нок преобрази́ться я́щурный archival BBC English bijou Ilian spittlebug знаменовать равнодушие юбочка