İRSİYYƏT

is. [ ər. ]
1. Orqanizmin öz əcdadından almış olduğu təbii xüsusiyyətlərin məcmusu.
2. Canlı orqanizmin öz fiziki və psixi xüsusiyyətlərini nəslinə keçirmə hadisəsi. İrsiyyət haqqında nəzəriyyə.
– Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cildcild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə.

Etimologiya

  • İRSİYYƏT Ərəbcə varis sözü ilə kökdaşdır, “irsən (nəsildən-nəslə) keçən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İRSİLİK
İRŞAD
OBASTAN VİKİ
İrsiyyət
İrsiyyət – orqanizmlərin ayrılmaz bir xassəsi kimi çoxalma zamanı öz xüsusiyyət və əlamətlərinin nəslə ötürülməsidir. Nəsildən-nəslə ötürülən əlamətlər xromosomlarda yerləşən genlərlə idarə olunur. Bəzən bir əlamətin özünəməxsus bir geni olmur. Bu əlamət iki genin qarsiliqli təsiri sayəsində meydana gəlir. Bəzən da daha çox qeyri-allel genlərin birgə təsirindən yeni bir əlamət və ya xüsusiyyət meydana çıxır ki, bu hadisə genlərin qarşılıqlı təsiri adlanır və aşağıdakı tipləri var: komplementar epistatik polimer modifikasiyalaşdırıcı pleyotropMəlumdur ki, irsiyyət xromosomlarda yerləşən genlərle nəslə ötürülür. Xromosom nukleoprateid strukturuna malik olan bir cisimdir, onun tərkibinə dezoksiribonuklein turşusu (DNT), əsas zülallar – histonlar, qeyri-histon zülallar və az miqdarda ribonuklein turşusu daxildir. Beləliklə, irsi informasiya dezoksiribonuklein (DNT) turşusunun iştirakı ilə həyata keçir. DNT molekulunun quruluşunda dəyişkənlik, orqanizmin əlamət və xüsusiyyətlərinin dəyişkənliyinə səbəb olur. DNT -108 və hətta daha çox nukleotidlərdən ibarət olan mürəkkəb biopolimerdir. Hər bir nukleotid üç komponenti özündə birləşdirir: fosfor turşusu qalığı (fosfat) şəkər pentoza (dezoksiriboza) dörd azot əsaslarından biri: purinlərdən adenin (A) və quanin (Q), pirimidinlərdən timin (T) və ya sitozin (S) == İrsi xəstəlikləri yaradan səbəblər == Gen səviyyəsində baş verən xəstəliklər insan cəmiyyətinin mövcud olduğu vaxtdan melumdur: Hemofiliya və talassemiya bu xəstəliklərin mərkəzində dayanır.

Digər lüğətlərdə

адида́с вперви́нку иссверли́ть ликтро́с насуда́чить недои́мочный свиде́тельская то́лько что..., как вдру́г тракторизи́роваться затира́ться люстрацио́нный тре́нер фордыба́чить чем бог посла́л завидовать ambilateral battle-ground mistime orange lily place-name pumpkin satiric scrambler по-над сушёный