İRAMİN
İRFAN
OBASTAN VİKİ
Gülüstani-İrəm
Gülüstani-İrəm — Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani - İrəm» əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu mənbələr içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn Hövqəl, İbnələsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır. Abbasqulu Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini rus dilinə də tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunmuşdur. == Mənbələri == A. Bakıxanov "Gülüstani-İrəm" əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tasit Kornelli, Plutarx, Movses Xorenli, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn əl-Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xondəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s.
Təngi-İrəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
İrəm Dərici
İrəm Dərici (d. 21 mart 1987, İstanbul, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisadır. == Həyatı və karyerası == İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyanın Piano bölməsini bitirmişdir. İstanbul Bilgi Universitetinin Sosiologiya bölməsini bitirdikdən sonra, O Ses Türkiye mahnı müsabiqəsinə qatılmışdır."Monopop" adlı qrupla bir müddət səhnə almışdır.2012-ci ildə "Bensiz Yapamazsın" ilk sinqlını, 2013-cü ildə isə "Düşler Ülkesinin Gelgit Akıllısı" sinqılını təqdim edir. 2013-cü ilin sentyabr ayında "2" adlı max-sinqılını təqdim edir. Max-sinqldan "Sevgi Olsun Taştan Olsun", "Zorun Ne Sevgilim" mahnılarına klip çəkdirir. Daha sonra türk müğənni Neşet Ertaşın "Neredesin Sen?" mahnısını yenidən ifa edərək təqdim edir. 2014-cü ildə "Kalbimin Tek Sahibine" sinqılını təqdim edir.Bu mahnı İrəm Dəricinin məşhurluğunu daha da artırır. 2014-cü ildə ikinci max-sinqılı "3"-ü təqdim edir.Max-sinqlda "Bir miyiz?", "Nabza Göre Şerbet" mahnılarına klip çəkdi.
İrəm şəhəri
İrəm (Ərəbcə:ارم) — Quranda Ahkəf adı ilə qeyd edilən, Yəmən ilə Umman arasında yerləşən çoxmərtəbəli evləri, möhtəşəm sarayları və məşhur İrəm bağlarıyla tanınan bir şəhərdir. Bu şəhərin adı Fəcr surəsinin 6 və 8. ayətlərində keçər və Əd qəbiləsininnin yaşadığı şəhər olarax tanımlanır. Köhnə mətinlərdə şəhər və topluluq haqqında, hökumdarlarının Cənnətə bənzətmək məqsədilə bir bağ inşa elətdirdiyi və bağa "İrəm Bağı" deyildiyi ifadə edilir. Quranda yazılanlara görə bu şəhər və Əd qəbiləsi ilahi cəzaya uğradılmış və yerlə bir olmuşdur. Quranda İrəm şəhərindən "diyarlar içərisində bənzəri yaradılmamış və yüksək binalarla dolu" şəklində bəhsedilir. Quran xaricindəki müqəddəs kitablarda bu şəhərdən və xalqından bəhsedilməz. Arxeoloq Nicholas Clapp tərəfindən 1990-cı illərin əvvəlində Yəməndə tapılan və Ubar adı verilən şəhərin İrəm olduğuna inanılır. == İbn Xəldunun rəyləri == İbn Xəldun "Müqəddimə" adlı əsərində İrəm haqqında belə deməktədir: "İrəm Şəhəri, İrəm oğlu Avs oğlu Adındı. Şədid və Şəddad deyə iki oğlu vardı.
İrəm Yaman
İrəm Yaman (türk. İrem Yaman) — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018). == Şəxsi həyat == İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb. Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır. == Karyera == === Kikboksinq === 2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. === Taekvondo === Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir.
İrəməl dağı
İrəməl dağı (başq. Ирәмәл) — Cənubi Uralda hündürlüyünə görə ikinci ən böyük dağ. Zirvə Başqırdıstan Respublikası Uçalı rayonunun şimal-qərbində, Belores rayonun şimal-şərqində yerləşir. Başqırdıstanın şərqində, Cənubi Ural dağlarının ən hündür zirvəsi olan Yamantau dağı Böyük İrəməldən 53 km şimal-qərbdə yerləşir. Dağ öz növbəsində iki zirvəli bir massivdir: Böyük İremel Qaban adlı platoyabənzər zirvə, hündürlüyü 1582,3 m; Kiçik İremel, hündürlüyü 1449,4 metr.Zirvələr öz növbəsində eni 1 km, hündürlüyü 1200—1250 metr olan sahə ilə ayrılırlar. Uzunluğu şimal-şərqdən cənub qərbə 12 km, şimal-qərbdən cənub-şərqə 8 km təşkil edir. Dağın yaxınlığından Tıqın, Sinyak, Böyük Avnyar, Karaqayka və Tyulyuk çayları axır. Bu çaylar öz növbəsində Ağidel çayının qollarıdır. Bu çay öz başlanğıcını Avalyak silsiləsindən götürür. Başqırdıstan Respublikası Hökumətinin qərarı ilə İrəməl dağı və Avalyak silsiləsi təbiət parkı elan edilmişdir.

Digər lüğətlərdə

горба́чить поджа́рить рачи́ть сабза́ свина́рня спа́ться хитреца́ безжи́зненность из... криоге́нный нищебро́дка пому́чать балда Callisto dew-retting pseudo scintilloscope time-symmetric trindle обносить подводчик поршневой рабыня хлопотунья щука