İSA

Allahın köməyi, Tanrının yardımı, mərhəməti (y."Yexoşua", yun. "İisus" adının ərəbləşmiş forması).
İRZA
İSABABA
OBASTAN VİKİ
Ayn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Eyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar, Rəbb və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar. Quran İsanın müsəlman olduğunu iddia edir. Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.
Həzrət İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar, Rəbb və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar. Quran İsanın müsəlman olduğunu iddia edir. Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.
Madinat-İsa
Madinat-İsa (ərəb. مدينة عيسى‎) — Manamadan cənub-qərbdə yerləşən, Bəhreyn krallığının Mərkəzi müzəfazasında yerləşən şəhərdir. Şəhərin əsası 1963-cü ildə qoyulmuşdur. 2010-cu il məlumatlarına əsasən şəhərin əhalisi 40000 nəfərdən azdır. == Etimologiya == Şəhər İsa ibn Salman Al-xəlifənin adı ilə adlandırılmışdır. Xəlifə 1961-ci ildən 1999-cu ilə qədər Bəhreynin kralı olmuşdur. == Tarixi == Madinat-İsa dövlət maliyyələşdirilməsi nəticəsində yaranmışdır və əsas plana əsasən tikilmişdir. Gələcəkdəki layihələrin daha çox ambisiyası üçün bu layihə nümunə oldu. Buna Həməd şəhərinin və Faşt-əl-Adxam şəhərlərinin layihəsini misal göstərmək olar. Şəhərin əsası 16 dekabr 1963-cü ildə qoyulmuşdur.
İsa Abbasov
İsa Faiq oğlu Abbasov (2 avqust 1996; Gəncə, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsa Abbasov 1996-cı il avqustun 2-də Gəncə şəhərində anadan olub. 2003-2014-cü illərdə Gəncə şəhərində M. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Tarix müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == İsa Abbasov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan İsa Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsa Abbasov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İsa Abdullayev
İsa Abdullayev (azərb. Abdullayev İsa Mədəd oğlu‎) — Azərbaycan alimi, texniki elmlər doktoru (1992), professor (1993), Əməkdar elm xadimi (2000), Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (1999), ADNA İstehsalat proseslərinin avtomatlaşdırılması fakülətsinin dekanı. == Həyatı == 1963-cü ildə orta məktəbi qızıl medalla bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1968-ci ildə İstehsalat proseslərinin avtomatlaşdırılması faklütəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə aspiranturaya daxil olmuş və 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İsa Abdullayev pedaqoji-elmi fəaliyyəti həmişə Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlı olmuşdur. O, burada assistent, dosent və avtomatika, telemexanika və elektronika kafedrasının müdiri işləmişdir. 1992-ci ildən doktorluq dissertasiyasını müdafiə edib texnika elmlər doktoru alimlik dərəcəsi, 1993-cü ildə isə professor elmi adını almışdır. İstehsalat proseslərinin avtomatlaşdırılması fakülətsinin dekanı olub. İsa Abdullayevin elmi fəaliyyəti, təkcə Azərbaycanla məhdudlaşmayıb. 1979–1980-cı illərdə o, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşən Pensilvaniya Universitetində Fulbrayt fondunun təsis etdiyi IREX (Beynəlxalq elmi tədqiqatlar mübadiləsi) proqramı üzrə xarici həmkarları ilə elmi tədqiqat işləri aparmışdır.
İsa Alıyev
İsa Hüseyn oğlu Alıyev (8 oktyabr 1953, Qalasar, Mikoyan rayonu) — iqtisad elmləri doktoru, AMEA İqtisadiyyat İnstitutunun direktoru. == Həyatı == İsa Alıyev 8 oktyabr 1953-cü ildə Dərələyəz mahalının (indiki Ermənistan SSR) Yexeqnadzor rayonunun Qalaser kəndində anadan olmuşdur. Orta məktəbi 1970-ci ildə bitirmiş, 1970–75-ci illərdə keçmiş D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun "Siyasi iqtisad" ixtisası üzrə qəbul olmuş və oranı bitirmişdir. 1975-ci ildə əyani aspiranturaya qəbul olmuş, 1976–77-ci illərdə Ordu sıralarında hərbi xidmətdə qulluq etmişdir. 1982-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda "Aqrar sənaye birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi" adlı 08.00.01 siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş, 2005-ci ildən isə "Azərbaycanda aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi" adlı doktorluq dissertasiyasını 08.00.05 ixtisası üzrə müdafiə etmişdir. AMEA İqtisadiyyat İnstitutu direktor vəzifəsini icra edən iqtisad elmləri doktoru, baş elmi işçi, institutun Elmi Şurasının üzvü Alıyev İsa Hüseyn oğlu uzun müddətdir ki, elmi-tədqiqat işlərini yerinə yetirməkdə və onlara rəhbərlik etməkdə, eləcə də yüksək ixtisaslı elmi kadrların hazırlanmasında mühüm təcrübəyə, nüfuza malik olan elm adamlarımızdandır. Onun rəhbərliyi və iştirakı ilə bir sıra – Respublikamızın milli iqtisadiyyatının və müstəqilliyinin məntiqini ifadə edən, aqrar sahənin idarəolunması ilə bağlı elmi tədqiqat işləri yerinə yetirilmişdir. O, 1991–95-ci illərdə "Respublikamızın ASK-nın təsərrüfat mexanizminin təkmilləşdirilməsi", 1995–2000-ci illər ərzində isə "Aqrar münasibətlərin bazar tələblərinə uyğun təkmilləşdirilməsi" adlı elmi-tədqiqat işlərinə rəhbərlik etmiş və mühüm təsərrüfat əhəmiyyətli nəticələr əldə etmişdir. İ. H. Alıyev eyni zamanda bir sıra hökumət və dövlət əhəmiyyətli işlərin də yerinə yetirilməsində bilavasitə və bilvasitə iştirakçı olmuş, bir sıra monoqrafiyanın müəllifi kimi də tanınmışdır. Onun 6 fərdi, 8 kollektiv monoqrafiyası, 130-a yaxın elmi məqalə, tezisi və qəzet yazıları vardır.
İsa Astamirov
İsa Astamirov (1952, Qazaxıstan SSR – 27 yanvar 2000, Qroznı) — Çeçen hərbçi və dövlət xadimi, tanınmamış Çeçen İçkeriya Respublikası liderlərindən biri, İçkeriya milli ordusunun briqada generalı, Çeçen İçkeriya Respublikasının müstəqilliyi uğrunda hər iki Çeçenistan müharibəsinin fəal iştirakçısı. ÇİR Silahlı Qüvvələrinin Cənub-Qərb istiqaməti komandirinin qərargah rəisi, həmçinin Gelayevin 1-ci müavini (Xızır Xaçukayevin 1995-ci ildə hərbi rütbəsinin yüksəlməsindən sonra) olur. İqtisadiyyat naziri (1997), Baş nazirin iqtisadiyyat üzrə müavini (1998) işləmişdir. 27 yanvar 2000-ci ildə Qroznıda vəfat etmişdir. Çeçen İçkeriya Respublikasının Prezidenti Aslan Masxadovun fərmanı ilə o, ölümündən sonra Çeçen İçkeriya Respublikasının ali mükafatı olan “Millət şərəfi” ordeni ilə təltif edilmişdir. == Bioqrafiyası == İsa Astamirov 1952-ci ildə çeçenlərin deportasiyasından sonra Qazaxıstan Sovet Sosialist Respublikasında anadan olmuşdur. Elə ilk təhsilinidə orada almışdır. Qazaxıstanda ali təhsil belə alır. İxtisasca inşaat mühəndisi olaraq fraəliyyət göstərir. Bir müddət Sverdlovsk və Perm vilayətlərində işləyir.
İsa Axunbayev
İsa Konoyeviç Axunbayev (qırğ. Иса Ахунбаев; 12 (25) sentyabr 1908 – 5 yanvar 1975, Çuy vilayəti) — Sovet cərrahı, Qırğızıstanda döş qəfəsi cərrahiyyəsinin qurucusu. Akademik (1954), Qırğızıstan SSR Elmlər Akademiyasının ilk prezidenti (1954–1960), SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü (1948). Tibb haqqında 110, müxtəlif sosial mövzularda 100-dən çox sənədin müəllifidir. == Həyatı == İsa Konoevich Axunbayev 25 sentyabr 1908-ci ildə İssık-Gölün sahilində yerləşən Tur-Ayqır (müasir adı Toru-Ayqır) kəndində anadan olub. Valideynləri ilə birlikdə uşaqlığını Çində keçirdi, burada 8 yaşında otlaqda işləməyə başladı. Yalnız 15 yaşında, qayıtdıqdan sonra kənd məktəbində oxumağa başladı. Tibb fakültəsini bitirmiş və 1930-cu ildə Daşkənddəki Orta Asiya Universitetinin tibb fakültəsinə daxil olmuşdur, oradan 1935-ci ildə bitirmişdir. 1936-cı ildən etibarən Frunze Şəhər Xəstəxanasının cərrahi şöbəsində həkim işləyir. 1941-ci ilin sentyabrında Axunbayev Qırğızıstan Dövlət Tibb İnstitutunda işə başladı.
İsa Bağırov
İsa Cəfər oğlu Bağırov (19 dekabr 1983, Bakı) — Rusiya psixoanalitiki, hipnoloqu, mentalisti, televiziya aparıcısı. == Həyatı == İsa Bağırov 19 dekabr 1983-cü il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Milliyyəti azərbaycanlıdır. Anası – Qalina İslamovna Bağırova – "Bitva ekstrasensov" (Ekstrasenslərin savaşı) şousunun 8-ci mövsümünün iştirakçısıdır (üç finalçıdan biri olmuşdur). Qalina Bağırova Bakı şəhəri İncəsənət İnstitutunun aktyorluq fakültəsinin məzunudur, filmlərdə çəkilir, o cümlədən "Kodeks molçaniya-2" filmində və "Dronqo" seriyalında çəkilmişdir. İsa Bağırov 2005-ci il tarixində Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər" fakültəsini bitirmişdir. 2019-cu ildə K. E. Siolkovski adına Kaluqa Dövlət Universitetinin "Hüquqi psixologiya" fakültəsinin məzunu olmuşdur. Münhen parapsixologiya institutunun tədris proqramı üzrə ekspertidir. == Televiziya karyerası == Hipnoz fenomenlərinin tədqiqatçısı, mənfi psixoemosional vəziyyətlərdən ani qurtulma metodikalarının müəllifidir. Qeyri-verbal kommunikasiyaların və müasir psixotexnologiyaların uyğunluğunu öyrənir və praktikada tətbiq edir.
İsa Cavadoğlu
İsa Cavadoğlu (İsayev İsa Cavad oğlu; d. 12 may 1931. Əyyublu, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) - Azərbaycan şairi, publisisti, pedaqoqu; Azərbaycan Yazıçılar Birliyinin üzvü. "Varislər" ədəbi məclisinin rəhbəri (1970-indi). == Həyatı == İsa Cavadoğlu 1931-ci il may ayının 12-də Tovuz rayonunun Aşağı Ayıblı (indiki Əyyublu) kəndində anadan olub. 1939-cu ildə Aşağı Ayıblı Cırdaxan yeddiillik məktəbinin 1-ci sinfinə daxil olub, 8 və 9-cu sinifləri həmin kənddəki orta məktəbdə oxuyub və burada 10-cu sinif olmadığı üçün 1949-cu ildə Aşağı Quşçu kənd orta məktəbi bitirib. Əyyublu kənd orta məktəbində pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1950-1954-cü illərdə Gəncə Dövlət Universitetinin (keçmiş APİ) Dil-ədəbiyyat fakültəsində ali təhsil alıb, təyinatla vaxtilə Tovuz rayonunun ərazisi olan Keşkənd orta məktəbində müəllim işləyibdir. 1956-cı ildən doğma kəndlərindəki Cırdaxan yeddiillik məktəbində müəllim, sonra orta məktəb olan həmin təhsil ocağında (Əyyublu kənd iki nömrəli orta məktəb) dərs hissə müdiri, direktor, Engels adına sovxozda partiya təşkilat katibi, 1966-cı ildən Tovuzda “Həqiqət” qəzetinin "Ədəbiyyat və incəsənət" şöbəsinin ştatdankənar müdiri, 1970-ci ildən bu günə qədər həmin qəzetin nəzdində yaradılmış Aşıq Hüseyn Bozalqanlı adına "Varislər" ədəbi məclisinin rəhbəri, 1984-cü ildən pensiya yaşına qədər Əyyublu kənd 1 nömrəli orta məktəbdə təşkilatçı müavin, 2011-ci ilin sentyabr ayına qədər əmək veteranı və baş müəllim kimi həmin məktəbdə ixtisas üzrə fəaliyyətini davam etdirib. == Yaradıcılığı == Ömrünün erkən gənclik dövründən şeir yazmağa başlayıb, oxuduğu və işlədiyi zamanlarda ədəbi-bədii yaradıcılıqla da ciddi məşğul olub.
İsa Cəfərov
İsa Cəfərov (tam adı: Cəfərov İsa Ağa oğlu; d. 21 oktyabr 1949) — kimya üzrə fəlsəfə doktoru, ADPU-nun Kimya fakültəsinin “Üzvi kimya və kimya texnologiyası” kafedrasının müəllimi. == Qısa bioqrafik məlumat == 1949-cu il oktyabrın 22-də Ermənistan Respublikası Qafan rayonunun Kurud kəndində anadan olub. 1967-ci ildə Qafan rayonu Gığı kənd orta məktəbini “Gümüş medalla” bitirib. Evlidir. Bir qızı, iki oğlu var. == Təhsili == 1971-ci ildə ADPU-nun kimya fakültəsini “fərqlənmə diplomu” ilə bitirib. 2012-ci ildə 02.00.03 – Üzvi kimya ixtisası üzrə dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəсəsini alıb. == Əmək fəaliyyəti == 1971-1983-cü illərdə Naxçıvan MR Culfa rayonunda orta məktəbdə müəllim 1984-1989-cu illərdə ADPU-nun “Üzvi kimya və kimya texnologiyası” kafedrasında laborant. 1989-2009-cu illərdə ADPU-nun “Yeni bioloji aktiv birləşmələr” ETL-də böyük elmi işçi 2009-cu ildən hal-hazıra qədər ADPU-nun “Üzvi kimya və kimya texnologiyası” kafedrasında müəllim == Apardığı dərslər == Üzvi kimya Üzvi sintez Müasir təlim texnologiyaları Aşqarlar kimyası Neft kimyası və neft kimyəvi sintez.
İsa Hümmətov
İsa Rüstəm oğlu Hümmətov (21 mart 1931, Bayburt – 11 noyabr 1990, Bakı) — Azərbaycan nasiri, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988). == Həyatı == İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib İrəvanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.
İsa peyğəmbər
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar, Rəbb və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar. Quran İsanın müsəlman olduğunu iddia edir. Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.
İsa qalası
İsa qalası (port. Forte Jesus de Mombaça) — Keniyadakı Mombasa adasında yerləşən qala. İtalyan Covanni Battista Kayrati tərəfindən dizayn edilmiş, Portuqaliya kralı II Filipin əmri ilə Mombasanın Köhnə Limanını qorumaq üçün 1593–1596-cı illərdə inşa edilmişdir. İsa qalası portuqaliyalıların Suahili Sahilində saxladığı yeganə qala və Qərb hakimiyyətinin Hind Okeanı ticarəti üzərində təsir qurma cəhdinin bir vəsiyyəti idi.Qalanın dizayneri Kairato, usta inşaatçı isə Qespar Rodriqes idi. Qala Kairatonun sonuncu xarici işi idi. İsa qalasının dizaynının İntibah memarlığının bir nümunəsi olmasına baxmayaraq, hörgü üsulları, tikinti materialları və əməyin yerli suahili xalqı tərəfindən təmin olunduğuna inanılır. Qala bir adam şəklində qurulmuşdur (havadan baxıldıqda). Təxmini forması kvadratdır və künclərində dörd dayaq var. Qala keçmiş İntibah hərbi istehkamlarının şah əsəri hesab olunur. İsa qalası 1631-ci ildə Portuqaliyalılar qalanı Mombasalı Sultan Yusuf ibn əl-Həsənə uduzduğu və 1895-ci ildə Britaniya hakimiyyəti altına düşdüyü və həbsxanaya çevrildiyi zamanlar arasında ən azı doqquz dəfə tutulmuş və geri alınmışdır.
İsa xan
İsa xan Gürcü — Şəki hakimi (1574-1580)
İsa Çələbi
İsa Çələbi (1378, Kütahya – sentyabr 1403, Əskişəhər) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri. == Həyatı == Şahzadə İsa Çələbi 1378-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatundur. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və Süleyman Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər. 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1391-ci ildə işğal edilən Həmidoğulları bəyliyinin torpaqları İsa Çələbinin idarəsinə verildi. Bu vəzifədə ikən qardaşları kimi Niqbolu döyüşündə (1396) iştirak etməmiş, əmrindəki birliklərlə Anadolunu mühafizə etmişdir. Ankara döyüşündə (1402) isə atası İldırım Bəyazidin mərkəzdəki qüvvələrinin gerisində qardaşları Mustafa Çələbi və Musa Çələbiylə yer aldı. Məğlubiyyətin ardından döyüş meydanından qaçaraq Balıkəsir yaxınlarında bir köşkdə gizləndi.
İsa İsayev
İsayev İsa Hüseyn oğlu (15 aprel 1950, Məlikli, Zərdab rayonu) — Azərbaycan həkimi, Azərbaycanın Əməkdar Elm Xadimi , tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri . Beynəlxalq Ekoenergetika Akademiyasının müxbir üzvü, Amerika, Avropa və Rusiya terapevt-onkoloq-radioloq cəmiyyətlərinin həqiqi üzvü, professor, əməkdar elm xadimidir. 300-dən çox elmi işin, 8 monoqrafiyanın, tibbi dərsliklərinin müəllifidir. 20 tibb elmləri namizədi, 1 elmlər doktoru hazırlamışdır. İsa Hüseyn oğlu İsayev 15.04.2020 ildə Respublika Prezidenfi tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Həyatı İsa İsayev 1950-ci ildə Zərdab rayonunun Məlikli kəndində doğulub. == Təhsili == 1.09.1966-07.1972 - N.N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakultəsi; X.1975-X.1977 - SSRİ Tibb Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunda (Obninsk şəhəri) 2 illik «tibbi rentgenologiya və radiologiya» üzrə klinik ordinatura. X1.1987-X1.1989-ci illər-SSRİ Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzində (Moskva şəhəri) klinik onkoradiologiya üzrə doktorantura. Dissertasiyalar: 23.X1.1981- SSRİ TİBB Elmləri Akademiyasının Tibbi Radiologiya İnstitutunun (Obninsk şəhəri)Elmi Şurasının qərarı ilə tibb elmləri namizədi, 19.01.1990-ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb Elmləri Doktoru elmi dərəcəsi verilmişdir. == Əmək fəaliyyəti == 1972-1974-SSRİ Ordu sıralarında həkim.
İsa İsmayılov
İsa İsmayılov (tam adı: İsa Namaz oğlu İsmayılov 26 may 1946, Axta rayonu) – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, FTT ixtisası üzrə elmi seminarın sədri, pedaqogika üzrə elmlər doktoru, ADPU-da FD 02.061 Müdafiə Şuasının üzvü, Şura yanında FTT ixtisası üzrə elmi seminarın sədri, Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası, pedaqogika üzrə elmi şuranın üzvü. == Həyatı == 1946-cı ildə Qərbi Azərbaycanın Razdan (Axta) rayonunun Qayıqocalı(Axundov) kəndində anadan olub. 1956-cı ildə Axundov kənd səkkizillik məktəbin VI sinfini, 1962-ci ildə Saatlı rayonu Xanlar kənd orta məktəbini bitirmişdir. 1962–67-ci illər V.İ. Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1967–71-ci illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir. 1967–70-ci illərdə Saatlı rayonunu Fətəli kənd orta məktəbində riyaziyyat-fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1970–73-cü illər Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 1974–83-cü illərdə V.İ. Lenin adına APİ-də laborant, laboratoriya müdiri, 1983–85-ci illərdə APİ-nin "Fizikanın tədrisi metodikası" kafedrasının müəllimi, 1985-ci ildə İnstitut metod şurasının katibi, 2000–2004-cü illərdə ADPU-nun ixtisaslaşmış dissertasiya şurasının elmi katibi, 2014-cü ildən ADPU-nun metod şurasının sədr müavini, 2007–2016-cı ilə qədər "Testlərin keyfiyyətinə nəzarət və qəbulu" komissiyasının sədri, 2016–17-ci ildə "Fizika texnologiya" fakültəsinin metod şurasının sədri, Universitetin dissertasiya şurasının elmi katibi, 2013–15 və 2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Fəlsəfə, pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası üzrə ekspert şurasının üzvü kimi ictimai işləri yerinə yetirmişdir. 1985–89-cu illərdə baş müəllim və inistitut bilik cəmiyyətinin elmi katibi, 1989–2017-ci illərdə N.Tusi adına ADPU-nun "Fizikanın tədrisi metodikası" kafedrasının dosenti, 1996–2003-cü illərdə "Aspirantura, Doktorantura və Magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1980-ci ildə Moskva Hərbi Siyasi Elmlər Akademiyasının generalı, Moskva Politexnik muzeyinin nəzdində "Texniki vasitələr və proqramlaşdırılmış təlim" fakültəsinin dekanı, prof. İ.İ.Tixonovun rəhbərliyi altında "Orta məktəbdə fizikanın tədrisində texniki vasitələr və proqramlaşdırılmış təlimdən kompleks istifadənin effektliyi" mövzusunda dissertasiya müdafiə edərək, fizikanın tədrisi metodikası ixtisası üzrə elmlər namizədi, 2011-ci ildə isə "Ümumtəhsil məktəblərində Fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2013-cü ildə pedaqogika üzrə elmlər doktoru(fizikanın tədrisi metodikası ixtisası üzrə) elmi dərəcəsini almışdır.
İsa İsmayılzadə
İsa Mustafa oğlu İsmayılzadə (15 mart 1941, Gürcüstan SSR – 14 iyul 1997, Bakı) — şair, tərcüməçi, publisist, 1969-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1980). == Həyatı == İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. 1958–1963-cü illərdə burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == 1963–1964-cü illərdə Qardabanidə orta məktəbdə müəllim, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1968–1981), "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili veriliş baş redaksiyasında (müqavilə ilə) musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). == Yaradıcılığı == Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) almanaxında və "Azərbaycan gəncləri" qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır. Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət vermiş, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak etmişdir. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir. 1997-ci il iyulun 14-də vəfat etmişdir.
İsa Şükürov
İsa Şükürov (31 avqust 1985, Bakı) — Azərbaycanlı jurnalist, teleaparıcı və ShowNews.az saytının təsisçisi və baş redaktoru. == Həyatı == İsa Heydər oğlu Şükürov 1985-ci il avqust ayının 31-i Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində anadan olub. Atası Heydər Şükürov 30-35 il əsasən ticarətlə məşğul olan kiçik sahibkar olub. Anası Şükürova Gülnar İsa qızı 35 il müəllimə işləyib. 2017-ci ildə xərçəng xəstəliyindən vəfat edib.İsa Şükürov 2003-cü ildə 157 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinə daxil olub. Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavr dərəcəsini 2007-ci ildə bitirən İsa Şükürov həmin il yüksək balla eyni ixtisasın magistraturasına daxil olub. 2010-cu ildə fərqlənmə diplomu ilə magistr dərəcəsinə yiyələnib. 2011-ci ildən ANS telekanalında aparıcı olaraq jurnalistikaya başlayıb. Heç vaxt ailəli olmayıb.
İsa Əhmədov
İsa Vəli oğlu Əhmədov (1 iyul 1941, Qazax rayonu – 2010, Bakı) — Azərbaycan iqtisadçı alimi, professor, BMT yanında Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü və bu akademiya xətti ilə keçirilən "Dünya informasioloqlarının elitası" müsabiqəsinin qalibi olmaqla xüsusi diploma layiq görülmüşdür. Respublikamızda riyazi üsulların iqtisadiyyatda tətbiqi sahəsi üzrə ilkin tədqiqatçılardan olmaqla kənd təsərrüfatının idarəedilməsi sahəsində tədqiqat aparan ilk alim, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda "İqtisadi-riyazi üsullar" şöbəsinin təsisçisi və müdiri, Azərbaycan Respublikası Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında prorektor, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi çərçivəsində icrası təmin edilən və Dünya Bankı tərəfindən maliyyələşən "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsi"nin İnformasiya və məsləhət xidmətləri komponentinin rəhbəri. "Əmək şöhrəti" medalı ilə təltif olunmuşdur. == Həyatı == İsa Əhmədov 1 iyul 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1949-cu ildə Qaymaqlı kəndindəki orta məktəbin 1-ci sinfinə getmiş və 1959-cu ildə həmin məktəbi bitirərək Azərbaycan Kənd Təsərrüfatı institutunun Kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinə daxil olmuşdur. 1964-cü ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda elmi işçi və mühəndis proqramlaşdırıcı vəzifəsində çalışmış, 1967-ci ildə Ümumittifaq Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda "İqtisadi hesablamalarda riyazi üsulların və elektron hesablayıcı maşınların tətbiqi" ixtisası üzrə aspiranturaya daxil olaraq, 1971-ci ildə "Kənd Təsərrüfat məhsullarının tədarük tapşırıqlarının optimal yerləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Aspiranturanı qurtardıqdan sonra SSRİ Kənd Təsərrüfat Nazirliyinin Baş Hesablama mərkəzinə təyinatla işə göndərilmişdir. 1972-ci ildən 1979-cu ilə kimi Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutuna "İqtisadi tədqiqatlarda riyazi üsullar" şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1979-cu ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "İdarəetmə və hüquq" kafedrasının müdiri, 1990–2000-ci ilə kimi elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 2000-ci ildən ömrünün son günlərinə kimi Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi çərçivəsində icrası təmin edilən və Dünya Bankı tərəfindən maliyyələşən "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsi"nin İnformasiya və məsləhət xidmətləri komponentinin rəhbəri vəzifəsində çalışmışdır.
İsa Əliyev
İsa Əliyev (1939, Noraşen rayonu – 24 dekabr 1997, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası) — Naxçıvanın əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı."Lenin" ordeni Kavaleri. üzümçü, Sov.İKP üzvü == Həyatı == 1939-cu ildə Naxçıvan MSSR (hazırda Azərbaycan Naxçıvan MR Şərur rayonu) Çomaxtur kəndində anadan olub. 1955-ci ildə "1 may" kolxozunda suçu, manqabaşı və briqadir kimi əmək fəaliyyətinə başlamışdır. İsa Əliyev 1955-ci ildə yüksək əmək göstəricisinə nail olmuşdur. Kalxozçuluq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş,plan və sosialist öhdəliklərinin yerinə yetirilməsində dövlətə taxıl, pambıq, üzüm, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalının və satışının artırılması üzrə Ümumittifaq sosializm yarışında qazandığı nailiyyətlərə görə 27 dekabr 1976-cı il tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, əmək rəşadəti göstərdiyinə görə Əliyevə İsa Musa oğlu Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 2-dəfə "Lenin" ordeni,"Şərəf nişanı" ordeni ilə təltif olunub. Sov.İKP-nin XIX qurultayının da nümayəndəsi olub. 24 dekabr 1997-ci ildə vəfat edib..
İsa Əzimbəyov
İsa Əzimbəyov (?-?) — Azərbaycan arxeoloqu və epiqrafı, Azərbaycan Arxeologiya Komissiyasının üzvü, şair. == Həyatı == 1920-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətində, o cümlədən də Azərbaycan Arxeoloji komitəsində işləməyə başlayıb. Arxeoloqlarla birlikdə bütün respublikanı gəzmiş, maddi mədəniyyət abidələrini tədqiq etmişdir. O, qədim şərq yazıları üzrə əvəzedilməz mütəxxəsis idi. O, sadəcə kufi xətti ilə olan yazıları (qədimi olduğu kimi yeni kufini də oxuya bilirdi), həm də divani, nəsx və digər xətləri oxuya bilirdi. İ.Əzimbəyov Şirvanşahlar sarayında, Şəki xanları sarayında, Qız Qalası ərazisində və digər yerlərdə arxeoloji qazıntı və restavrasiya işlərində iştirak edib. O, sadəcə epiqrafik yazıları oxumaqla kifayətlənmir onları tədqiq və tərcümə də edirdi. َ 1929-cu ildən Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsinin elmi işçisi işləmişdir. 1920-ci illərdə Azərbaycanın ilk arxeoloq və epiqrafçılarından olan Nardaran ziyalısı İsa Əzimbəyov doğma kəndinin qədim abidələrinin tarixini tədqiq edərək "Azərbaycan Arxeologiya Komitəsinin xəbərləri" adlı jurnalda bu barədə məqalə dərc etdirmişdi.1926-cı ildə Astara rayonu ərazisində epiqrafik abidələrin tədqiqinə təşəbbüs göstərilmişdir. 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur.
Abasət İsayev
Abasət İsa oğlu İsayev (7 oktyabr 1948, Kotam, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Abasət İsayev 1948-ci il oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində[mənbə göstərin] anadan olmuşdur. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası aspiranturaya daxil olub.[mənbə göstərin] Burada selen yaımkeçiricisinin elektron xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1976-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Abasət İsayev 2017-ci ildə professor elmi adını alıb. === Elmi-pedeqoloji fəaliyyəti === Onun həm namizədlik, həm də doktorluq dissertasiyası kristal və amorf selen və selen əsasında olan yarımkeçirici sistemlərdə elektron proseslərinin tədqiqinə həsr olunmuşdur. Abasət İsayev tərəfindən ilk dəfə olaraq selen monokristalında bir sıra qeyri-tarazlıqlı proseslər (qalıq və mənfi fotokeçiricilik, foto və elektro-stimulyasiya effektləri, anomal fotokeçiricilik, fotocərəyanın alçaq tezlikli rəqsləri və s.) müşahidə edilmiş və həmin effektlərin kompleks şəkildə tədqiqi nəticəsində yükdaşıyıcıların generasiya-rekombinasiya proseslərini və dreyfini idarə edən müxtəlif təbiətli baryerlərin parametrləri təyin edilmiş, həmin proseslərin mexanizmi aydınlaşdırılmışdır.İsayev 1994-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir və 2015-ci ildən Fizika institutunun magistrantlarına müxtəlif fənnləri tədris edir. O, 1994–2010-cu illərdə Bakı şəhərindəki 289 saylı məktəbdə (Zəngi liseyində) fizika fənnini tədris edib. Abasət İsayev 2004–2011-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin Fizika fənni üzrə Elmi-Metodiki Şurasının sədr müavini, 2008-ci ildən isə Dövlət İmtahan Mərkəzində Fizika fənni üzrə ekspert olmuşdur.[mənbə göstərin] == Elmi əsərləri == Abasət İsayev 130 elmi əsərin müəllifidir və bunlardan 60-ı ölkədən xaricdə, 40-ı isə beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunmuşdur. O, 4 müəlliflik şəhadətnaməsi və patentin sahibidir. === Əsas elmi əsərləri === A.I. Isayev, S.I.Mekhtieva, N.Z.Jalilov, R.I, Alekperov, Localised states in the band gap of chalcogenide glass-like semiconductors of Se–As system with Sm impurity,Solid State Communications, 149, ISS 1-2, (2009) 45 А. И. Исаев, С.Н. Гарибова ,В.З.Зейналов Алекберов Р.И., Исследование оптических параметров халькогенидной полупроводниковой системы Se-As , содержащей примеси EuF3 Физика и техника полупроводников 2011, том45, вып,8,ст.1026-1030 A.I. Isayev, S. I. Mekhtieva, N. Z. Jalilov, R.I. Ələkbərov V.Z. Zeynalov.
Aleksander İsak
Aleksandr İsak (isv. Alexander Isak ) (21 sentyabr 1999) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund FK klubunda hücumçu kimi çıxış edən peşəkar İsveç futbolçusudur. == Karyerası == === Erkən həyatı === İsak Stokholm şəhər sahəsinin Solna şəhərində anadan olmuşdur. İsakın valideynləri Eritreya vətəndaşlarıdır. O, futbolçu karyerasına altı yaşı olarkən yerli klublardan olan AİK klubunun akademiyasında başlamışdır. === AİK-dəki inkişafı === İsak əsas komanda ilə debütünü 28 fevral 2016-cı ildə İsveç Kubokunda dördüncü liqa təmsilçisi olan Tenhults klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə meydana daxil olmuşdur. 16 yaşında olan İsak görüşdə bir qolla yadda qalmış və komandası 6-0 hesabı ilə qalib gəlmişdir.7 aprel 2016-cı ildə baş məşqçi Andres Alm İsaka Allsvenskandakı ikinci oyun günündə start heyətində yer vermişdir. O, gənc hücumçu həmkarı Karlos Strandberq ilə birlikdə Östersunds klubuna qarşı oyunda iştirak etmişdir. İsak görüşdə qələbə qolunun müəllifi olmuş və komandası 2-0 hesabı ilə qalib gəlmişdir.
Aleksey İsayev
Aleksey Aleksandroviç İsayev (rus. Алексей Александрович Исаев d. 9 noyabr 1995, Krasnoyarsk) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabah klubunun rus əsilli azərbaycanlı futbolçusu.
Alik İsayev
Alik Şakir oğlu İsayev (23 fevral 2001, Xızı rayonu, Azərbaycan – 20 oktyabr 2020, Şuşa) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Şakir oğlu İsayev 2001-ci il fevralın 23-də Xızı rayonunda anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstan Respublikasının Dmanisi rayonu) Hamamlı kəndindən olan Alik İsayevin ailəsi ötən əsrin sonlarında Xızı rayonunda məskunlaşıblar. Alik İsayev 2001-ci il fevralın 23-də — Xızıda anadan olub. Subay idi. == Hərbi xidməti == Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük İkinci Qarabağ müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə də "Canavar" ləqəbli Alik gizirlərlə birlikdə irəli atılıb. Şuşa yolunda 32 erməni quldurunu öldürüb.
Amaurornis isabellina
Sulaves kiçik sufərəsi (lat. Amaurornis isabellina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Anar İsaxlı
Anar Rəsul oğlu İsaxlı (30 may 1997, Cəmilli, Tərtər rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar İsaxlı 1997-ci il mayın 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Anar İsaxlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsaxlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Antuan İsaak Silvestr de Sasi
Antuan İsaak Silvestr de Sasi (fr. Antoine Isaac, Baron Silvestre de Sacy; 21 sentyabr 1758[…], Paris – 21 fevral 1838[…] və ya 22 fevral 1838, Paris) — fransız dilçisi və şərqşünası. == Həyatı == Məşhur fransız şərqşünası və dövlət xadimi Silvestr dö Sasi 1758-ci ildə Parisdə anadan olmuş, 1838-ci ildə orada vəfat etmişdir. Gənc yaşlarından şərqşünaslıqla məşğul olmuş, Şərq dillərini müəllim Don Bartrodan öyrənmişdir. 1781-ci ildə nümuzmatika üzrə məsləhətçi təyin edilmiş, sarayda qədim pulları oxumaqla məşğul imiş. Dörd ildən sonra qədim kitabələr və ədəbiyyat üzrə Fransa akademiyasına akademik seçilir. Fransa hökumətinin təkidilə yaradılmış "Şərq dilləri məktəbi"ndə (1795) ərəb dilindən dərs deyir. "Kollej dö Frans"da fars dili üzrə professor olmuşdur. 1808-ci ildə Fransa senatına deputat seçilmişdir. Burbonlar hakimiyyəti dövrünün (1814–1830) ən fəal xadimlərindən idi.
Arxangelsk teleqülləsi (İsakoqorka)
Arxangelsk teleqülləsi- Arxangelsk in Isakoqorska rayonunda yerləşən televiziya və yayım qülləsidır . Yüksəklik 208 metrdir, televiziya qülləsi Arxangelskdəkı ən hündür binadır və Rusiyada ən yüksək televiziya qüllələri siyahısında 11-ci yerdədir. == Tikinti == Arxangelskdə yeni bir televiziya qülləsi qurma qərarı uzun mübahisələr və müzakirələrdən sonra alındı Belə bahalı layihənin həyata keçirilməsinin motivasiyası Arxangelsk və ətraf şəhərlərdə yayımlanan televiziya və radio yayımı əlverişsiz vəziyyətdə olması idi .Regional televiziyanın daha da inkişaf etdirilməsi üçün ən azı bölgənin mərkəzi şəhərlərinə - Arxangelsk , Severodvinsk , Novodvinsk şəhərlərinə sərbəst televiziya ötürməsini təmin etmək lazım idi. Ancaq Arxangelskin mərkəzi hissəsində yerləşən 160 metr yüksəklikdəki köhnə televiziya qülləsi bu vəzifəni yerinə yetirə bilmədi. Bundan əlavə, sıx çoxmərtəbəli binalar sayəsində, televiziya qülləsinin bölgənin mərkəzi hissəsinin elektromaqnetik mühitini pisləşdirdi və əhalinin sağlamlığına zərər verdi. Ancaq şəhər mərkəzindən və sığınacaqdan uzaq olan İsakoqorka sənaye ərazisində tikilən daha yüksək televiziya qülləsi ekoloji baxımdan insanlar üçün daha az təhlükəli idi və kifayət qədər məsafə üçün sabit bir siqnal ötürməsinə imkan verirdi. == Əlavə istifadə == 22 avqust 2004-cü ildə Rusiya Federasiyasının Dövlət Bayrağı Günündə Arxangelsk vilayətinin tarixində ilk dəfə olaraq "Birləşmiş Rusiya" partiyasının regional şöbəsi Rusiya bayrağını bölgənin ən yüksək binasına yerləşdirdi. Yeni bir televiziya qülləsi qurulması zamanı verilən vədlərə baxmayaraq, regional televiziya siqnalı Xolmoqori kəndinə çatmır, ona görə də bir çox yerli sakinlər yerli televiziya proqramlarını izləyə bilmirlər.
Aset İsayeva
Aset İsayeva (5 sentyabr 1915, Nadtereçnoye, Terek vilayəti – 5 mart 1971, Qroznı) — Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrının aktrisası, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti (1961), RSFSR-in əməkdar artisti (13.9.1968). == Bioqrafiyası == 5 sentyabr 1915-ci ildə Nadtereçnoe kəndin anadan olmuşdur. Ailədə ondan başqa İki oğlan və qız uşağıda var idi. Uşaqlar hələ gənc ikən ataları dünaysını dəyişir. Anası qohumları tərəfindən ərə verilir, uşaqlar isə uşaq evinə göndərilir. Bir neçə il sonra Aset kəsmə və tikiş kurslarını bitirir, sonra partiya məktəbinə daxil olur. 1931-ci ildə direktoru Səid Baduyev olan teatr studiyasına daxil olur. Burada Səid Baduyevin kiçik qardaşı, Movcinlə tanış olur. Tezliklə yaxınlarının istəklərinə qarşı olaraq onlar evlənir. Studiyanı bitirdikdən sonra Çeçenistan Dövlət Dram Teatrının truppasına qatılır.
Azər İsayev
İsayev Azər Əli oğlu () — Azərbaycanlı şəhid. == Həyatı == İsayev Azər Əli oğlu Gədəbəy rayonu, Əliismayıl kəndində anadan olub. Azər Qazaxıstanda yaşayırdı. 1990-cı ildə Azərbaycan Respublikasında yaranmış vəziyyət zamanı Azər Azərbaycana qayıtdı. Sentyabrın 2-də Azər üç yoldaşı ilə kəşfiyyata çıxmışdı. Kəşfiyyat vaxtı düşmən əsgəri ilə döyüş baş verdi. Bu Azər üçün sonuncu döyüş oldu. Ayağından və onurğa sümüyündən ağır güllə və qəlpə yaraları alan Azəri ilkin əməliyyatdan sonra helikopterlə Bakıya gətirdilər. Oktyabrın 6-da Azər həyatını itirdi. == Hərbi xidməti == Azərbaycana qayıtdıqdan sonra tankçı olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarıda qoşulmaq istəyib.
Ağa Əhməd İsazadə
Əhməd İsazadə — əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru, professor. Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir. == Həyatı və yaradıcılığı == 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edəndən sonra Ə. Isazadə xalq musiqi janrlarının toplanılması, notlaşdırılması və tədqiqi məsələlərinə ciddi elmi maraq göstərir.Azərbaycanın bölgələrini gəzib, xalq musiqisi nümunələrini, folklor mahnı və rəqslərini lentə almaq, nota yazmaq , sistemləşdirmək, elmi-nəzəri təhlil etmək kimi məsələlər, demək olar ki, musiqişünaslığın diqqətindən kənarda qalmışdı. Bцyьk sənətkar Bьlbьlьn rəhbərliyi ilə bu sahədə uzun illər uğurlu fəaliyyət göstərən Elmi-Tədqiqat Musiqi Kabineti (ETMK) 1940-cı illərin əvvələrində fəaliyyətini dayandırandan sonra xalq musiqisinin toplanılması və notlaşdırılması işində durğunluq, boşluq yarandı. 1960-cı illərdə Ə. İsazadənin bu sahədə məqsədyönlu işə başlaması və musiqişünasları, bəstəkarları da bu işə cəlb edə bilməsi, tədricən həmin boşluğu aradan qaldırdı. O, 1960-cı illərin ikinci yarısından etibarən Azərbaycanın, demək olar ki, bütün bölgələrinə – Qarabağ (Şuşa, Ağdam, Füzuli, Ağcabədi, Kəlbəcər), Lənkəran, Astara, Masallı, Sabiribad, Salyan, Quba, Dəvəçi, Xaçmaz, Kürdəmir, Göyçay, Şəki, Qax, Şəmkir, Naxçıvan, Şərur və başqa folklor ekspedisiyalarına gedərək, yüzlərlə folklor, nümunələri toplamış, nota yazmış, bölgələrdəki xalq musiqi ifaзıları haqqında dəyərli informasiyalar əldə etmiş, yeni xalq зalğı alətləri nümunələri tapmışdır. 1960-1980-ci illərdə məqsədyönlü şəkildə aparılan folklor ekspedisiyalarının nəticəsində Ə. İsazadə mətbuatda elmi-məlumat xarakterli məqalələrlə çıxış etmiş, orijinal materiallarla oxucuları tanış etmiş, istedadlı və peşəkar xalq musiqiзiləri haqqında elmi-publisist məqalələri ilə onları ictimaiyyətə tanıtmışdır. Toplanmış qiymətli materiallar əsasında Ə. İsazadə ümumittifaq (SSRİ) səviyyəli elmi-tədbirlərdə məruzələr etmiş, elmi nəşrlərdə maraqlı məqalələr dərc etdirmişdir. Alminin bu fəaliyyəti sayəsində institutda folklor arxivi yaranmış, həmin ekspedisiyalardan əldə edilmiş xalq musiqisi nümunələri əsasında Ə. Isazadə bəstəkar Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət "Azərbaycan xalq mahnı və oyun havaları" adlı folklor toplusu tərtib etmiş və bu toplular nəşr olunmuşdur (1975,1984). Məhz institutdakı belə bir fəaliyyət nəticəsində burada müstəqil şöbə – xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi yaradılmış və Ə. İsazadə şöbəyə müdir seçilmişdir.
Baccharis isabelae
Baccharis isabelae (lat. Baccharis isabelae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Ceyhun İsayev
Ceyhun Rüstəm oğlu İsayev (26 oktyabr 2001; Gültəpə, Quba rayonu, Azərbaycan — 26 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun İsayev 26 oktyabr 2001-ci ildə Quba rayonunun Gültəpə kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Quba rayon Gültəpə kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə Quba Tibb Kollecinə daxil olsa da, təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Ceyhun İsayev 2019-cu ilin 27 oktyabr tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq iştirak etmişdir. Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun İsayev 26 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Chrysanthemum isabellinum
Tanacetum argenteum (lat. Tanacetum argenteum) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Achillea argentea Lam. Chrysanthemum argenteum (Willd.) Bornm. Chrysanthemum helichrysiflorum (Hausskn. & Bornm.) Bornm. Chrysanthemum isabellinum (K.Koch) Rech.f. Chrysanthemum latisectum (Boiss.) Hand.-Mazz. Hemipappus argenteus (Lam.) Tzvelev Hemipappus isabellinus K.Koch Pyrethrum argenteum (Lam.) Boiss. Pyrethrum argenteum var.
Daşdəmir İsayev
Daşdəmir Qəhrəman oğlu İsayev (Дашдамир Гахраман оглы Исаев) — iqtisad elmi üzrə Рrofessor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi. Daşdəmir Qəhrəman oğlu Isayev 30 dekabr 1936-cı ildə anadan olmuşdur. O, 1957-ci ildə Gəncə Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1959-cu illərdə Qırmızı Azərbaycan adına Gəncə Mahud fabrikasında usta köməkcisi və usta işləməklə yanaşı, fabrikanın partiya təşkilat katibi vəzifəsində də calışmışdır. Azərbaycan KP Gəncə Şəhər Komitəsi onu qabaqcıl istehsalatçı və partiya işçisi kimi 1959-cu ildə Dörd-illik Bakı Ali Partiya Məktəbinə oxumağa göndərmişdir. Həmin məktəbi 1963-cü ildə bitirərək ali və ali siyasi təhsil almış, öz istəyi və arzusu ilə Gəncə Dövlət Pedaqoji İnstitutunda siyasi iqtisad müəllimi işləməyə başlamışdır. 1966-1970-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutun qiyabi aspirantı olmuş, siyasi iqtisad ixtisası üzrə 1970-ci ildə namizədlik və 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildə dosent və 1993-cü ildə professor elmi adlarını almışdır. D. İsayev 1964-1971-ci illərdə baş müəllim işləməklə yanaşı, İnstitut partiya komitəsi katibinin müavini və yerli komitəsinin sədri vəzifələrində də calışmışdır. Azərbaycan KP Mərkəzi Komitəsinin katibliyinin Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1972-ci il aprelin 18-də keçirilən iclasında D. İsayev siyasi iqtisad kafedrasının müdiri təsdiq edilmişdir.
Elbrus İsayev
Elbrus Saleh oğlu İsayev (7 oktyabr 1979, Naxçıvan) — Naxçıvan Dövlət Universitetinin rektoru, "Beynəlxalq münasibətlər" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar — tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == •1998–2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. •2001–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. •2000–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir. •2000–2005-ci illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
Elvin İsayev
Elvin İsayev (14 iyun 1992) — Azərbaycanı təmsil edən boksçu. == Həyatı == Elvin İsayev 1992-ci il iyunun 14-də anadan olub. == Karyerası == Elvin İsayev 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Elvin İsayev Sinqapur Olimpiadasında birinci görüşündə Monqolustan nümayəndəsi Anand Daşdorj ilə üz-üzə gəldi. Nəticədə Elvin İsayev rəqibinə 14:2 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Fradimil Masayo oldu. Həmin görüşdə Elvin İsayev 10:6 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Almaniya nümayəndəsi Artur Bril oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin İsayev rəqibinə 4:11 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Feyruz İsayev
Feyruz Abdul oğlu İsayev (1 sentyabr 1952, Göyçay) — tarix elmləri namizədi, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı, "Arch-Petrol" şirkətini təsisçisi, Moldovanın neft məhsulları bazarının lider olan "Lukoyl" şirkətinin rəhbəri. == Həyatı == Feyruz İsayev 1952-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. 1977-ci ildə Odessa Dəniz Donanması mühəndisləri institutunu bitirib. Gəmiqayırma zavodunda texnik-konstruktor kimi əmək fəaliyyətinə başlayıb. 1982–1985-ci illərdə Azərbaycan LKGİ MK katibi vəzifəsində işləyib. Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunu olub. Tarix elmləri namizədidir. == Fəaliyyəti == Feyruz İsayev İsmayıllı rayonunda birinci katib, daha sonra 1990–1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həmçinin, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı olub.
Fikrət İsayev
Fikrət Kamal oğlu İsayev — Professor, Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fikrət İsayev 1935-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olmuşdur. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu və N.Tusi adına ADPU-nin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspirantı olub (1956-1959). Həmin institutda kiçik elmi işçi, baş elmi işçi işləyib (1959-1969). 1964-cü ildən həmin institutun professorudur. 1985-ci ildə Sankt-Peterburq Politexnik İnstitutu Elmi Şurasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 120-dən çox elmi işin, bir neçə müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 8 nəfər namizədlik, 1 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. Hazırda Azərbaycan Tibb Universitetində işləyir.
Fəxrəddin İsayev
Fəxrəddin İsayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Fəxrəddin İsayev (şəhid) — 20 yanvar şəhidi.
Fəxrəddin İsayev (alim)
Fəxrəddin Qurban oğlu İsayev (18 yanvar 1954, Saral, Hamamlı rayonu – 16 yanvar 2017) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fəxrəddin İsayev Qurban oğlu 18 yanvar 1954-cü ildə Ermənistanın Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə Saral orta məktəbində təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1974-cü ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetine göndərilmiş və 1976-cı ildə oranı fərqlənmə diplomu ilə bitirniçdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna fəaliyyətə başlamışdır. 1981-ci illərdə Moskva Dövlət Universitetin aspiranturasını bitirərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1987-ci illərdə yenə orada müdaiə edərək fizikarRiyaziyyat elmləri doktoru alimlik dərəcəsi aləb. 1987-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının baş elmi işçi vəzifəsində işləməyə başlayıb, 1989-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru təyin olunur. Dəfələrlə Almaniyanın Karlsruhe Universitetində elmi ezamiyyətlərdə olub. 14 xarici ölkədə 30 beynəlxalq elmi konfransda elmi məqalə ilə çıxış edib.
Fəxrəddin İsayev (riyaziyyatçı)
Fəxrəddin Qurban oğlu İsayev (18 yanvar 1954, Saral, Hamamlı rayonu – 16 yanvar 2017) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fəxrəddin İsayev Qurban oğlu 18 yanvar 1954-cü ildə Ermənistanın Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə Saral orta məktəbində təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1974-cü ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetine göndərilmiş və 1976-cı ildə oranı fərqlənmə diplomu ilə bitirniçdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna fəaliyyətə başlamışdır. 1981-ci illərdə Moskva Dövlət Universitetin aspiranturasını bitirərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1987-ci illərdə yenə orada müdaiə edərək fizikarRiyaziyyat elmləri doktoru alimlik dərəcəsi aləb. 1987-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının baş elmi işçi vəzifəsində işləməyə başlayıb, 1989-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru təyin olunur. Dəfələrlə Almaniyanın Karlsruhe Universitetində elmi ezamiyyətlərdə olub. 14 xarici ölkədə 30 beynəlxalq elmi konfransda elmi məqalə ilə çıxış edib.
Fəxrəddin İsayev (şəhid)
Fəxrəddin İsayev (tam adı: Fəxrəddin Xudu oğlu İsayev; 21 mart 1963, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Fəxrəddin İsayev 1963-cü ilin 21 mart tarixində Bakı şəhərində, Biləcəri qəsəbəsində anadan olmuşdur. 1985-ci ildə, 22 yaşında olarkən, azərbaycanlı xanıma sataşan erməni zabitlə mübahisə zamanı onu bıcaqla qətlə yetirmiş, tutularaq bir müddət azadlıqdan məhrum edilmişdir.Azadlığa çıxdıqdan sonra Cənubi geologiya idarəsində sürücü işləyirdi. Azadlıq hərəkatına ilk günlərdən qoşulmuş, ömrünün sonuna kimi orada fəaliyyət göstərmişdir.Nişanlı idi. Özündən başqa üç bacısı, bir qardaşı var idi: Elmira, Gülnarə, Adil, Sevinc. Atası Xudu Bədirxan oğlu İsayev Yardımlı rayonunun Alçabulaq kəndində doğulmuş, Böyük Vətən müharibəsinin iştirakçısı, əmək veteranı olmuşdur. == Qanlı Yanvar faciəsi == 19-dan 20-nə keçən gecə təxminən saat 24 radələrində evdən çıxmış, XI Qızıl Ordu meydanına getmişdir. Dinc əhaliyə qarşı silahlı basqın olunanda Fəxrəddin yaralıların bir qisminə kömək etmiş, onları imkan daxilində təcili yardım maşını ilə Respublika Xəstəxanasına daşımışdır. Belə daşımaların birində təcili tibbi yardım maşını XI Qızıl Ordu meydanında, qəzet köşkünün yaxınlığında atəşə məruz qalmış, Fəxrəddin baş, sinə və qarın nahiyəsindən güllə yarası almışdır.Sabahısı gün meyidini qardaşıSemaşko adına xəstəxananın meyidxanasından tapmışdır. Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Digər lüğətlərdə

выда́лбливать вы́шибить неде́йственность плои́ть проти́скиваться расхвора́ться ру́бящий увели́чивать экстрасе́нсный алюми́ниевый вспуха́ть первенствующий позволи́тельность сиюмину́тный употе́лый filming forwardness intertie open-hearth furnace unrefined velvety volunteer бесцветность недвижимость склонять