is. [
ər. ] Sübut; əsaslandırma, sübut etmə.
Ey Füzuli, mən qənaət mülkünün sultanıyam; Səltənət isbatı əynimdə pəlasifəqr bəs. Füzuli.
Tez verəsən bu sözlərin isbatın: Nədəndi binası abi-həyatın? Aşıq Ələsgər.
□ İsbat etmək (eləmək) – sübut etmək.
Yalanı kürsüyə mindirir qəni; Ac eyləyə bilməz doğrunu isbat. Q.Zakir.
İndi cəmi qəzetlər başlayıblar sultanın vətəninə göstərdiyi düşmənçiliyi isbat eləməyə. C.Məmmədquluzadə.
Çox ömr eləyib, çox da hünər etmişəm isbat; Bu dari-cahanda. M.Ə.Sabir.
İsbat olmaq – sübut olmaq, sübuta yetmək.
İsbat olunmaq – sübut olunmaq.
İsbata yetirmək – sübut etmək, qəbul etdirməyə çalışmaq.
…[Xanpəri] dəlil-sübut gətirir, dediklərini isbata yetirir, sözlərini doğruluğa çıxarırdı. Ə.Vəliyev.
İsbata keçməmək – sübuta yetməmək, sübut edilə bilməmək, qəbul olunmamaq.
Ərzə verdik keçən qubernatə; Keçmədi, heyf, ərzə isbatə. S.Ə.Şirvani.
İsbati-vücud köhn. – varlıq, varlığını göstərmə, mövcud olduğunu göstərmək üçün bir yerdə görünmə.
[Fərhad:] Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi. C.Cabbarlı.
İsbati-vücud etmək köhn. – şəxsən olmaq, iştirak etmək.
Hər bir ziyafətdə Mirzə Səfər isbativücud edərdi. Ə.Haqverdiyev.
Qarabağ pambıq bəylərinin, demək olar ki, hamısı bu məclisdə isbati-vücud edirdi. Ə.Vəliyev.