İSİM

is. [ ər. ]
1. köhn. Ad.
Hökmün Malik Əjdər, ismindir Ədhəm: Didələrim qan-yaş tökər dəmadəm. Aşıq Abas.
[Rəcəbli:] İsminiz nədir? [Mirzə Heydər:] İsmim Heydərdir. Ə.Haqverdiyev.
[Zabit:] Orada isimləri yazılı məhbusları bənə təslim etməlisən. H.Nəzərli.

2. Qrammatikadan: canlı və cansız əşyaların adlarını bildirən nitq hissəsi.
□ İsmi-cəm köhn. – toplu mənalı isim.
İsmi-xas köhn. – xüsusi isim.
◊ İsmi-əzəm – nağıllarda: sehirli dua adı, tilsim duası.
Qız Məlikməmmədə dedi: – O səni bu günə salan adamdı. Düz qırx gündü ki, mən onnan çırpışıram.
Axırda mən ismiəzəm oxuyub onu yatırtmışam. (Nağıl).

İsmi-şəb – hərbi xidmətdə, yaxud gizli şəraitdə öz adamlarını tanımaq üçün tətbiq edilən və ancaq əlaqədar şəxslərin bildiyi gizli şərti söz, ya ifadə; parol.
Şeypur çalınandan sonra küçələrə ancaq ismi-şəb bilən adamlar çıxa bilərdi. P.Makulu.

İsmi-şərif köhn. – əsil mənası “şərəfli ad” olub, keçmişdə birinin adını soruşduqda hörmət üçün işlənərdi, indi çox vaxt zarafat və ya kinayə ilə deyilir.
İsmi-şərifiniz nədir? – …İki il keçmiş kənddə şura seçkisi başlananda, şura sədrliyinə qoyulan namizədlərin siyahısında Tükəzban xalanın da ismi-şərifi yad olunmuşdu. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İSİM isim bax ad 1
  • İSİM ad
İSIRQA
İSİMLƏŞMƏ

Digər lüğətlərdə