İSİNMƏK

f.
1. Qızmaq, hərarəti artmaq. Gün çıxdı, hava isindi.
– Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa. C.Məmmədquluzadə.
Birdən [Cavadın] keçə çəkməli ayağı isindi. O, ayağına baxdı.
Yaralanmışdı. Ə.Vəliyev.
Qış çıxır və havalar yavaş-yavaş isinməyə başlayırdı. S.Şamilov.

2. Qızınmaq, istilənmək. Sobanın qabağında isinmək.
– Keçək, bir az içəridə isinək. H.Seyidbəyli.
O, əvvəl çay qoydu, isinsin deyə; Sonra da baxaraq bir az güzgüyə; Seyrək saçlarını daradı yana. Z.Xəlil.

3. məc. Nəvaziş görmək, oxşanmaq.
[Firiduna] elə gəlirdi ki, qadın nəvaziş və məhəbbəti ilə isinməyən bir qəlb səadətdən məhrumdur. M.İbrahimov.
Ana qucağında isinərkən, mehriban əllərlə oxşanarkən … heç bir şey sənin üçün qorxulu deyil. Mir Cəlal.
Qüvvətimiz, ümidimiz, arzularımız bu məhəbbətlə isinmişdir – bu məhəbbət analarımızın ilk öpüşündən ürəyimizə axmışdır. Ə.Məmmədxanlı.

4. məc. İsinişmək.
Əvvəlləri [Arazgil] doktor Şamilə bir o qədər isinə bilmirdi. A.Şaiq.
Polkovnik bizə tez isinmişdi. M.Hüseyn.
Axşamdan bəri [müəllimlə] xeyli söhbət etmiş və iki köhnə dost kimi bir-birimizə isinmişdik. M.Rzaquluzadə.

Синонимы

  • İSİNMƏK isinmək bax qızmaq 1
  • İSİNMƏK öyrəşmək — alışmaq
  • İSİNMƏK oxşanmaq
  • İSİNMƏK qızmaq — istilənmək

Антонимы

  • İSİNMƏK İSİNMƏK – SOYUMAQ Qüvvətimiz, ümidimiz, arzularımız məhəbbətlə isinmişdir... (Ə.Məmmədxanlı); ...Mənə tərəf çevriləndə soyuyub ayazıyır, elə bil ki, ü
İSİNMƏ
İSİTMƏ

Значение слова в других словарях

выраба́тывание домофо́н изостря́ть Кре́до перегиба́ться помири́ть преотли́чно пресмыка́ться рожа́к старичи́ще в раскоря́чку ка́дочный недопроизво́дство распространя́ться смире́нность факто́ринговый Златоструй локоть фокус agnominal encephalocele Eurobonds planeside social distance психотехника